Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanın xarici ticarətdə müsbət saldosu 2 dəfədən çox artıb
Tarix: 16.05.2018 | Saat: 14:49:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 8 mlrd. 677 mln. 959,10 min ABŞ dolları təşkil edib. Hafta.az-ın Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 3 mlrd. 82 mln. 259,17 min dollar və ya 55,08% çoxdur.

Ötən 4 ay ərzində idxal əməliyyatları 3 mlrd. 26 mln. 051,23 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 861 mln. 53,51 min dollar və ya 39,77% çoxdur.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 5 mlrd. 651 mln. 907,87 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2 mlrd. 221 mln. 205,66 min dollar və ya 64,74% çoxdur.
Nəticədə 2 mlrd. 625 mln. 856,64 min dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 4 ayı ilə müqayisədə 1 mlrd. 360 mln. 152,15 min dollar və ya 2,07 dəfə artım deməkdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018