Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “maşın alverçisi” - HƏFTƏ REYTİNQ
Tarix: 11.05.2018 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Roma Papası I Fransiskin özünə məxsus “Lamborghini Huracan” avtomobilini Sotbiz hərracında satışa çıxaracağı bəlli oldu. Hərrac mayın 12-də keçiriləcək. Avtomobilin 350-450 min avro civarında satıla biləcəyi ehtimal olunur. Gəlirin bir hissəsi Afrika ailələrinə yardım edən iki xeyriyyə fonduna, qalan hissəsi isə İraq xristianlarının yardımına yönəldiləcək. Qeyd edək ki, “Lamborghini Huracan” ötən ilin noyabrında şirkət tərəfindən Roma Papasına hədiyyə edilmişdi. Ağrəngli avtomobildə I Fransiskin imzası yer alır.


Həftənin “yalanşünası”


İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamnei ABŞ-ın İranla nüvə proqramına dair sazişdən çıxmasına münasibət bildirərkən prezident D.Trampı yalançılıqda günahlandırdı:”Ötən gecə eşitdiniz, ABŞ prezidenti neçə axmaq sözlər dedi. Onun sözlərində 10-dan çox yalan var idi. O həm İslami sistemi hədələdi, həm də xalqı. Mən İran xalqı adından deyirəm: “Cənab Tramp, siz səhv edirsiniz. Biz deyirdik ki, ABŞ-ın İranla problemi nüvə enerjisi məsələsi deyil, bunlar bəhanədir, deyirdilər ki, yox, bu belə deyil. İndi gördülər ki, bu belə imiş. Biz Hərtərəfli Birgə Fəaliyyət Planını qəbul etdik, amma İranla düşmənçilik bitmədi. İndi də bizim regiondakı mövcudluğumuzu, raketlərimizi problemə çeviriblər. Əgər bunları da qəbul etsək, yenə də iş bitməyəcək, başqa bir məsələni bəhanə edəcəklər. İlk gündən dəfələrlə demişəm ki, ABŞ-a etimad etməyin. Demişəm ki, əgər müqavilə imzalamaq istəyirsiniz, lazımi təzminatı alın və sonra saziş imzalayın...”.


Həftənin “Şöhrət”lisi”


Azərbaycan Prezidenti İlham Əliyev görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini Elçin Əfəndiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. Elçin Əfəndiyev Azərbaycan Respublikasında müasir ədəbiyyatşünaslığın və ədəbi tənqidin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib. Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, əməkdar incəsənət xadimi(1984), Azərbaycanın Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003) Elçin Əfəndiyev məşhur xalq yazıçısı İlyas Əfəndiyevin oğludur.


Həftənin “hokkeyçisi”


Rusiyanın dövlət başçısı Vladimir Putin Soçidə keçirilən qala-matçda “Hokkey əfsanələri” komandasının heyətində seçildi. 11 nömrə ilə çıxış edən Putin rəqib komandanın qapısına nə az, nə çox, beş şayba vurub. “Gecə” Hokkey Liqasının yığmasına qarşı keçirilən matçda Rusiyanın müdafiə nazir Serqey Şoyqu onunla komanda yoldaşı olub. Hesab prezidentin komandasının 12:7 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, Rusiyanın “Gecə” Hokkey Liqasında ilk qala-matç 2012-ci ildə keçirilib.


Həftənin “qazi futbol komandası”


Azərbaycan Respublikasının Şəhid, Əlil və Veteranlar Birliyinin Təşkilat Komitəsi “Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam"” şüarı altında mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan futbol üzrə paraolimpiyaçılar arasında beynəlxalq yoldaşlıq oyunu təşkil etdi. Horadiz əməliyyatı qəhrəmanlarından və aprel döyüşləri iştirakçılarından ibarət “Qarabağ Qaziləri” ilə Gürcüstan Respublikasının Avropa çempionu olmuş veteranlardan ibarət ambutant "Tibilisi" komandası arasında yarış keçirilib. Böyük azarkeş dəstəyi ilə keçən gərgin oyunda "Qarabağ Qaziləri" ambutant futbol komandası rəqibini 3-2 hesabı ilə məğlub edib.
Beləliklə, qalib gələn "Qarabağ Qaziləri" futbol komandasının oyunçularına Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən kubok və sertifikatlar verilib.


Həftənin “müsəlman məşqçisi”


Azərbaycan futbol millisinin və “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Qol.az saytı əməkdaşının müsəlman futbol ulduzu Məhəmməd Salah haqda sualına belə cavab verdi: ”Məşqçi kimi mənim ona hər hansı bir qiymət verməyimə ehtiyac yoxdur. Çünki məndən daha tez və çox siz və bütün dünya futbolu ona artıq layiq olduğu qiyməti verib. Bir müsəlman kimi onun uğurlarına hamımız sevinməliyik. Biz də müsəlman ölkəsiyik. Bilirsiniz ki, Avropada, eləcə də bəzi başqa ölkələrdə müsəlmanlara pis baxırlar, onların barəsində yaxşı fikirdə deyillər. Amma Salah kimi insanların olması, onun oyunundan əlavə, əxlaqı, davranışı müsəlmanlara qarşı mənfi münasibəti dəyişir, onlara simpatiya yaradır... Mənim ən çox önəm verdiyim budur. Ona görə də şadam. Biz hamımız müasir futbolçulardan danışandan daha çox Ronaldonun, Messinin adını çəkirik. İndi Salahdan da danışırıq...”.


Həftənin “bərkgedəni”


Müğənni Rəqsanə İsmayılova həmkarı Damlaya Rusiya toylarına getməyi qadağan etməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirdi: “Mən Moskva merinin adamıyam. Damlanın Rusiyaya girişinə mən qadağa qoydurmuşam. Belə əcəb də etmişəm. Hələ 3-4 nəfərə də qadağa qoyduracağam”. Müğənninin qızı isə anasının zarafat etdiyini bildirib. Qeyd edək ki, bir müddət öncə açıqlama verən Damla Rusiyada yaşayan bir həmkarı tərəfindən süni şəkildə onun Rusiyaya girişinə stop qoyulduğunu açıqlayıb. Lakin Damla həmin həmkarının adını çəkməyib. İddialara görə, söhbət Rəqsanədən gedir. Çünki bir müddət öncə Xatun da Rəqsanənin ona Moskva toylarına getməsinə qadağa qoydurduğunu demişdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018