Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda Formula 2 yarışları başladı
Tarix: 27.04.2018 | Saat: 12:28:00
Bölmə:Sosial | çapa göndər

Bu gün 2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Bakı Şəhər Halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşlərə start verilib.

Hafta.az-ın məlumatına görə, 45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 13:00-dan 14:30-dək Formula1 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da isə Formula 2-nin sıralama turu başlayacaq.

Azərbaycanda Formula 2 yarışının 2-ci mərhələsi təşkil edilir. Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.

Bakıda Formula 2 üzrə iki yarış keçiriləcək. F2 pilotları Bakı şəhər halqasında birinci yarışda 29, ikinci yarışda isə 21 dövrə vuracaqlar.

Artıq Formula 2 çempionatının ilk turu geridə qalıb. Hazırda pilotların sıralamasında “Carlin” komandasının sürücüsü Lando Norris 39 xalla birinci pillədə yer alır. Onu 30 xalla Artem Markelov (“Russian Times”) və 28 xalla Sergio Setta Kamara (“Carlin”) izləyir.

Xatırladaq ki, ötən il iyunun 23-25-də Bakıda keçirilən Formula 2 turunun ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Çarles Lekrerk, ikinci yarışında isə “BWT Arden” komandasının pilotu Norman Nato qələbə qazanmışdı.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018