Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Atabalanı qorxutduq, qaçdı” – Ər və arvadı evində bıçaqlayan maskalı dəstə
Tarix: 26.04.2018 | Saat: 17:12:00
Bölmə:Hadisə | çapa göndər

Sabunçu rayonunun Maştağa qəsəbəsində evə basqın edən maskalı şəxslər saxlanılıb.

ARB TV xəbər verir ki, aprelin 20-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyərək pul və qızıl əşyalar tələb edib, istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döyüb, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri – əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar. Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

Sahib Həşimov (saxlanılan şəxs): “Atabalanın evinə getdik, qorxutduq. Maska taxmışdıq, amma pul ala bilmədik. Çölə qaçdı”.

Qurbanqulu Hüseynov (saxlanılan şəxs): “Bir yerdə ora getdik. Bıçaqla silahlanmışdıq, Seymurda isə dubinka idi. Sadəcə qorxutmaq istəyirdik. Atabala qaçdı”.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018