Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sosial mənzil ajiotajı – elektron sistem niyə dondu?
Tarix: 08.05.2018 | Saat: 16:26:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Məlum olduğu kimi mayın 7-də Azərbaycanda ilk sosial mənzillər satışa çıxarıldı. 260 mənzilin təklif olunduğu ilk mərhələdə tələbin yüksək olacağı öncədən bəlli idi. Gözlənildiyi kimi, 8 minə yaxın vətəndaş 260 mənzili daha tez seçməyə çalışdı. İlk günün nəticələri göstərdi ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prosesə hazır olsa da təəssüf ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öncədən proqnozlaşdırılan yüksək sifariş dalğasına hazır olmadı. Nəticədə, elektron sistemdə fasilələr və eləcə də seçilmiş mənzilin elektron imza ilə təsdiq olunmasında problemlər yarandı.


Hafta.az məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramovun fikirlərini təqdim edir. Ekspert deydir ki, mayın 7-si saat 10.00-da elektron sistemdə yüksək sifarişin olacağı öncədən gözlənilən olduğundan bu sistem öncədən test edilməli idi: “Sosial mənzillər Azərbaycan vətəndaşları üçün vacib layihə olduğundan bütün mərhələlərdə, xüsusən də ilkin satışda prosesin məsuliyyətli idarəedilməsi çox vacibdir. Mayın 7-də sosial mənzilləri seçən amma sistemdəki fasilələr səbəbindən onu öz elektron imzaları ilə təsdiq edən bilməyənlərə əlavə zamanın verilməsi və onların seçiminin tanınmasına ehtiyac var. Bütün hallarda, birinci mərhələdə seçim etmiş vətəndaşlarımızın evlə təmin olnmasına birmənalı şəkildə imkan yaradılmalıdır. Yasamaldakı kompleksdə daha 1600-dən artıq mənzilin növbəti aylarda satışa çıxarılacağını da nəzər alaraq elektron sistemin təkmil hala gətirilməsi istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac var”.
Qeyd edək ki, “Güzəştli mənzil” sistemi mənzil satışında ölkəmizdə ilk və unikal proqram sistemidir. Sistemin üstünlüyü ondan ibarətdir ki, vətəndaş mənzillərin seçimini insan faktoru olmadan internet vasitəsilə, rahat və qısa zamanda həyata keçirir. Sistemdə hər bir addım qeydə alındığından vətəndaşlar tərəfindən aparılan seçimin şəffaflığı qorunur. Bu baxımdan “Güzəştli mənzil” layihəsinə böyük maraq vardır və sistemdə şəxsi kabinet əldə edənlərin sayı 8800 nəfərədək olub.


Qeyd edək ki, “Elektron hökumət” portalına adi halda müraciətlərin sayı portalın fəaliyyəti ərzində eyni anda 1500-dən çox olmadığı halda, “Güzəştli mənzil” layihəsinə vətəndaşlar arasında marağı, şəxsi kabinet sayını və sistemin yüklənməsini nəzərə alaraq “Elektron hökumət” portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10 000-ə qədər artırılıb.
Lakin ilk mənzillərin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb. 07 may 2018-ci il tarixində saat 11-50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş verib.
Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilmiş, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib.


Yaranmış halın həll edilməsi məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və agentlik baş vermiş texniki nöqsanların aradan qaldırıldığını açıqlayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.08.2018
15.08.2018
14.08.2018