Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qusarda 78 km uzunluğu olan avtomobil yolu yenidən qurulur
Tarix: 26.04.2018 | Saat: 16:00:00
Bölmə:İqtisadiyyat Bölgə | çapa göndər

Qusar rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir-neçə yol layihəsi uğurla icra olunur. 

Agentlikdən hafta.az-a verilən məlumata görə, bura 1 respublika və 2 yerli əhəmiyyətli ( kəndlərarası) avtomobil yolu daxildir. Sadalanan bu yolların uzunluqları 78 km təşkil edir və 100 mindən artıq əhalinin yaşadığı 45 yaşayış məntəqəsini əhatə edir.

 Sözügedən layihələrdən biri 21,5 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini əhatə edən Köhnə Xudat-Həzrə avtomobil yoludur. Yolun uzunluğu 21 km təşkil edir.

Hazırda tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 3100 kubmetr həcmdə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur, yolun çiyin hissələri 42 min kv.m sahədə genişləndirilərək optimal qarışıqlı çınqılla bərkidilir, küvet hissələr açılır.

 Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsini nəzərə alaraq 3 km uzunluğunda yeni piyada səkiləri inşa olunur, kənarlarına isə yeni səki daşları düzülür.

 Tikinti norma və qaydalarına uyğun olaraq, daha sonra yolun 170 min kv.m sahəsində optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının alt və üst layının inşası işləri görüləcək. Yol əsası hazır olan yerlərə isə növbəti mərhələ çərçivəsində asfalt-beton örtük döşənəcək. Ümumilikdə yolun 120 min kv.m-dən çox hissəsinə xırda və iri dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək.

 Bundan başqa, yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün 60 paqon-metr uzunluğunda suötürücü dəmir-beton boruları tikintisi, mövcud oların isə təmir olunaraq bərpa edilməsi nəzərdə tutulub. 

Aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün 76 ədəd yol nişanları və məlumatverici lövhələr, 21 ədəd km göstəricisi və 680 ədəd siqnal dirəyi quraşdırılacaq, 63 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018