Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xristianlar Allahın yazdığını silmək istəyir
Tarix: 07.05.2018 | Saat: 17:41:00
Bölmə:Araşdırma | çapa göndər

Fransanın keçmiş prezidenti Nikola Sarkozi və 300 elm adamının Qurani Kərimdəki yəhudilərə aid ayələrin çıxarılması tələbi İslam dünyasını heyrətə gətirib. Bu, başda Fransa olmaqla Qərbin müsəlmanlara qarşı hücumunun artıq pik nöqtəsidir. Yəni bundan o tərəfə yol qalmayıb – atom bombası ilə hücum etmək olar, amma Allahın öz peyğəmbərinə göndərdiyi vəhylərin bəndələr tərəfindən silinməsini istəmək birbaşa Allaha qarşı hücumdur.

Sonra da, Qurani Kərimdə yəhudilərə nə deyilir, təhqir olunurlarmı, yox. Çünki Allahın əmrləri toplanan Müqəddəs Kitabda təhqirlərə yer verilmir. Həm də ki, Müqədəs Kitabda yazılanlara nəyə görə yəhudilər deyil, xristianlar qarşı çıxır? Qurani Kərimdə yəhudilərə aid ayələrdə sadəcə Allah tərəfindən tövsiyyələr və xəbərdarlıqlar yer alır. Əgər artıq Allahını unudan və ateistləşən xristian dünyası Qurandakı Yaradan tərəfindən öz bəndələrinə edilən tövsiyyələri yəhudilər üçün mütləq mənada təhlükə hesab edirsə, özləri anlamalıdırlar, yəhudilərə qarşı soyqırım törədən, onları bir din və millət olaraq insan tarixindən silməyə çalışanlar Qurani Kərimin timsalında müsəlmanlar deyil, məhz xristianların özləri olublar. Yəni alman və italyan faşizmi milyonlarla yəhudini diri-diri, səssiz-səmirsiz sobalarda yandıranda, İslam dünyasında yaşayan yəhudilər müsəlmanlarla birlikdə xoşbəxt ömürlərini yaşayırdılar.

Bəs Qurani Kərim nə deyir yəhudilər üçün? İsra surəsinin 2-ci ayəsində deyilir ki, sitat: Musaya Kitabı (Tövratı) verdik və ona "Məndən başqasını özünüzə vəkil etməyin” deyərək İsrail oğullarına rəhbər göndərdik.

Yəni burada yəhudilər üçün Tövratın əhəmiyyəti vurğulanır.

Yenə İsra surəsindən sitat gətirək. 101-ci ayədə deyilir: And olsun ki, biz Musaya tam aydın doqquz möcüzə verdik. İsrail oğullarından soruşun: Musa onların yanına gələrkən Firon ona “Mən sənin birmənalı olaraq ovsunlandığını hesab edirəm, ey Musa” demişdi.

Bu ayədə də Həzrət Musanın nə qədər önəmli peyğəmbər olduğu vurğulanıb və onun Allah tərəfindən möcüzələr verilmiş elçilər sırasında göstərib.

Taha surəsinin 80-ci ayəsində də deyilir: "Ey İsrail oğulları! Sizi düşməninizdən qurtardıq, sizə Turun sağ tərəfini vəd etdik və sizə qüdrət halvası ilə bildirçini qida olaraq göndərdik”.

Bu ayədə də görünür ki. Yəhudilər Allah tərəfindən dəfələrlə xilas edilib.

Bəqərə surəsinin 47-ci ayəsində deyilir: “Ey İsrail oğulları! Sizə verdiyim nemətimi və bir zamanlar sizi bütün aləmə üstün tutduğumu xatırlayın”.

Ali İmran surəsinin 49-cu ayəsində isə belə deyilir: “Allah onu İsrail oğullarına bir peyğəmbər olaraq göndərəcək və o da onlara belə deyəcək: "Şübhəsiz, mən sizə Rəbbinizdən möcüzə gətirdim. Mən palçıqdan quş düzəldib, üfürsəm, Allahın icazəsiylə o canlanıb əsl quşa çevrilər və uçar. Koru və taunlunu sağaldaram, ölüyə can verərəm. Evlərinizdə nə yediyinizi, nəyi isə gizlədib saxladığınızı üzünüzə deyərəm. Əgər mömünsünüzsə, bunda sizing üçün bir ibrət var”.

Yenə də Ali İmran surəsinin 93-cü ayəsində deyilir: “Tövrat göndərilmədən əvvəl, Yaqubun özünə haram bildiyindən başqa, nə varsa israil oğulları onları özünə halal bilirdi. De ki, əgər doğru danışırsınızsa, Tövratı gətirin, oxuyun”.

Maidə surasinin 12-ci ayəsində isə Allah buyurur: “And olsun ki, Allah İsrail oğullarından dürüst söz almışdı. Onlardan on iki təmsilçi – rəhbər seçmişdik. Sizinlə birlikdəyəm. And olsun, əgər namaz qılar, zəkat verər və elçilərimə inanarsınızsa, sizi himayə edərik. Kasıblara ürəkdən kömək etsəniz, Allaha gözəl bir borc vermiş olacaqsınız. Əlbəttə, bu zaman sizing pisliklərinizin üstünü örtərəm və and olsun ki, sizi içindən çaylar axan cənnətə göndərərəm. Amma aranızdan kimlərsə bunu inkar edərsə, mütləq o dümdüz yolundan sapmış olacaq”...

Göründüyü kimi, Qurani Kərimdə yəhudilərə toxunacaq heç nə yoxdur. Fransanın dərdi isə tamam başqadır və biz onu 9 əsr öncə səlib yürüşlərində də görmüşük, günümüzdə müsəlmançılığın qaydalarına, məsələn, qadınların hicab geyinməsinə, camelərdən azan səsinin verilməsinə, hətta camelərə forma verən əsas detala – minarələrə münasibətdə və sairdə də. Bəyəm 9-10 əsr əvvəl Fransadan, İngiltərədən Qüds üzərinə yürüş edərkən Qurandakı yəhudilərə aid ayələrdənmi söz edilirdi, yoxsa ABŞ və ətrafındakı cırtdanlar səfirliklərini Qüdsə köçürmək qərarına gəldikdə yəhudilər barəsində hardasa nəsə yazıldığı bəhanə edilirdi? Təbii ki, bunlar sadəcə müsəlmanları anti-Qərb və ya anti-İsrail qiyama qalxmağa sövq etmək məqsədi güdür. Bütün məqsədlərin axasında isə müsəlmanların sayca xristianları keçməyə yaxınlaşmasından doğan qorxu dayanır. Say müstəvisində dəyişiklik – artma həm müsəlmanların daha cavan və dinamik olması, xristan dünyasında azalma isə onların qocalması və istənilən halda müsəlmanların içində əriyəcəkləri anlamına gəlir.
Məsələn, İNSAMER adlı sorğu təşkilatının keçirdiyi sorğuya əsasən, Avropanın ən iri dövləti sayılan Almaniyada son 70 il ərzində müsəlmanların sayı 20 mindən 5 milyonadək yüksəlib. Yəni bu ölkədə 1950-ci ildə 20513 müsəlman yaşadığı halda, 1960-cı ildə onların sayı 21844-ə, 1970-ci ildə 1 milyon 172 minə, 2010-cu ildə 4 milyon 283 minə və nəhayət 2016-cı ildə 4,9 milyona yüksəlib.

Təşkilatın hesabatında deyilir ki, 2050-ci ildə, hətta Almaniya xaricdən müsəlmanları qəbul eləməsə belə, burada müsəlmanların sayı 6 milyon nəfəri ötəcək. Amma cüzi köç olduğu halda bu rəqəm 8,5 milyona, geniş həcmli köç qəbul edildiyi halda isə 17,5 milyonadək yüksələcək.

Bu yerdə qeyd edək ki, hazırda 82 milyonluq Almaniyada İslam xristianlıqdan sonra ikinci ən böyük dindir..

ABŞ mənşəli “Pew” Araşdırmalar Mərkəzi də bu müstəvidə öz araşdırmasının nəticələrini ortaya qoyub. Bildirir ki, ümumilikdə Avropa ölkələrinə gələn qaçqın və köçkünlərlə yanaşı, yerli müsəlmanlar arasında doğumun yüksək olması “Qoca qitə”də İslam tərəfdarlarının sayını 30 il sonra 57,9 milyon, köçkünlərin gəlişi sürətini saxlasa isə hətta 75,5 milyon nəfərə çıxara bilər.

Araşdırmaya görə, bu gün ən çox müsəlman məhz Qurani Kərimin yenidən yazılması kimi sərsəmləmə edən Fransada yaşayır. Təxminən 1 il əvvələdək bu ölkədə 5,7 milyon müsəlmanın yaşadığı təxmin olunmaqdadır. Bu da fransa əhalisinin 8,8 faizi deməkdir. 30 il sonra isə Fransada yaşan müsəlmanların sayı artaraq ümumi əhalinin 18 faizinı və ya 13,8 milyon nəfər səviyyəsinə yüksələ bilər.

Müsəlmanların fazii İsveçdə böyük sürətlə artacaq. İndiki artım prosesi davam edərsə, 30 il sonra bu ölkənin ümumi əhalisinin 20,5 faizi, müsəlman miqrantların axını yüksəldiyi halda isə 30 faizdən artığı müsəlmanlar təşkil edəcək. Eyni zamanda, 30 il sonra müsəlmanların sayı Norveçdə 17, Finlandiyada 15 faizə yüksələcək. Polşa isə müsəlmanların sayının ən az artacağı ölkə olacaq. Çünki polşa xalqı müsəlmanlara qarşı ciddi düşmənçilik sərgiləyir.

Ümumiyyətlə, əksəriyyəti Avropada olmaqla, dünyanın bir sıra xristian ölkəsində yaşayan müsəlmanların ölkə əhalisinin faiz nisbətilə sayını nəzərə çatdıraq: Albaniya 72 faiz, Argentina 1,5 faiz, Avstraliya 1,5 faiz, Avsriya 4,7 faiz, Belçika 4 faiz, Bosniya və Hersoqovina 52 faiz, Bolqarıstan 12,2 faiz, Kanada 2 faiz, Danimarka 5 faiz, Gürcüstan 10 faiz, İtaliya 1,6 faiz, Makedoniya 30 faiz, Niderland 6 faiz, Rusiya 16 faiz, Serbiya 22 faiz, Sloveniya 2,5 faiz, İspaniya 2,3 faiz, İsveçrə 4,5 faiz, Ukrayna 4 faiz, Britaniya 3 faiz, ABŞ 1,6 faiz və sair.

İrəlidəki 30 il ərzində müsəlmanların ən çox artacağı ölkələr isə aşağıdakı kimi təxmin olunur (ölkə üzrə ümumi əhalinin faizi nisbətilə): Kosovo 94 faiz, Albaniya 82 faiz, Bosniya və Hersoqovina 62 faiz, Kipr (bütün ada) 57 faiz, Makedoniya 46 faiz, Almaniya 20 faiz, İngiltərə 8 faiz, Niderland 32 faiz, İsveç 31 faiz, Norveç 29 faiz, Belçika 28 faiz, Yunanıstan16 faiz və sair.

Bu yerdə nəzərə çatdıraq ki, 2016-cı ildə dünyada 1,6 milyard nəfərdən bir az artıq müsəlmanın yaaşdığı deyilir. Xristianların sayı isə 2,2 milyard nəfərə yaxındır. Amma 2070-ci ildə bu rəqəm müsəlmanlarda 2,920 milyard, xristianlarda isə 2,760 milyard nəfərədək yüksələcək və beləliklə, müsəlmanlar saylarına görə xristianları geridə qoyacaqlar.

Xristian dünyasını əndişələndirən yalnız müsəlmanların sayının sürətlə artması deyil, həm də xristianlar arasında ateistlərin sayının çoxalması ilə bağlıdır.

Yeri gəlmişkən, dünyada ateistlərin sayına görə Çin ilk sıradadır. Hazırda çində hər 10 nəfərdən 7-si və ya əhalinin 70 faizi ateistdir.
Ateistlərin sayına görə, Çini İsveç, Çexiya və İngiltərə izləyir.

Avstraliya əhalisinin 30 faizi özünü ateist adlandırır. Bu say İngiltərədə ümumi əhalinin 11, İsveçdə isə 18 faizinə bərabərdir. İsveçrə əhalisinin isə 50 faizi özünü allahsız hesab edir.

Göründüyü kimi, İslam dünyasına qarşı hər sahədə hücum edən, ölkələri düşdükləri şəraitdən dolayısı müharibə və silahlı toqquşmalar meydanına çevirən Qərb bununla niyyətlərinə çatmadıqlarını görməkdədirlər və ona görə də ən son variant əl atırlar. Bu variant Quran Kitabının ayələrinin dəyişdirilməsi tələbidir. Və əminik ki, bütün bunlar xristian ölkələrinin iflasına aparacaq…



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.06.2018
20.06.2018