Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Misir və Azərbaycanda uşaq ədəbiyyatı”
Tarix: 15.05.2018 | Saat: 17:42:00
Bölmə:Mədəniyyət | çapa göndər

Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin və Firudin Köçərli adına Respublikası Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Misir və Azərbaycanda uşaq ədəbiyyatı” mövzusunda tədbir keçirilib.

 

Mərkəzdən Hafta.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi bildirib ki, ilk dəfə olaraq Misir uşaq ədəbiyyatı həftəsi keçirilir. Bu həftə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə ərsəyə gətirdiyi “Əsrarəngiz Misir nağılları” kitabının da təqdimatı keçirilib. Kitab Misirin qədim mədəniyyəti, adət-ənənələri, tarixi haqqında maraqlı məlumatla və şəkilli nağıllarla zəngindir.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova çıxış edərək tədbirin əsas mahiyyətinin Azərbaycanda Misir uşaq ədəbiyyatını, eləcə də Misirdə Azərbaycan uşaq ədəbiyyatını təbliğ etmək, uşaqlar və gənclər arasında mütaliə marağının artırılmasından ibarət olduğunu bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.08.2018
15.08.2018
14.08.2018