Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Türkiyənin prezidenti olmaq istəyənlər: millətçilər və xəyanətkarlar
Tarix: 11.05.2018 | Saat: 17:13:00
Bölmə:Siyasət | çapa göndər

Türkiyədə erkən seçkilərə təxminən bir ay qalır. Buna görə də partiyaalrın və təbii ki, namizədlərin mübarizəsi gündən-günə qızışmaqdadır. İki cəbhə arasında gedəcək xalqdan səs almaq uğrunda mübarizənin qalibi kimlər olacaq: “Cümhuriyyət” blokunda birləşən Ərdoğan-Baxçalı-Dəstici (AKP, MHP və BBP) üçlüyümü, yoxsa “Millət” ittifaqında indidən özlərini qalib görən Kılıçdaroğlu-Şener-Karamollaoğlu-Dəmirtaş (CXP, İP, SP və DP) dördlüyümü?

Bu yerdə qeyd edək ki, adıçəkilən bloklar yalnız prezident seçkisini deyil, həm də pararlel keçiriləcək parlament seçkilərini əhatə edəcək. Yəni parlament seçkilərində birgə mübarizə aparmaq niyyətləri olsa da, prezident kürsüsü uğrunda, konkret olaraq “Millət” qrupundakı partiyalar vahid namizədlə yarışmayacaqlar.

“Cümhuriyyət” blokunu Qərb ölkələri israrla rədd edir və onların seçkidə qalib gəlməməsi üçün imkan daxilində çalışırlar. “Millət” ittifaqını isə əksinə, ABŞ və Avropa cidd-cəhdlə dəstəkləyir, xaricdəki seçicilərlə görüşmələri üçün qapıları taybatay açır, bilmək olmaz, bəlkə də maliyyə-texniki yardım da göstərir. O zaman sual yaranır: Ərdoğanın iqtidarını, açıq dillə desək, devirməyə can atan Qərb niyə “Millət” qrupunu hakimiyyətə gətirməyə səy göstərir? Çox maraqlıdır, bircə dəfə də olsa, CXP-lilər, İyi Partiya tərəfdarları və digər iki partiyanın ardıcılları öz-özlərinə sual verdilərmi bu barədə? Əlbəttə, Türkiyənin bütünlüyünü istəməyən hər yerdə və hər anda xaindir, amma özünü Atatürkçü hesab edənlər oturub düşündülərmi ki, niyə Türkiyənin inkişafını, güclənməsini və hətta varlığını belə istəməyən Qərb məhz “Millət” blokunu dəstəkləyir? Onlar niyə sual vermədilər özlərinə ki, nəyə görə FÖTO-çu, nə bilim Gülənçi – adından asılı olmayaraq terrorçu deyilən ünsürlər məhz İyi Partiyanı müdafiə edir, ona səs verir? Niyə sual vermirlər ki, on minlərlə türkün qanını axıdan və dünyanın sözdə də olsa, terror təşkilatı olaraq tanıdığı PKK-ya rəğbətlilər məhz “Millət” blokunun arxasındadırlar? Bütünlüklə, harda anti-Türkiyə qüvvələri varsa, məhz “Millət”i dəstəkləyir. Tamam, Türkiyənin parçalanmasını istəyən ölkələr və qüvvələr verdikləri dəstəyin qarşılığında “Millət”dən nə istəyirlər? Bu sualı Maral Akşenerə və ya Kamal Kılıçdaroğluna versək, əlbəttə, deyəcəklər ki, guya layiqdirlər, demokratiya və sair tərəfdarı olduqları üçün dünya məhz “Millət”in arxasındadır. Amma “Millət”çilər deməyəcəklər ki, məqsəd və məramları birmənalı şəkildə Qərbin maraqlarını müdafiə etdiyi üçün belə edirlər...

Hər halda, Türkiyənin Ali Seçki Şurası (YSK) namizədlərin yekun siyahısını mayın 13-də açıqlayacaq və bundan sonra qütblərdən hansının gücü nəyə çatırsa, o cür də mübarizəyə start verəcək. Əgər iki gün ərzində yeni namizəd qeydə alınmasa və ya olanlardan hər hansı namizədliyini geri götürməsə, mövcud 6 nəfərin prezidentlik uğrunda mübarizə aparacağı qətidir.
İndi də gəlin bu altı namizədin kimliyini nəzərdən keçirək:

1. Rəcəb Tayyib Ərdoğan – “Cümhuriyyət” blokunun vahid namizədi. Onu Ədalət və İnkişaf Partiyası (AKP), eləcə də müttəfiqləri olan Millətçi Hərəkat Partiyası və Böyük Birlik Partiyası dəstəkləyir.

Əslən Rizədən olan Rəcəb Tayyib Ərdoğan 1954-cü il fevralın 26-da İstanbulda doğulub. 1969-1982-ci illər arasında həyatını futbola həsr edib, amma siyasətlə də maraqlanıb. 1982-ci ilin mart ayında hərbi xidmətə yollanıb. Əsgərlikdən sonra Ərdoğan gənc idealist olaraq dövlət işləri və ictimai problemlərin həlli ilə hamının diqqətini çəkəcək qədər maraqlanmağa başlayıb. Elə aktiv siyasi həyata ilk addımlarını da məhz bu dövrdə atır.

Lisey təhsilini davam etdirərkən, o, Milli türk Tələbə Birliyinə üzv olur. 1975-ci ildə Milli Salamatlıq Partiyasının Bəyoğlu rayon Gənclər Şurasının, 1976-cı ildə isə İstanbul vilayəti üzrə Gənclər Şurasının sədri vəzifəsinə seçilir və 12 sentyabr dövlət çevrilişi baş verənədək bu vəzifədə qalıb.

Ali təhsilini Mərmərə Universitetində alıb.

Əsgərlikdən sonra – 1983-cü ildə qurulan Rifah partiyası ilə birlikdə siyasətə dönən Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğli rayon təşkilatının sədri, bir il sonra isə İstanbul vilayət təşkilatının rəhbəri seçilib. 1994-cü il martın 27-də keçiirlmiş seçkilərdə İstanbul böyük şəhər bələdiyyəsinin sədri seçilən Ərdoğan 12 dekabr 1997-ci ildə Siirtdə xalqa xitabən çıxışında Təhsil Nazirliyi tərəfindən müəllimlərə tövsiyyə edilən və dövlət qurumu tərəfindən yayımlanan bir kitabdakı seiri oxuduğu üçün dörd aylıq həbs edilir və təbii ki, İstanbul bələdiyyəsinin sədri postu ilə də vidalaşıb.

Həbsdən çıxdıqdan sonra – 14 avqust 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını (AKP) yaradıb və sədri olub. 2003-cü il martın 9-da gecikən seçim üzrə Siirtdən millət vəkili seçilib. O tarixdən də baş nazir postuna seçilən Ərdoğan siyasi karyerasının zirvəsinə yüksəlib. 11 illik baş nazir vəzifəsini 2014-cü il avqustun 10-da prezident kürsüsünə dəyişir. Yəni Abdullah Gülün yerinə namizəd olaraq prezident seçilib.
Şəxsi həyatına gəlincə, 1978-ci il iyulun 4-də keçirilən konfransda tanış olduğu, 1955-ci il təvəllüdlü Əminə Gülbaranla evlənib. Əhməd Burak və Nəcmətdin Bilal adlı iki oğlu, Əsra və Sümeyyə adlı iki qızı var. Nəvələri Əli Tahir Ərdoğan, Ömər Tayyib Ərdoğan, Əhməd Akif Albayrak, Emin Mahinər Albayrak, Sadıq Albayrakdır.

2. Məhərrəm İncə - CXP-nin namizədidir. Yalovadan millət vəkili seçilmiş İncə 1964-cü il mayın 4-də Yalovanın Almalıq kəndində doğulub. Anasının adı Zəkiyyə, atasının adı Şərifdir.

Məhərrəm İncə ilk və orta təhsilini Yalovada tamamladıqdan sonra Bursadakı Uludağ universitetinə daxil olub. İxtisasca fizika-kimya müəllimidir.

Hazırda millət vəkili olan İncə ömrünü müəllimlik etməklə keçirib, məktəb direktoru olub, müxtəlif liseylərdə dərs deyib. Hətta özəl məktəbəhazırlıq kurslarında da çalışıb. 2012-ci ildə “Buyurun, sayın İnce” adlı kitab yazan İncə bir müddət “Yalovaspor”un sözçüsü də olub. 24-cü dönəm Türk Dilində Danışan Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv seçilən İncə 2002-ci ildən indiyədək TBMM-dədir.

Ülkü İncə ilə evli olan Məhərrəm İncənin Salih Arda adlı bir oğlu var. Salih Arda da 2017-ci ilin sentyabrında Silivri bələdiyyəsinin sədri Özcan İşıkların qızı İdil Göknil İşıklarla evlənib.

3. Səlahəddin Dəmirtaş - Xalqların Demokratik Partiyasının (HDP) namizədidir.  1973-cü il aprelin 10-da Elazığın Palu rayonunda doğulub. Zaza köklü olan Səlahəddin Dəmirtaşın atasının adı Tahir, anasının adı Sadiyədir. Ailədə 3 qadaş, dörd bacıdırlar. Hamısı ali təhsillidir. Sadəcə qardaşı, Konstitusiya Məhkəməsi tərəfindən bağlanan DTP-nin keçmiş sədri Nurəddin Dəmirtaş universitet təhsilini başa vurmayıb. Üçüncü qardaşı Süleyman Dəmirtaş vəkildir. Bacılarından da biri vəkil, digər üçü isə müəllimədir.

Ankara Universitetinin məzunu olan Səlahaddin Dəmirtaş bir müddət bacısı Aygül Dəmirtaşla birlikdə sərbəst vəkillik edib. O, 2006-cı ildə İnsan Haqları Dərnəyinin Diyarbəkir şöbəsinin sədri, daha sonra Türkiyə İnsan Haqları Vəqfi (TİHV) və Beynəlxalq Əfv Təşkilatının Türkiyə şöbəsinin rəhbəri olub.

TBMM-in 23-cü dönəmdə millət vəkili və 2010-cu il fevralın 1-dən etibarən Barış və Demokratiya Partiyasının (BDP) həmsədri olub. 12 iyun 2011-ci ildə BDP-nin dəstəui ilə yenidən millət vəkili seçilib.

Mükəmməl olaraq Zaza dilini, orta səviyyədə ingilis və kürd dilini bilən Səlahəddin Dəmirtaş müəllimə işləyən Başak Dəmirtaşla evlidir, Dəlal və Dilda adlı iki qızı var.

PKK-nı dəstəkləyən təbliğat apardığı üçün 93 dəfə günahlandırılan Səlahəddin Dəmirtaş 2013-cü ildə İstanbulda keçirilən Novruz şənliyində çıxışı zamanı PKK-nı və bu terror təşkilatının qurucusu Abdullah Öcalanı təriflədiyi üçün “Terror təşkilatını təbliğ etmə” ittihamı ilə 5 il müddətinə həbs olunub.

4. Maral Akşener - İyi Partiyanın namizədi. Maral Akşener 1956-cı il iyulun 18-də Kocaeli vilayətinə bağlı İzmit rayonunun Gündoğdu kəndində doğulub. Selanikdən Kocaelinə köç edən Balkan türkü olan bir ailədə doğulan Maral Akşenerin atasının adı Tahir Ömər, anasınınkı Siddiqədir. Maral Akşener 1974-cü ildə Bursa Qız Müəllimlər Liseyini başa vurub, 1979-cu ildə İstanbul Universitetini bitirib. 1979 və 1982-ci illər arasında müəllimlik edib. 1982-ci ildə Yıldız Texniki Universitetinin Kocaeli Mühəndislik Fakültəsində araşdırma aparıb. Mərmərə Universitetində doktorluq müdafiə edib, Kocaeli Universitetində İnqılab tarixi fakültəsinin dekanı, Zübeydə xanım Şəhid Ailələri Vəqfinin sədri olub.

1995-ci ildə Doğru Yol Partiyasının (DYP) Qadın Qollarının sədri seçilən Məral Akşener ilk dəfə 1995-ci ildə DYP-nin Kocaeli vilayətindən millət vəkili seçilib. Nəcməddin Ərbakanın sədrliyi ilə, 28 iyun 1996-cı ildə Rifah Partiyası və DYP koalisiyasının təşkil etdiyi 54-cü hökumətdə daxili işlər naziri işləyib. O, bu postda 3 noyabr 1996-cı il tarixində baş vermiş Susurluq qəzasından sonra istefa verən Məhmət Ağarı əvəz edib. 1999-cu ildə yenidən DYP-nin İstanbul şəhərindən millət vəkili seçilib.

Akşener 4 iyul 2001-ci ildə DYP-dən istefa edərək Abdullah Güllə birlikdə Rəcəb Tayyib Ərdoğanın təklifi ilə yaradılan “yenilikçi” quruluş olan Siyasi Araşdırmalar Mərkəzinə daxil olur. 2001-ci il noyabrın 3-də MHP-yə üzvü olur.

2007-ci ildə MHP sıraalrından İstanbul millət vəkili seçilir. Bir müddət Baxçalının siyasi sözçüsü işləyib, 10 avqust 2007-ci ildə TBMM-in sədr evəzi seçilib. TBMM-də Türkiyə-Çin dostluq qrupunun rəhbəri olub. 2011-ci illərdə də MHP sıralarından millət vəkili seçilib, amma 2015-ci ildə MHP onun namizədliyini verməyib.

2016-cı ilin sentyabrında MHP-dən qovulan Akşener 25 oktyabr 2017-ci ildə İyi Partiyanı qurduğunu elan edib.

Özəl yaşamına gəldikdə, Maral Akşener 1980-ci ildə Tuncər Akşenerlə evlidir və 1984-cü il təvəllüdlü Fatih Akşener adlı bir oğlu var.

5. Təməl Karamollaoğlu - Səadət Partiyasının namizədidir. O, 1941-ci il iyunun 7-də Kahramanmaraşda doğulub. Əslən Sivaslı olan Təməl Karamollaoğlu lisey təhsilini 1959-cu ildə Kayseridə tamamlayıb. Daha sonra Mançestr Universitetinə qəbul olan Karamollaoğlu 1964-cü ildə təhsilini başa vurub. 1967-1972-ci illər arasında Dövlət Planlaşdırma Təşkilatında çalışıb. 1989-1995-ci illərdə Sivas bələdiyyəsinin sədri, 30 oktyabr 2016-cı ildə Saadət Partiyasının sədri seçilib. Evli və beş övladı olan Təməl Karamollaoğlu uzun müddətdir millət vəkili olaraq qanunvericiliklə məşğuldur.

6. Doğu Perinçək - Vətən Partiyasının namizədidir. 17 iyun 1942-ci il təvəllüdlü Doğu Perinçək Qaziantepdə doğulub. Atasl Sadıq Perinçək, anası isə Malatyadan olan Ləbibə Perinçək olub. 1968-ci ildə Düşüncə Kulubları Federasiyasına (Dev-Genç) sədrlik edib. 1968-ci ildə “Aydınlıq” dərgisini yayınlayıb, 1969-cu ildə isə “İşçi-Köylü” qəzetinin yayınına start verib. 21 may 1969-cu ildə dostları ilə birlikdə qanunsuz Türkiyə İhtilalci İşçi Köylü Partiyasını qurub. 12 mart 1971-ci il çevrilişindən sonra axtarışda olub. Amma o, şəhərlərdə Söke yaxınlarında, Beşbarmaq dağlarında faaliyyətini davam etdirib. Buna baxmayaraq, 1972-ci ilim mayında Ankarada saxlanıb və 4 fərqli ittiham üzrə 20 il müddətinə həbs olunub. 1974-cü ilin iyulunda isə əfv olunub. 1974-cü il Kıbrıs Sülh Hərəkatı zamanı Türkiyəni adanı işğal etməkdə günahlandırıb və bu istiqamətdə geniş təbliğatla məşğul olub. 12 sentyabr 1980-ci il çevrilişindən sonra 8 il müddətinə həbs edilib və amma 1985-ci ilin martında sərbəst buraxılıb. 1989-cu ilin oktyabrında və 1991-ci ilin aprelində PKK-nın Bekaadakı düşərgəsinə gedərək Abdullah Öcalanla müsahibələr götürüb, özünün “2000-ə doğru” dərgisində yayınlayıb.

1991-ci ildə Sosialist Partiyasının sədri seçilib. Amma 1992-ci ildə məhkəmə bu partiyanı bağladığı üçün o, yeni qurduqları İşçi Partiyasının sədri olub. 1998-ci ildə PKK-ya silah və maliyyə dəstəyi verdiyi üçün həbs olunur və 8 avqust 1999-cu ilədək Haymana zindanında qalıb. Jurnalist Şulə Perinçəklə evil olan Doğu Perinçəkin Zeynəb və Kiraz adlı iki qızı, Məhmət Bora və Sadıq Can adlı iki oğlu var…
Xatırladaq ki. Türkiyədə president seçkiləri iyunun 24-də keçiriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.08.2018
15.08.2018
14.08.2018