Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan və Türkiyə terrorizmə qarşı birgə mübarizə aparırlar
Tarix: 26.04.2018 | Saat: 18:36:00
Bölmə:Gündəm | çapa göndər

Prezident İlham Əliyev yenidən dövlət başçısıv seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi. İki gün ərzində bir çox məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparıldı, bir sıra strateji əhəmiyyətə malik sənədlər imzalandı.

Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən birgə mətbuat konfransında isə dövlət başçıları iki ölkə arasında dostluq, qardaşlıq prinsiplərinə əsaslanan münasibətlərin strateji əhəmiyyətini bir daha vurğuladılar və qarşılıqlı dəstəyin bundan sonra da davam edəcəyini bildirdilər. Dövlət başçısının Türkiyə səfəri Azərbaycan ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb. 

"Prezident İlham Əliyevin seçkilərdən sonra ilk səfərini qardaş Türkiyə Cumhuriyyətinə etməsi iki ölkə arasında strateji müttəfiqliyin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur. Prezident iki ölkə arasındakı münasibətləri xarakterizə edərkən bildirdi ki, bizi birləşdirən qədim tarix və yeni tarix var. Tərəddüdsüz olaraq qeyd edə bilərik ki, əgər bu tarixin qədim dövrünü əcdadlarımız, müstəqilliyimizin ilk illərində böyük dövlət xadimi Heydər Əliyev qurubsa, ən yeni siyasi tariximizdə Türkiyə-Azərbaycan münasibətlərinin yeni keyfiyyətdə qurucusu məhz İlham Əliyevdir. Çünki bu münasibətlər xalqlarımızın milli maraqlarına və ortaq mənfəətlərimizə əsaslanır".
Bu barədə Milli Məclisin üzvü, YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsindən sonra ilk xarici səfərini Türkiyəyə etməsini şərh edərkən bildirib. Millət vəkilinin sözlərinə görə, hazırki mürəkkəb beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan münasibətləri regionda müvazinət yaradıcı faktor kimi çıxış edir, işğalçı Ermənistan istisna olmaqla regionun bütün digər ölkələri üçün mühüm əməkdaşlıq platforması yaradır: "Ona görə də iki ölkənin qarşılıqlı münasibətləri təkcə ikitərəfli münasibətlər kimi deyil, bütövlükdə regionin gələcəyi üçün olduqca faydalı perespektivlər yaradan münasibətlər kimi nəzərdən keçirilməlidir. Azərbayanın təşəbbüsü ilə həyata keçirilən BTC, BTƏ, BTQ kimi böyük iqtisadi tutuma və ciddi strateji çəkiyə sahib olan layihələr Türkiyəni mühüm infrastruktur dəhlizi halına gətirib. Qardaş ölkə bu mühüm enerji və nəqliyyat layihələrindən bəhrələnməklə həm tranzit məkanına çevrilib, həm də bu layihələrdə pay sahibi olub. Hazırda isə 40 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsinin üçüncü seqmentinin inşasına ev sahibliyi etməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm iştirakçıya çevrilib. Türkiyədə bütün bunlar yüksək qoymətləndirilir. Bundan başqa Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyardlıq yatırım, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyardlıq sərmayə qoyub. Bu dost və qardaş ölkə Azərbaycanın Rusiyadan sonra ikinci ən böyük ticarı-iqtisadi tərəfdaşıdır".
H.Babaoğlu qeyd edib ki, əldə edilən bu mühüm nailiyyətlər yeni perespektivlər yaradır: "Bütün bu məsələlər daha sıx əməkdaşlığı və daha dərin inteqrasiyanı şərtləndirir. Ona görə də iki ölkə arasında keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yeddinci iclasında bütün bu məsələlər ətraflı müzakirə edildi. Xeyli sayda müqavilələr imzalandı. Diqqət etsək, bu müqavilələr sosial-iqtisadi sahədən başlamış elmi-mədəni, hətta hərbi strateji sahəyə qədər olduqca geniş sektorları əhatə edir. Prezident İlham Əliyev qeyd etdi ki, Türkiyə hazırda dünya gücüdür, onun çox inkişaf etmiş müdafiyə sənayesi var. Ona görə də iki ölkə arasında hərbi əmkdaşlıq və müdafiə sənayesi məhsullarının əldə edilməsilə də bağlı müqavilələr imzalandı və bunlar Azərbaycanın hərbi- siyasi təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir".
Politoloqun fikrincə, bütün bunlarla yanaşı, iki qardaş ölkənin birgə təhlükəsizlik məsələlərinə də xüsusi önəm verməsi bütün region üçün böyük əhəmiyyət kəsb edir: "Azərbaycan və Türkiyə öz təhlükəsizliklərini təmin etmək üçün terrorizmə qarşı da birgə mübarizə aparırlar. Bu mövzuda danışan Prezident İlham Əliyev bildiirdi ki, Türkiyənin uğurla həyata keçirdiyi "Zeytun dalı" antiterror əməliyyatl həm də bizim məsələ idi. Doğurdan da, əgər bu əməliyyat nəticəsində çoxsaylı terroristlər zərərsizləşdirilməsəydi, əlbəttə ki, bir müddət sonra terrorist Ermənistan vasitəsilə ölkəmizdə də terror aksiyaları həyata keçirə bilmə ehtimalları istisan deyildi. Ayrıca, Türkiyə Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycana ən çox dəstək verən ölkədir və bu məsələdə daima səmimi şəkildə ölkəmizin yanında, beynəlxalq hüququn tərəfində olub. Bütün bunlar və buna bənzər çoxsaylı strateji məsələlər iki ölkənin təhlükəsizliyini birlikdə təmin etməsi zərurətini yaradır. Elə Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan da bunu edərək 21-ci əsrdə milli təhlükəsizliyimizin yeni strateji əsaslarını yaradırlar. Bu isə təkcə iki ölkənin təhlükəsizliyi deyil, regionda mövcud olan bütün sülhsevər dövlədlərin əməkdaşlığı və təhlükəsizliyi deməkdir".

Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdən sonra ilk səfərini məhz Türkiyəyə etməsi iki ölkə arasında qardaşlığın, dostluğun göstəricisidir. Bu fikirlər Milli Məclisin deputatı Tahir Süleymanova məxsusdur. 

T.Süleymanov deyib ki, Prezident İlham Əliyevin bu səfəri və səfər zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası iki ölkə arasında əməkdaşlıqda yeni bir mərhələ açacaq. Bu, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir.
Millət vəkili qeyd edib ki, iclas çərçivəsində bir sıra sahələr üzrə imzalanan sənədlər iki qardaş ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə və hər iki ölkənin inkişafına xidmət edəcək.
Deputat vurğulayıb ki, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir: “İki qardaş ölkə arasında əlaqələrin böyük tarixi var. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, biz “bir millət, iki dövlətik”. Rəcəb Tayyib Ərdoğan da iclasda bunu qeyd etdi və həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Türkiyənin daim Azərbaycanın yanında olmasını bir daha bəyan etdi. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ölkə olmayıb. Bu bizi çox sevindirir və inanırıq ki, iki ölkə arasında münasibətlər bundan sonra daha da möhkəmlənəcək”.
Deputat bildirib ki, Türkiyə ilə Azərbaycan iqtisadi sahədə də çox səmərəli əməkdaşlıq edir. T.Süleymanov vurğulayıb ki, iki qardaş ölkənin iştirakı ilə regionda irimiqyaslı və bütün dünya üçün səmərəli olan beynəlxalq layihələr həyata keçirilir: “Bu gün Türkiyə və Azərbaycanın iştirakı ilə reallaşan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yol xətti və digər böyük layihələr ciddi strateji əhəmiyyətə malikdir, regionda sühün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır və hər iki ölkənin beynəlxalq aləmdə nüfuzunu və rolunu artırır. Eyni zamanda, bu layihələr hər iki ölkəni beynəlxalq aləmdə nəqliyyat və enerji təhlükəsizliyinin təmin olunması sahəsində mühüm iştirakçıya çevirib. Bildiyiniz kimi, iki qardaş ölkə hazırda Cənub Qaz Dəhlizi layihəsi üzərində iş aparır. Əlbəttə, Türkiyə və Azərbaycanın iştirakı ilə həyata keçirilən bu layihə iki qardaş ölkənin dünyada rolunu və nüfuzunu daha da artıracaq, eyni zamanda, hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək”.
T.Süleymanov deyib ki, Türkiyə ilə Azərbaycan qarşılıqlı investisiya sahəsində də çox səmərəli əməkdaşlıq edir: “Hər iki ölkə bir-birinin iqtisadiyyatına iri məbləğdə investisiyalar yatırır. Rəcəb Tayib Ərdoğan da öz çıxışında Azərbaycanın Türkiyəyə ən çox investisiya qoyan ölkə olduğunu diqqətə çatdırdı. Bu gün Azərbaycan şirkətləri Türkiyədə, Türkiyə şirkətləri isə Azərbaycanda səmərəli fəaliyyət göstərir. Əlbəttə, bütün bu sadalanlar Türkiyə ilə Azərbaycan arasında dosluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək olduğunun göstəricisidir. Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfəri bu qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək”.

“Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Ölkələrimizin dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir. Biz eyni köklü xalqlarıq, dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz eynidir. Münasibətlərimizin təməlində bu amillər durur. Bu fikirləri isə Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Qasımlı deyib.

Musa Qasımlı bildirib ki, iki ölkə arasında münasibətlər beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə əsaslanır. Dövlətimizin başçısı İlham Əliyevin Prezident seçiləndən sonra ilk səfərini Türkiyəyə etməsi Azərbaycan dövlətinin xarici siyasətində qardaş ölkənin tutduğu yeri göstərir. Bizimlə strateji tərəfdaş olan Türkiyə ilə əməkdaşlığın böyük perspektivləri var. Bu əməkdaşlıq diplomatik, siyasi, ticari, iqtisadi, elmi, texniki, mədəni, humanitar, hərbi və başqa sahələri əhatə edir. Səfər zamanı imzalanan sənədlər bir daha göstərdi ki, qarşılıqlı münasibətlərin böyük potensialı var.
“Bu səfər iki ölkə arasında əməkdaşlıqda yeni bir səhifə açacaq. Azərbaycan-Türkiyə münasibətləri yalnız ikitərəfli əhəmiyyət kəsb etmir, eyni zamanda, regionda və dünyada gedən bir çox proseslərə təsir göstərir. Bu gün Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü Türkiyənin gücüdür. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ikinci ölkə olmayıb. Azərbaycan-Türkiyə münasibətləri regionda qüvvələr nisbətinin dəyişməsinə, geosiyasi şəraitə ciddi təsir göstərir. Bu gün məhz Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində böyük geosiyasi layihələr həyata keçirilib və bu layihələr Avrasiyanın simasını dəyişib. Biz Avrasiyanın energetika və nəqliyyat xəritəsini cızırıq. Bizim həyata keçirdiyimiz layihələr sabitliyi və təhlükəsizliyi möhkəmləndirir. Bütün bu işlərin görülməsi, xüsusən neft-qaz boru kəmərlərinin, nəqliyyat, kommunikasiya xətlərinin çəkilməsi Azərbaycanın və Türkiyənin liderlərinin əzmkarlığı nəticəsində mümkün olub. Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var. İki ölkə arasındakı münasibətlər regionda münaqişələrin davam etməsində, onların uzadılmasında maraqlı olan dövlətlərə bir cavabdır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
“Azərbaycan və Türkiyə həmişə bir-birinin yanındadır. Hər iki ölkə qardaş və strateji partnyor ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyevin orada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı seçkilərdən sonra Bakıya dəvət etməsi və Ərdoğanın da birinci səfərinin Bakıya edəcəm söyləməsi göstərdi ki, artıq bu münasibətlər ənənə halını alıb”. Bunu millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, artıq neçənci dəfədir ki, Azərbaycan Prezidenti ilk səfərini Türkiyəyə edir, eləcə də qarşılıqlı olaraq Türkiyə Prezidenti ilk səfərini Azərbaycan edir: “Bunun dünya üçün, eləcə də ölkə xalqları üçün çox böyük əhəmiyyəti var. Cənab İlham Əliyev Türkiyə Prezidenti ilə görüşü zamanı çox ciddi mesajlar verdi. Bu mesajlar Dağlıq Qarabağla bağlı idi, Azərbaycanın həmişə Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olması ilə bağlı idi, həmçinin Afrin əməliyyatları zamanı Azərbaycanın Türkiyənin yanında olması ilə bağlı idi. Eyni zamanda orada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirildi və bir sıra müqavilələr, sənədlər imzalandı. Bu bir daha göstərir ki, Azərbaycan və Türkiyə Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi “bir millət, iki dövlətdir”. Bu siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Azad

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018