Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hollandiyalı alimlər Misir piramidalarının tikilmə sirrini açıb
Tarix: 03.05.2018 | Saat: 14:22:00
Bölmə:Maraqlı | çapa göndər

Amsterdam Universitetinin alimləri uzun sürən araşdırmalarının nəticəsi olaraq Misir ehramlarının sirrini açmağa müvəffəq olublar.

Hafta.az-ın yazdığına görə, alimlər bu qənaətə gəliblər ki, vaxtilə ehramlar ucaldılarkən heç də divarlara uzaqlardan gətirilən nəhəng qaya parçaları hörülməyib. Yəni tikintidə qaya parçalarını düzəltmək üçün səhra qumundan və adi sudan istifadə edilib. 



Universitetin laboratoriyasında keçirilən sınaq zamanı alimlər səhra qumunu qəlibə yığıb, üzərinə müəyyən normada su töküb, sonra palçıq halına düşənədək qarışdırıblar. Bundan sonra hazırlanan qarışıq bir müddət dincəlməyə qoyulub. Tərkibindəki su buxarlandıqdan sonra bərkimiş kütlə alınıb. Alimlər məhz bu nəticədən sonra əmin olublar ki, ehramlar tikilərkən az qala 3 ton ağırlığı olan qaya parçaları kilometrlərlə uzaqlardan daşınmayıb, ətrafdakı qum toplanaraq qeyd olunan qaydada, divarların üzərində quraşdırılmış qəliblərdə su ilə qarışdırılaraq, qayaya çevrilib.

Qeyd edək ki, hazırda Misirdə 100-dən artıq ehram mövcuddur. Onların əksəriyyəti Qədin Xanədanlıq dövründən Orta Xanədanlıq dönəmi arasında yaşamış fironlar üçün tikilib. Bu gün insanlara bəlli olan ən qədim ehram 3-cü Xanədanlıqda tikilmiş Pilləli ehramdır. Onu və ətrafını əhatə edən bloklar memar İmhotep tərəfindən layihələndirilib. Tikinti başa çatdıqdan sonra isə inşaat sirlərini bildikləri üçün bütün fəhlələr öldürülüb.

Müasir dünyaya ən çox bəlli olan ehramlar Gizada yerləşir. Oradakı bir neçə ehramdan ən böyüyü olan Xeops ehramı dünyanın 7 möcüzəsindən biridir.

Qədim Xanədanlıqdan 2-ci Xanədan dönəminin sonunadək (təxminən e.ə.1650-ci ilədək) fironlar və saray əyanları "mastaba" adlanan məzarlarda dəfn olunarlarmış. "Mastaba"lar dördbucaq, divarları içəriyə doğru əyilmiş və üstü düz tavanlı olan - daha çox üstü kəsik pi5ramidaya bənzəyən məzarlardır. 3-cü Xanədan dönəmində (e.ə. 2650-2575-ci illər) firon məzarlarının tikintisində daşdan istifadəyə başlanılıb. İlk piramida da o vaxt Qahirənin ətrafında - Sakkarada memar İmotep tərəfindən firon Zoser üçün tikilib. Bu piramida üst-üstə qoyulmuş 6 "mastaba"dan ibarət "Pilləli piramida"dır. Kirəc daşından tikilmiş, 60 metr hündürlüyü olan bu ehram qədim Misirin ən gözəl memarlıq əsəridir. Ehramın altında torpağa dərinliyinə uzanan 11 keçiddə firon və bir sıra saray əyanlarının qranit və albatr daşından tikilmiş qəbirləri var.

Yuxarıda qeyd etdiyimiz kimi, ən tanınmış piramidalar Gizadakı üç tikilidir ki, onlar 4-cü Xanədan dönəminin (e.ə. 2572-2468-ci illər) yadigarlarıdır. Bunlardan da ən məşhuru, yuxarıda qeyd etdiyimiz kimi, hər biri ortalama 2,7 ton ağırlığında 2,3 milyon daşdan tikilmiş 146 metr hündürlüyü olan (hazırda hündürlüyü tikildiyi dövrlə müqayisədə 9 metr azalıb - V.T.) Xeops ehramıdır. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2018
24.05.2018
23.05.2018