Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ermənistandakı dəyişiklik münaqişənin həllində yeni imkanlar yaradır” - BBQ eksperti
Tarix: 16.05.2018 | Saat: 16:53:00
Bölmə:Siyasət | çapa göndər

Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunun “Cənubi Qafqazda təhlükəsizlik problemləri” mövzusunda keçirilən sessiyasında Dağlıq Qarabağ münaqişəsi geniş müzakirə olunub.

APA-nın məlumatına görə, Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Maqdalena Qrono münaqişənin ciddi təhlükə olduğunu deyib. Ekspert bildirib ki, münaqişənin həllində diplomatik danışıqlarla yanaşı, münaqişə tərəflərinin bir-birinə yaxınlaşdırılması üçün digər danışıqlar formatlarından da istifadə oluna bilər: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daha fəal cəlb olunmalıdır”.

Ermənistanda baş vermiş son dəyişikliklərə toxunan M.Qrono qeyd edib ki, yeni hökumət Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar üçün yeni imkanlar yaradır.

Sessiyada çıxış edən Ermənistanın Milli Müdafiə Araşdırma Universitetinin vitse-prezidenti Benyamin Poqosyan deyib ki, Ermənistanın yeni hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fərqli yanaşma nümayiş etdirmir: “Yeni hökumətin münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda mövqeyinin dəyişəcəyini istisna edirəm”.

Sonra çıxış edən Azərbaycan Diplomatik Akademiyasının dosenti, professor Anar Vəliyev bildirib ki, Azərbaycan Ermənistan hökumətində baş vermiş dəyişikliklərə pozitiv yanaşır: “Yeni hökumət üçün əvvəlki hakimiyyətlə əlaqəsinin olmadığına görə münaqişənin həlli ilə bağlı danışıqları aparmaq asan ola bilər”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.08.2018
15.08.2018
14.08.2018