Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kərkük türkmənləri türk dünyasını köməyə çağırır
Tarix: 15.05.2018 | Saat: 14:00:00
Bölmə:Siyasət | çapa göndər

May ayının 12-də İraqda keçirilmiş parlament seçkiləri zamanı türkmənlərin yığcam yaşadığı bölgələrdə, xüsusilə də Kərkük şəhərində baş verən qanun pozuntuları, seçkinin nəticələrinin kürdlərin xeyrinə aşırı dərəcədə saxtalaşdırılması türkmən xalqını qəzəbləndirib. Mayın 12-si günü axşam saatlarından başlayaraq Kərkükdə türkmənlərin etiraz aksiyaalrı səngimir. Bizdəki məlumata görə, şəhərin fərqli, strateji yerlərində çadırlar qurulub, türkmən sakinlər müddətsiz aksiyalar keçirməklə saxtalaşdırılmış seçkinin nəticəsinin ləğvini, səslərin yenidən sayılmasını tələb edirlər. 

Hafta.az yazır ki, bu gün Türkmən xalqı tapdanmış haqlarının bərpası üçün türk dünyasından kömək istəyib. Bütün türkdilli ölkələrə ünvanlanan müraciətdə deyilir: Bu gün türkmənlər İraqda soyqırıma məruz qalırlar. Əgər bütün bu haqsızlıqlara ciddi müdaxilə edilməsə, təhlükə qarşısıalınmaz hala gələcək.

 

Müraciətdə daha sonra deyilir: "Türkmən xalqı olaraq, necə ki, dövlətin parçalanmasına yox dedik, seçkinin nəticələrinin saxtalaşdırılmasına da göz yummayacağıq. Əgər hökumət bu məsələyə müdaxilə etmirsə, o zaman bu dövlətin və hökumətin etibarı qalmayacaq. Türkmənlər İraqın ən fədakar, ən vətənpərvər xalqıdır. Biz ölkəmizin bütövlüyü uğrunda qanımızı, canımızı, malımızı verdik. Amma dövlətin və hökumətin bizə cavabı budur. Proses belə davam edərsə, vətənimizi və dilimizi tərk edərik. Biz son damla qanımızadək, Allahın köməkliyi ilə, ülkü ocaqları sayəsində ayaqda duracağıq. Üzərimizdə oynalınan oyunlar bizi yox edə bilməz. Biz 1918-ci ildən indiyədək fərqli oyunlara gəldik, amma hələ də ayaqdayıq". 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2018
24.05.2018
23.05.2018