Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hüseyn Cavid prospektində elektrik qəzası gözlənilir
Tarix: 07.10.2010 | Saat: 14:15:00
Bölmə:Reportaj | çapa göndər

Yağışlı-qarlı havalarda, hətta güclü küləklər əsən anlarda da açıq qalmış həmin xətlərdə, həmçinin “razetka“nın açıq deşiklərinə yağış sularının dolması üzündən qısaqapanmanın baş verməsi və hətta yaxınlıqdan keçəni elektrik cərəyanının vurması da mümkündür.
Paytaxtda işıqlandırma ilə bağlı problemlərin həlli üçün Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinin sərəncamı ilə əksər əvvəlki beton və dəmir dirəklərin “SA - RA“ adlı yeni dirəklərlə əvəzlənməsi prosesinə illər öncə başlanılıb.
Məlumat üçün bildirək ki, “SA - RA“lar isə 2003-cü ildə Azərbaycan hökumətinin sifarişi ilə Ankarada istehsal edilib. Onların yerə bərkidilən hissəsi 20 - 25 kvadratsantimetrdir və orada boltla bərkidilmə üçün 4 deşik var. 20 - 25 kvadratsantimetr məsafədə beton özül töküldükdən sonra onun içərisində dirəyi işıqlandırmaq üçün yeraltı elektirk kabelləri və 10 - 15 sm-lik dəmir boltlar bərkidilir. Bundan sonra dirəklər həmin boltlarla betonlara bağlanır. Elektrik kabelləri isə dirəyin içərisi ilə 1 metr hündürlüyə qaldırılır və orada elektrik lampalarına gedən xətlərə birləşdirilir. Qeyd edək ki, birləşmə olan hissənin üstünün açıq qalmaması üçün həmin yer başqa dəmir vasitələrlə dirəyə qaynaqlanır.
İşıq dirəyindən elektrik enerjisi oğurlanır
Dünən Bakı Metropoliten İdarəsinin “Elmlər Akademiyası“ stansiyasının qarşısında olarkən müşahidə etdik ki, həmin yerdəki işıq dirəyinin birləşmə hissəsindəki dəmir qapaq çıxarılıb və oradakı elektrik xəttinə “razetka“ quraşdırılıb. Həmin “razetka“ işıq dirəyinin kənarında asılı vəziyyətdə qalıb. Əlavə xətlərin birləşdirildiyi yerlərdəki yapışqanlı lent isə küləyin və yağışın təsirindən boşalmaq üzrədir. Bu da o deməkdir ki, yağışlı-qarlı havalarda, hətta güclü küləklər əsən anlarda da açıq qalmış həmin xətlərdə, həmçinin “razetka“nın açıq deşiklərinə yağış sularının dolması üzündən qısaqapanmanın baş verməsi və hətta yaxınlıqdan keçəni elektrik cərəyanının vurması da mümkündür. Onu da bildirək ki, haqqında danışılan işıq dirəyinin yuxarı hissəsinə kameralar və radar birləşdirilib. Həmin qurğuların elektrik enerjisi ilə təminatı da dirəyin elektrik kabelləri hesabına ödənilir. Əgər təbii proseslər nəticəsində qısaqapanma baş verərsə, nəticədə radar və kameraların və işıq lampalarının sıradan çıxacağı, yüksəkgərginlikli elektrik xətlərinin qırılacağı da mümkündür. (Xatırladaq ki, metronun Elmlər Akademiyası stansiyasının qarşısı son zamanlar işıqforların işləməməsi səbəbindən tıxaclar yaranır) Digər tərəfdən qırılacaq elektrik xətləri işıq dirəyinin bir neçə santimetrliyində yerləşən məhəccəri elektrikləşdirə bilər ki, bunun da məhəccərlə üzbəüzdəki avtobus dayanacağında dayanan və sərnişindaşıma xidməti göstərən müxtəliftutumlu nəqliyyat vasitələri, sərnişinlər və piyadalar üçün təhlükə ehtimalı yüksəkdir.
Hüseyn Cavid prospektindəki digər bir dirəyin birləşmə hissəsinin dəmir qapağı da düşmək üzrə olduğundan analoji təhlükə həmin qurğuda da baş verə bilər.
Gözlənilən təhlükələrlə bağlı Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin əməkdaşı Nailə Məmmədova ilə əlaqə saxladıq. Diqqətinə çatdırdığımız faktlardan xeyli təəccüblənən həmsöhbətimiz “razetka“ vasitəsilə enerji oğurluğunun qarşısının alınmasının və işıq dirəklərinin birləşmə hissələrinin qapaqlarının təcili bağlanmasının vacibliyini vurğuladı: “Bizim bu barədə heç bir məlumatımız yoxdur. Ancaq problem barədə məlumatlandırdığınız üçün təşəkkürümü bildirirəm. Böyük bir faciənin qarşısını vaxtlı-vaxtında almağa yardım göstərdiniz“.
Paytaxt meriyasının nəzdində fəaliyyət göstərən Şəhəri İşıqlandırma Elektrik Şəbəkəsi Müəssisəsinin Bakı Şəhər İşığı qurumunun texniki şöbəsinin Kamal adlı rəsmisi də sadaladığımız faktlardan xəbərsiz olduqlarını diqqətimizə çatdırdı. Əməkdaşımıza təşəkkürünü bildirən şöbə rəsmisi vurğuladı ki, problemin dərhal çözülməsi üçün adıçəkilən məkana nümayəndələr göndəriləcək. Həmsöhbətimiz həmçinin vətəndaşlardan gileylənməyi də unutmadı: “Bizim bütün işıq dirəklərini yoxlamaq imkanlarımız məhduddur. Bəzi insanlar isə bu cür faktların şahidi olduqları halda, bizim quruma məlumat vermək əvəzinə, bu cür təhlükəli anlara biganə yanaşırlar. Ancaq bizə məlumat verilmədiyindən və təhlükənin qarşısı vaxtında alınmadığından ciddi və xoşagəlməz hadisələrin baş verməsi hər an mümkündür. Sizə təşəkkür edirik ki, bədbəxt olayların baş verməməsi üçün bizə yardımçı oldunuz“.
Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019