Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsil naziri ”facebook” səhifəsi açdı - GÜNÜN TƏZADLARI
Tarix: 15.05.2018 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Təhsil naziri Ceyhun Bayramovun “facebook” səhifəsi açıldı. Hafta.az “Report”a istinadla xəbər verir ki, səhifədə nazirin təhsil sahəsində gördüyü işlər, keçirdiyi görüşlər, imzaladığı əmrlər və s. barədə məlumatlar yer alacaq. Qeyd edək ki, C.Bayramov təhsil naziri vəzifəsinə aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunub.


Ağsuda müəllim məktəb direktorunu döydü


Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döydü. Hafta.az-ın yazdığına görə, “Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib. Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb. O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Xırdalanda yol polisi aptekin qarşısında dünyasını dəyişdi


Çərşənbə axşamı səhər saatlarında DYP-nin Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci il təvəllüdlü polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmasından dünyasını dəyişdi. Hafta.az yazır ki, Virtualaz.org-un məlumatına görə, işdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də, elə aptekin qarşısında dünyasını dəyişib. Qeyd edək ki, 3 ay əvvəl mərhumun atası və qardaşı eyni gündə dünyasını dəyişmişdi. Belə ki, bu il fevral ayının 20-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmiş atasına aptekdən dərman alaraq yolu keçmək istəyən Biləsuvar rayon sakini Tarıqulu Orucovu maşın vuraraq öldürmüşdü. Xəstəxanada oğlunun ölüm xəbərini eşidən ata da bu acı xəbərdən dünyasını dəyişmişdi.
Əşrəf Orucov bu gün anadan olduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.


84 yaşlı azərbaycanlı 73 il sonra atasının məzarını Rusiyada tapdı


Rusiyanın Taqanroq şəhərində baş tutan 9 may Qələbə günü törəni maraqlı məqamlarla yadda qaldı. Hafta.az yazır ki, Musavat.som-un Rusiya KİV-ə istinadla məlumatına görə, Azərbaycandan xüsusi dəvətlə gələn Cəfərovlar ailəsi 73 ildən sonra Taqanroq şəhəri Primorka qəsəbəsi yaxınlığında babaları Cəfərov Kazım Mirnəbi oğlunun qəbrini tapıblar. Yerli Veteranlar şurasının dəvətiylə Taqanroqa gələn 6 nəfərlik Cəfərovlar ailəsi bu şəhərin faşistlərdən azad edilməsində qəhrəmancasına həlak olan babaları Kazımın qəbrinə gül dəstələri qoyublar. Qəhrəmanın oğlu 84 yaşlı Mirnəbi Cəfərov yerli dövlət qurumlarına və diaspor təşkilatlarına öz minnətdarlığını bildirib.


Azərbaycanlının Hadisəyə bağışladığı çimərlik dağıdıldı


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı çimərlik ərazisindəki tikililər darmadağın olundu. Hafta.az Musavat.com-a istinadal verdiyi xəbərdə deyilir ki, hadisə Türkiyənin Bodrum şəhərində qeydə alınıb. Müğənni Hadisəyə aid “La Plaj” məhkəmə qərarı ilə dağıdılıb. Səbəb isə çimərlik ərazisində tikililərin qanunsuz inşası olub. Belə ki, məhkəmənin verdiyi müddətdə əraziyə aid sənədləri təqdim edə bilməyən Hadisənin “La Plaj”ı dağıdılıb. Türk mediasının yazdığına görə, hadisənin “La Plaj”ı müğənni həmkarı Hande Yenerin Bodrumdakı obyekti ilə rəqabətdə imiş. Bu olayın ardından jurnalistlərə açıqlama verən H.Yener ironiya ilə bildirib ki, oraların sahibi odur: “Başqaları obyekt açıb bilirsiniz. Amma buraların sahibi mənəm”.
AzEuroNews.com-un əldə etdiyi özəl məlumatda deyilir ki, “La Plaj” 2016-cı ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olub. O, bu obyekti Hadisə Azərbaycana gələndə ona hədiyyə edib.


Bakıda şöhrətpərəst kosmetoloq gülüş hədəfinə çevrildi


Bakıda kosmetoloq Elnarə Rzayeva yazdığı şərhlə müzakirələrə səbəb oldu. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, o, “fake” profillə özünü tərifləmək istəyib, amma çaşıb öz profili ilə yazıb. Belə ki, “Elnarə xanım olmasa, mənim anam indi həyatını itirmişdi. Allah sizinlədir” yazaraq, kosmetoloq öz adını işarələyib. İzləyicilər isə ona “Deyəsən, başqa profildən yazmaq istəmisiniz, amma səhv alınıb” sözlərini yazıb. Rzayevanın bu addımı həm tənqid olunub, həm gülüş obyektinə çevrilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018