Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xolokostdan sağ qurtulan 87 yaşlı yəhudi islamı qəbul edib
Tarix: 11.05.2018 | Saat: 11:22:00
Bölmə:Dünya | çapa göndər

Hollandiyadakı Sultanəhmət Camisində islamı qəbul edən 87 yaşlı yəhudi Sal van Koeverden İsraili heyrətləndirib.

Hafta.az yazır ki, yaşından və xəstəliyindən dolayısı şikəstlər üçün nəzərdə tutulmuş təkərli arabada gəzən Koeverden təşkil edilən xüsusi təntənəli tədbirdə Kəlmeyi Şəhadətini gətirərək özünü müsəlman elan edib. 

Faşistlərin yəhudilərə qarşı həyata keçirdiyi soyqırımdan sağ qurtulmağı bacaran bir yəhudinin islamı qəbul etmə səbəbləri İsrail mediasını təşvişə salıb. Bir sıra yəhudi mənbələri Holokost zamanı bölgədəki yəhudilərin 75 faizinin yox edildiyini, qalanlarının isə İsrailə qaçdığını iddia edib. Ona görə hesab edirlər ki, Van Koeverden heç də Xolokost zamanı almanların soyqırım siyasəti ilə üzləşməyib. 

Başqa bir qism yəhudi mənbələri isə qeyd edirlər ki, Van Koeverden həqiqətən də soyqırımla üzləşib və təsadüf nəticəsində sağ qala bilib. Amma onlara görə, bu yəhudi uzun zamandır psixoloji sarsıntı yaşayıb və bu səbəbdən də islama üz tutub. 

Hollandiyalı araşdırmaçı jurnalist Esfer Voet bildirib ki, əslində Sal van Koeverden tək yaşadığı üçün uzun illərdir ona müsəlmanlar baxıb, qayğı göstərir. Ola bilər ki, bu səbəbdən də müsəlmanlığa üz tutub. 

"İsrael National News" yazır ki, bütün hallarda Sultanəhmət Camisində yəhudinin islamı qəbul etməsi halı ilk dəfə yaşanmır. 2013-cü ildə də camidə Bney Akiva Yəhudi Sionist gəcçlik Hərəkatının 25 yaşlı keçmiş sözçüsü Yair Vander Roer İslamı qəbul etmişdi. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2018
24.05.2018
23.05.2018