Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Səbail Rayon İcra Hakimiyyəti Bayıldakı sürüşmə ilə bağlı açıqlama yayıb
Tarix: 16.05.2018 | Saat: 11:49:00
Bölmə:Sosial | çapa göndər

Səbail Rayon İcra Hakimiyyəti Bayıldakı sürüşmə ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, mayın 15-də saat 20.00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib. Bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Bu ərazidəki mövcud yaşayış evləri və digər tikililər hələ sovet hakimiyyəti illərində, əsas etibarilə keçən əsrin 50-ci illərində tikilib. Onların əksəriyyəti birmərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı rayon icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. İcra hakimiyyəti məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.

Bayıldakı sürüşmə prosesləri ilə bağlı artıq təcrübəsi olan Səbail Rayon İcra Hakimiyyəti tərəfindən qabaqlayıcı tədbirlər görülərək bir qədər əvvəl qəzalı vəziyyətdə olan Buxta küçəsi 9 ünvanında yaşayan ailələr köçürülüblər.

Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır. Görülən işlər sakinlər tərəfindən müsbət qarşılanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018