Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bayılda 3 ev tamamilə dağılıb - SÜRÜŞMƏ
Tarix: 16.05.2018 | Saat: 10:56:00
Bölmə:Sosial | çapa göndər

"Ötən gün Bayıldakı yeni sürüşmə sahəsində 3 ev tamamilə dağılıb, 22 qəzalı evin sakinləri isə gecə ilə köçürülüb".

Hafta.az bildirir ki, bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, dünən sürüşən sahə əvvəl sürüşməyə məruz qalan ərazi deyil: "Bu sürüşmə yeni sahədir, burada aşınma gedir. Bunun səbəbi də yüklənmədir, yamac kəsilib, nəticədə də ərazidə təbii aşınma hadisəsi baş verir, çünki dayanıqlılıq yoxdur. Burada 60-70 il əvvəl tikilmiş evlər var".

Ə.Qaralov qeyd edib ki, ərazidə gərginlik davam edir: "Hazırda ərazidə müşahidələr aparılır. Sürüşmə nəticəsində yaranan çatı gözlə görmək olur, təxminən, 4-5 santimetr eni olan çatın, uzunluğunu hələ dəqiq deyə bilmərik. Çat boyu yerləşən evlərdə isə təbii ki, gərginlik qalmaqdadır".

Mütəxəssis qeyd edib ki, hazırda ərazidə bir neçə qurumun əməkdaşı var.

***

"Bayılda, Buxta küçəsi 9 ünvanı boyunca ekzogen proses müşahidə olunur".

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Buxta küçəsi 9-da hələ sovet dövründə yamac terrasvarı kəsilib və yamacda evlər tikilib: "Biz Buxta küçəsindəki evlərdən təxminən 200 metr qərb - Badamdar istiqamətində müəyyən ekzogen proseslərin getdiyini müşahidə etmişdik. Buxta küçəsində yamacın terrasvarı kəsilməsi, yamacda evlərin inşa olunması, əraziyə suvarma məqsədilə, eyni zamanda, çirkab sularının axıdılması prosesin baş verməsinə səbəb olub. Nəticədə bir neçə ev uçub, yaşayış üçün mümkünsüz hala düşüb".

Evlərin yerləşdiyi yamacın sürüşməyə meylli ərazi olduğunu vurğulayan Ə. Qaralov qeyd edib ki, küçə balaca və dar olduğundan evlərin altında hansı proseslərin baş verdiyindən xəbərsizdirlər: "Ərazidə tərəfimizdən müşahidələr aparılaraq müfəssəl məlumat veriləcək".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018