Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
275 saylı orta məktəbdə Ulu Öndərin 95 illiyi qeyd edilib
Tarix: 10.05.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

YAP Suraxanı Rayon Təşkilat Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən Ə. Eyvazov adına Bakı şəhər 275 saylı tam orta məktəbdə də yüksək şəkildə qeyd edildi. 2002-ci ilin 1 sentyabr tarixində Ulu Öndər adıçəkilən təhsil müəssisəsində olaraq, sözügedən məktəbin müəllim və sagird kollektivi ilə görüşmüşdür. Məhz ona görə də YAP Suraxanı Rayon Təşkilat Şöbəsi tədbirini həmin təhsil müəssisəsində keçirdi.

 

Qeyd edək ki, 275 saylı tam orta məktəb nəinki rayonda, eləcə də paytaxtda ən nümunəvi təhsil müəssisələrindən biridir. Təhsil müəssisəsində nizam-intizama yüksək fikir verilir. Tədbir başlanmazdan əvvəl, gələn qonaqlar məktəbin foyesində Ulu Öndərlə bağlı şagirdlərin əl işlərindən ibarət təşkil edilmiş sərgi ilə tanış oldular. Əl işlərindən görünürdü ki, təhsil müəssisəsində istedadlı və qabiliyyətli şagirdlər çoxdur. Məktəbin Akt zalında keçirilən tədbir başlanmazdan əvvəl, Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir Azərbaycanın Dövlət Himini ilə açıldı.
Məktəbin direktoru Fəridə Şərifova gələn qonaqları salamladı və sonra söz YAP Suraxanı Rayon Təşkilat Şöbəsinin sədri Vüqar Seyidova verildi.

Vüqar Seyidov bildirdi ki, artıq 10 May Ulu Öndərin doğum günü gül bayramına çevrilib. Hər bir insanın gözlərində sevinc, böyük bayram əhval-ruhiyyəsi duyulur: “Heydər Əliyevin uğurlu siyasəti ilə bugünkü zamana qədəm qoymuşuq. Bugünkü Azərbaycanı bizə Ulu Öndər bəxş edib. Onun siyasi irsinə sadiq qalaraq, ölkəmizin böyük nailiyyətlərinə imza atacağıq. Onun varlığını daim hiss edirik. Elə bir sahə yoxdur ki, Ulu Öndər ona imza atmasın. Heydər Əliyevin fəaliyyəti dövründə Suraxanı rayonuna böyük qayğı göstərilib. Ulu Öndər 2002-ci il sentyabr ayının 1-də bu məktəbdə olub, təhsl müəssisəsinin problemləri ilə maraqlanıb. O, həmişə Azərbaycan təhsilinin inkişafına ciddi fikir verib. Ulu Öndər hər zaman xalqı ilə öyünüb.
Vüqar Seyidov Suraxanı rayonunda təhsilin inkişafının uğurla həyata keçirildiyini dedi:
– Bir şagirdimiz Prezident təqaüdünə layiq görülüb. Ölkə başçısı İlham Əliyev və 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən təhsilə qayğı və diqqət daha da artıb. Biz bütün sahələrdə bu qayğını və tərəqqini hiss edirik. Biz bu gün Ulu Öndəri böyük məhəbbətlə anırıqsa, qəlbimizdə yaşadırıqsa, onun irsini də yaşatmalıyıq. Ölkə başçısı ilə bir yerdə, onun yanında olmalıyıq.
Vüqar Seyidov qeyd etdi ki, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin binaları müasir tələblərə cavab verən səviyyədə əsaslı təmir edilib. Onun sözlərinə görə, rayonda şagirdlərin təhsil alması üçün ümumtəhsil məktəblərində hər cür şərait yaradılıb:

– Suraxanıda yeni məktəblər tikilib. Rayonda iki təhsil ocağı təmirsiz qalıb. Bunlar da təmir edilməlidir. Məktəbin biri tamamilə sökülüb, yerində standartlara uyğun məktəb binası tikilməlidir, digəri isə əsaslı təmir olunmalıdır. Balalarımızın gələcəyi Azərbaycanın gələcəyi deməkdir. Ulu Öndər haqqında danışmaq həm məsuliyyət tələb edir, həm də şərəflidir.
Vüqar Seyidov vurğuladı ki, Heydər Əliyevin həyatı hər birimiz üçün örnəkdir: “Biz onun həyat təcrübəsindən öyrənməyə çalışmalıyıq”.
Tədbirdə 2002-ci ilin 1 sentyabrında Heydər Əliyevin 275 saylı məktəbdəki görüşündən ibarət videoçarx göstərildi. Şagirdlər Ulu Öndər haqqında şeirlər səsləndirdilər.
Tədbirin sonunda Vüqar Seyidov Suraxanı rayon ümumtəhsil məktəblərinin bir qrup müəlliminə Yeni Azərbaycan Partiyasının üzvlük biletlərini təqdim etdi. Eyni zamanda, 11 aprel prezident seçkiləri ərəfəsində fərqlənən bir qrup gəncə və eləcə də 275 saylı tam orta məktəbin direktoru Fəridə Şərifovaya fəaliyyətinə görə, YAP Suraxanı Rayon Təşkilat Şöbəsinin Fəxri Fərmanını təqdim etdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2018
24.05.2018
23.05.2018