Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Dəfələrlə ABŞ tərəfinə bildirdik ki, səfirliyi Qüdsə köçürməsinlər" - "Neturey Karta" təşkilatının sözçüsü
Tarix: 10.05.2018 | Saat: 13:05:00
Bölmə:Dünya | çapa göndər

İsraili dövlət olaraq tanımayan, Yəhudi Ortodoksları tərəfindən qurulan "Neturey Karta" qrupunun sözçüsü, haham Yisroel Dovid Veiss İstanbulda bildirib ki, sionizm yəhudilərin təmsilçisi deyil, birmənalı şəkildə işğal idealogiyasının nümunəsidir. 

Hafta.az-ın "Yeni şafak"a istinadən yazdığına görə, sözçü qeyd edib ki, İsrail yalnız müsəlman Şərqi üçün deyil, bütün dünyaya əziyyət mənbəyidir. Onun sözlərinə görə, yəhudilərin inancında kimsənin torpağını işğal eləmək, kiməsə əziyyət vermək haram və yasaq sayılır. “Faşistliyə çevrilən sionizmin qarşısında dayanan yeganə dövlət Türkiyədir. Nəticəsi də budur ki, İsrailin hər cür təhdidlərinə əhəmiyyət verməyən prezident Rəcəb Tayyib Ərdoğan İsrailin işğalı altındakı Fələstinə sahib çıxır" deyib haham Yisroel Dovid Veiss.  

Veiss bildirib ki, yəhudilərlə müsəlmanlar minillərlə birlikdə yaşayıb, birlikdə sevinib, birlikdə ağlayıb. "Burada heç vaxt dini problem olmayıb.  Tam əminliklə deyirəm: bu sırf siyasi məsələdir. Əsl yəhudi olanlar fələstinlilərin nə çəkdiyini yaxşı anlayır. Təşkilatımız müsəlmanların qarşısında çox utanır" deyib sözçü. 

Veiss maraqlı bir məqama da toxunaraq deyib ki, birmənalı şəkildə Qüdsün israilin paytaxtı ela edilməsinə qarşıdırlar. "ABŞ səfirliyini Qüdsə köçürür, bu necə ola bilər, axı ora Fələstinin paytaxtıdır. Belə çıxır ki, ABŞ İsraildəki səfirliyini bağlayır? Biz dəfələrlə ABŞ tərəfinə bildirdik ki, səfirliyi Qüdsə köçürməsinlər. Bu yaraya duz basmaq kimi bir şey olacaq" deyib təşkilatın nümayəndəsi. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018