Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Özbaşına dərman qəbulunun qurbanları – VİDEO
Tarix: 14.05.2018 | Saat: 17:30:00
Bölmə:Sosial Video | çapa göndər

Əksəriyyət səhhətində yaranan problemi aradan qaldırmaq üçün həkim məsləhəti olmadan dərman qəbul edir.

ARB 24 xəbər verir ki, bəziləri başı ağrayarkən mütəmadi ağrıkəsicilərdən istifadə edir.

Özbaşına qəbul edilən bu tip dərmanlar isə orqanizmdə ağır xəstəliklərin gizli inkişafına səbəb olur.

Yanoş Məhərrəmov - Paytaxt sakini: “Təzyiq dərmanları qəbul edirəm amma kömək etmir. Həkimə getdim. O, məndə bu dərmanlara imunitetin yarandığını dedi və dərmanımı dəyişməyi məsləhət gördü. Mən də dəyişdim və müsbət effektini gördüm”.

Mütəxəssislər özbaşına qəbul edilən dərmanların orqanizmdə bir çox xəstəliklərin gizli inkişafına səbəb olduğunu deyir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, insanların 50 faizi dərmanlardan düzgün qaydada yararlanmır. Həkimlər deyir ki, təyinatı olmadan dərman qəbulu orqanizmdə müxtəlif fəsadlar da yaradır. Qanda kaliumun azalması, mərkəzi sinir sistemi, ürək və yuxarı tənəffüs yollarında olan problemlər özbaşına içilən pereparatların nəticəsi ola bilər. Bu kimi hallar mədə-bağırsağ sisteminə də təsirsiz ötüşmür.

Röyanə Quluzadə - Nevropatoloq: “Xəstənin mədəsində köhnə xora varsa və o baş ağrısına qarşı dərman qəbul edirsə bu mədə xorasının açılmasına və daxili qanaxmaya gətirib çıxarır. Dərmandan qeyri-düzgün istifadə allergiyalara və anafilaktik şoka belə gətirib çıxara bilər”.

Çoxları “qonşu məsləhəti” ilə aldığı dərmanın heç içliyi ilə də maraqlanmır. Haşiyə çıxaq ki, qanunvericiliyə əsasən ölkədə apteklərdə satılan dərmanların Azərbaycan dilində içliyi mütləqdir. Diqqət yetirsək, həmin qeyddə də dərmanın fəsadları, əks təsirləri, həkim məsləhəti ilə qəbulu geniş və əsaslandırılmış şəkildə tibbi dillə şərh olunur.

Ulduz Salahova – Paytaxt sakini: “Qonşumuz ordan-burdan eşitdiyi iynə-dərmanı vurdu, şok vəziyyətində xəstəxanaya çatdırıldı”.

Psixoloqlar insanın xəstə olduğunu düşünərək lazımsız yerə müxtəlif dərmanlardan istifadə etməsini hipokondriya xəstəliyi adlandırır. Belə insanlar psixoloji vəziyyətinə görə, xəstəlik yaranmadığı halda özlərinə həkimin müayinəsi olmadan diaqnoz qoyurlar. Bu hallara 20-40 yaş arası insanlarda rast gəlinir.

Vəfa Əkbər – Psixoloq: “Çıxış yolunu insanların mütəxəssisə güvənməyində görürəm. Mütəxəssisin təyin etdiyi diaqnozla kifayətlənmək lazımdır. Psixoloqa da müraciət etmək məsləhətdir”.

Həkimlər sağlam həyat tərzi üçün idmanla məşğul olmağı, açıq havada çox gəzməyi məsləhət görür. Bununla yanaşı, ən azı 6-aydan bir ümümi tibbi müayinədən keçməyi vacib hesab edir. Çünki xəstəliklər nə qədər erkən aşkarlanarsa, müalicəsi də bir o qədər effektiv olar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA