Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər
Tarix: 26.04.2018 | Saat: 20:15:00
Bölmə:Sosial | çapa göndər

Bu gün paytaxt Bakımızı "Cənubi Qafqazın incisi" adlandırırlar. Son bir neçə ildə şəhərimizə gələn yüzminlərlə xarici turistlər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş böyük iqtisadi inkişaf nəticəsində gözəlləşən, tarixiliklə-müasirliyin sintezini yaşadan Bakıya heyran olmaya bilmirlər. Şəhərimizdə hökm sürən səliqə-sahman, müasir üslubda inşa edilmiş bir çox binalar, bərpa olunaraq sakinlərin ixtiyarına verilən tarixi abidələr paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.

Bu inkişaf Bakının bütün rayonlarında da hiss edilir. Suraxanı rayonu isə özünün inkişaf tempi, səliqə-sahmanı, geniş yolları, təmiz havası ilə xüsusilə seçilir. Son illərdə rayonun sosial-iqtisdi inkişafı istiqamətində bir çox mühüm layihələr reallaşdırılıb. Rayon səviyyəsində əldə olunmuş nailiyyətlər barədə təsəvvür formalaşdırmaq üçün bir neçə statistik rəqəmə nəzər salmaq kifayətdir. Belə ki, 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına əsasən adıçəkilən rayonda sənaye məhsulunun istehsalı 77,2 milyon manat, tikinti-quraşdırma işləri 8,4 milyon manat, nəqliyyat xidmətləri 3,4 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 22,3 milyon manat, kənd təsərrüfatı 1,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 218,3 milyon manat olub. Orta aylıq əməkhaqqı 576 manat təşkil edib, əhaliyə 54,8 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 1 154 yeni daimi iş yeri açılıb. Görülən işlər nəticəsində rayon əhalisinin 100 faizi elektrik enerjisi, 98 faizi məişət qazı, 96 faizi su ilə təmin olunur. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində hazırda 8960 nəfər sosial müavinət alan vətəndaş qeydiyyatda alınıb, 2018-ci ilin 1-ci rübü ərzində həmin vətəndaşlara 2,27 milyon manat sosial müavinət verilib, 1106 ailəyə ünvanlı sosial yardım təyin edilib, 173 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilib, 46 nəfər müalicə və istirahət üçün pansionat və sanatoriyalara göndərilib, Rayon Məşğulluq Mərkəzi 236 nəfəri işlə təmin edib, 28 nəfər peşə hazırlıq kurslarına cəlb olunub. Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilib, 2018-ci ildə rayon üçün həmin proqrama əsasən 1362 yeni iş yeri açılıb, rayonun ərazisində abadlıq, yaşıllaşdırma və təmizlik işlərinin görülməsi, çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə Rayon MKTB-yə 31-i məcburi köçkün olmaqla cəmi 714 nəfər işaxtaran şəxs, digər qurumlarda isə 486 nəfər vətəndaş işə qəbul edilib.

Bu gün ölkəmizdə müsbət demoqrafik inkişaf nəzərə çarpır. Azərbaycan əhalisinin sayı artır. Buna müvafiq olaraq isə hər bir rayonda, o cümlədən Suraxanıda yeni ailələrin mənzil təminatının yaxşılaşdırılması tələbatı yaranır. Ekspertlərin sözolərinə görə, Bakının rayonlarının, o cümlədən Suraxanının coğrafi relyefi və ərazisinin quruluşu nəzərə alındıqda məskunlaşma siyasəti xüsusi əhəmiyyət daşıyır. Bu amil rayonun sosial-iqtisadi inkişafına da birbaşa təsir göstərir. Məlum səbəbdən boş ərazilərin pərakəndə və ya səliqəsiz, mənimsənilməsinin qarşısı alınmalı, bu torpaqlar səmərəli şəkildə istifadə olunaraq məskunlaşma siyasəti planlaşdırılmış və qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Suraxanı rayonu qeyd olunan istiqamətdə özünün nümunəviliyi ilə seçilir. Bu gün rayon ərazisində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində ilk 7 mərtəbəli binanın tikintisi, Yeni Günəşli “D” yaşayış sahəsində “Xəzər inşaat XXI əsr” MTK, Yeni Günəşli “AB” yaşayış sahəsində “Atlanta” MTK, Qaraçuxur qəsəbəsində “Elit-R” MTK, Zığ qəsəbəsində “Şahinlər” MMC, Qaraçuxur qəsəbəsində “İB.N.M-İnşaat” MTK, “Neftçi” MTK tərəfindən yaşayış binalarının inşası işləri davam etdirilir. Yararsız və ya qəzalı binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının və digər obyektlərin sökülərək yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı ölkə başçısınlın göstərişinə və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq “Etibarlı” MTK tərəfindən Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34, 36 və Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız iki mərtəbəli yaşayış binalarının yerində 12 və 14 mərtəbəli, iki girişli yaşayış binasının tikintisinə başlanılmış və işlər davam etdirilir. Eləcə də Qaraçuxur qəsəbəsində “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun tikintisi başa çatdırılıb.

Ümumiyyətlə, bu bir qanunauyğunluqdur ki, istənilən şəhər və rayonda sosial-iqtisadi inkişaf mərkəz ərazilərdə daha sürətlə aparılır, ətraf kənd və qəsəbələr isə mərkəzlə müqayisədə bir qədər diqqətdən kənarda qalır. Suraxanı rayonunun mərkəzi hissələrindəki mövcud vəziyyət sadəcə göz oxşayır. Bəs görəsən rayonunun tabeliyindəki ətraf qəsəbələrdə vəziyyət necədir? Bu suala cavab tapmaq üçün Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan, Zığ, Qaraçuxur qəsəbələrinə də baş çəkib görülən işlər və problemlərlə maraqlandıq.
Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində aparılan abadlıq, təmir və bərpa işləri göz oxşayır. Əvvəlcə yolumuzu adıçəkilən qəsəbənin mərkəzi olan 14 iyul küçəsindən saldıq. “14 İyul” abidəsinin ətrafında abadlıq və bərpa işləri aparılıb, İki ədəd asılmış Azərbaycanın üçrəngli bayrağı abidənin başı üzərində dalğalanırdı. Yeni Suraxanı qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahid Danıyev isə ərazidə aparılan işlərə özü nəzarət edirdi. Onunla iş başında görüşdük. Vahid Danıyev qəsəbədə görülən işlərdən danışdı: «Qəsəbə 57 küçə və bu küçələrə aid olan 11 döngə, 18 keçiddən ibarətdir. 17 min 140 nəfər əhalisi olan qəsəbədə 4 orta məktəb və o cümlədən 2 uşağ bağçası,1 mədəniyyət evi,1 kitabxana, 2 poçt, ATS, 2 xəstəxana fəaliyyət göstərir. Bundan başqa, qəsəbədə 1 məscid, 1 park var. Dövlət Proqramına uyğun olaraq, Bakı-Aeroport yolunun sol tərəfində “Daş bazarı”nın qarşısında 5 hektar ərazi texnika vasitəsilə təmizlənib, eyni zamanda, Qubadlı rayon Qaralar kənd orta məktəbinin qarşısına 400 ədəd sərv agacı əkilib”. Vahid Danıyev qəsəbədaxili yolların təmir edilməsindən və asfaltlanma işlərindən də danışdı. Qeyd etdi ki, “Azəravtoyol” ASC tərəfindən qəsəbənin M.Əsədulla küçəsinə 3 900 kvadratmetr, 1 nömrəli döngəyə 2 000 kvadratmetr, 2 nömrəli döngəyə 3 000 kv.m, 3 nömrəli döngəyə 3 300 kv.m, Z.Tagıyev küçəsinə 3 800 kv.m, B.Mirqəzəb küçəsinə 4 100 kv.m, M.Ə.Sabir küçəsinə 3 900 kv.m, və M.Əzizbəyov küçəsinə isə 900 kv.m asvalt örtüyü vurulub.

Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vilayət Əmirovdan aldığımız məlumata görə isə, Yeni Günəşli “Q” yaşayış sahəsi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14,27 saylı, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllə 1, 2, 3, 4, 5,6 saylı binaların təmirə ehtiyacı olan həyət və məhəllələr abadlaşdırılıb. Qəsəbə ərazisində ayrı-ayrı ünvanlarda yeni konteyner meydançaları tikilib, istifadəyə verilib.Bu il ərzində isə Qaraçuxur qəsəbəsində nümunəvi abad məhəllələrin yaradılması, mövcud abad məhəllələrin əsaslı təmiri, mövcud parkların yenidən qurulması və yeni parkların salınması, Şəhid xatirə-komplekslərinin əsaslı təmiri, yaşayış binalarının fasadlarının təmiri və rənglənməsi, su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi, kommunukasiya xətləri çəkiliib tam başa çatdırıldıqdan sonra küçə və yolların, məhəllədaxili ərazilərin asfaltlanması və işıqlandırılması işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Zığ qəsəbəsi inzibati dairəsi üzrə RİH nümayəndəsi Səfa İmanovdan aldığımız məlumata görə, burada görülən işlərin hər biri əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına, qəsəbənin abadlaşmasına, kommunal sferanın inkişafına, yolların və küçələrin, bütövlükdə qəsəbənin abadlaşmasına xidmət edib. Belə ki, Zığ qəsəbəsində kommunal sahədə yaranmış problemlərdən ən kəskini, xüsusən yay mövsümündə, əhalinin içməli su ilə təmin olunmasıdır. Qəsəbə 82 Şərq və 98 Qaraçuxur su anbarlarından qidalanan 3 ədəd su nasos stansiyası tərəfindən su ilə təchiz edilir. 4 514 abonentə xidmət göstərilir. Dövlət Proqramına əsasən, Zığ qəsəbəsi Səcarət Həmidov, Nizami, Həzi Aslanov küçələrində 600 abonent su ilə təmin edilib. Zığ-Hövsan yolunun yenidənqurulması ilə əlaqədar yol kənarı yüksək gərginlikli hava xətləri yerin altına salınaraq kabel xətləri ilə əvəz olunub. Abonentlərdən 199 saylı qaynar xəttə daxil olan şikayətlər həmin anda da aradan qaldırılıb, əhaliyə verilən elektrik enerjisində heç bir problem yaranmayıb. Növbəti illərdə Zığ qəsəbəsində “Buta” uşaq bağçasının sökülərək, yerində 120 yerlik uşaq bağçasının, 30 saylı Ambulatoriyanın köhnə binasının sökülərək, yerində yeni və müasir poliklinikanın, “Dədə Qorqud” adlandırılan yaşayış sahəsində ambulatoriyanın və uşaq bağçasının tikintisi, “Qum adası”, “Dədə Qorqud” və “Bahar bağları” adlandırılan yaşayış sahəsində kanalizasiya sisteminin quraşdırılması, qəsəbə ərazisində məişət tullantıları üçün əlavə meydançaların tikilməsi, neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində tədbirlərin davam etdirilməsi, Əmircan və şəhər istiqamətinə marşrut xəttinin açılması və s. nəzərdə tutulur.

Suraxanı RİH başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Samir Namazov bizimlə söhbətində bildirdi ki, qəsəbədə yaşayan sakinlərin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq işlər görülür. Vətəndaşlarla keçirilən səyyar görüşlərdə qaldırılan problemlər planlı olaraq mərhələli şəkildə aradan qaldırılır. Onun sözlərinə görə, Əmircan qəsəbəsində Nəsrəddin Tusi küçəsində keçən ildən başlayaraq mövcud kanalizasiya probleminin həlli ilə bağlı kanalizasiya xəttinin çəkilişinə başlanılıb. Qəsəbə nümayəndəsi ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunda əsaslı yenidənqurma işlərinin aparıldığını, yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə piyadalar üçün yeni səkilərin tikildiyini, səth və qrunt sularının ötürülməsi üçün drenaj borular qoyulduğunu söylədi. Onun sözlərinə görə, Səttar Bəhlulzadə, Cabir Əliyev, T.Bağırov, İ.Şükürov, M.Mustafayev, E.Həsənov küçələrində yolun əsaslı və asfalt-beton örtüyünün təmiri işləri yerinə yetirilib. Bundan əlavə, qəsəbə ərazisində 2017-ci il il ərzində 1 200 ədəd sərv ağacı əkilb. Sakinlərin su, qaz və işaqla bağlı problemlərinin həlli istiqamətində bir çox tədbirlər görülüb.

Azad Əliyev

Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018
21.05.2018