Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Taksi ilə marşrut sürücüləri üz-üzə qalıb
Tarix: 06.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Metronun “Xalqlar dostluğu“ stansiyasından 8-ci kilometr bazarına qədər olan mərkəzi şose yolu başdan-başa qanunsuz küçə ticarəti ilə əhatə olunub.
Bu azmış kimi, yolun kənarlarında qeyri münasib yerlərdə dayanan taksilər və toy mərasimləri üçün nəzərdə tutulan maşınlar nəinki piyadalara, hətta marşrutlar üçün də bir sıra problem yaradır. Çünki yolda yaranan tıxacdan həm marşrut sürücüləri, həm də sərnişinlər əziyyət çəkirlər. İnsanların vaxtlı-vaxtında işə gedib-gəlmələri çətinləşdirir. Problemi yaşayanlardan biri də biz olduğumuzdan bununla bağlı yazı hazırlamaq qərarına gəldik. Elə onun üçün də adıçəkilən ünvana yollandıq. Sakinlərlə söhbət zamanı onlar işə qorxu içində gedib-gəldiklərini söylədilər. Adının hallanmaq istəmədiyini bildirən bir qadın bildirdi: “Hər gün bu yoldan keçəndə qorxudan stres yaşayıram. Belə ki, yollar tıxac olduğundan maşınlar istədikləri kimi hərəkət edir. Baxmırlar ki, yoldan keçən var, ya yox. Məcbur olub marşrutlardan düşüb 200 - 300 metr yolu piyada gedirəm. Hər an həyatımız təhlükə altındadır. Axı nə qədər səmərəsiz maşın olar... Taksilər bir tərəfdən, gəlin maşınları bir tərəfdən, marşrutlar da digər tərəfdən yolumuzu bağlayıblar. Hələ küçə alverçilərini demirik“.
Metro stansiyasının çıxışı isə ticarət mərkəzini xatırladır. Heç marketlərdə bu qədər satış məhsulları tapa bilməzsən. Metronun girişində dayanıb sakinlərlə söhbətləşdik. 3 gənc bildirdi ki, Nizami rayonundakı 250 saylı orta məktəbin şagirdidirlər. Hazırlıq kursuna tələsən gənclər yolların kənarlarındakı qanunsuz küçə ticarəti və avtomobillərdən söz açdılar. Hüseyn Heydərov: “Yolu genişləndirmək lazımdır. Demək olar ki, hər gün dərsə gecikirik. Birdən marşrutlar gec gəlir, birdən də burda yerimək mümkün olmur. Bu da hər birimiz üçün problem yaradır“.
Kamil Ağazadə marşrutların tıxac yaratdığından danışdı. Yolkənarı zibillikləri təmizləyən bir xadiməyə yaxınlaşdıq. Adını demək istəməyən xanım səhər saat 5:00-dan işləməyə başalyır. Günboyu təmizliyə riayət etsə də, axşamları ondan da acınacaqlı vəziyyətlə qarşılaşır. O, həmçinin qeyd etdi ki, hətta onu 2 dəfə maşın da vurub. “Çünki artıq yollarda tərpənmək mümkünsüz bir vəziyyət alıb. Bu azmış kimi, zibilləri də yola tökürlər. Bunun özü də maşınların hərəkətinə əngəl yaradır. Bir sözlə, burada nəzarətsizlik baş alıb gedir“.
Daha sonra marşrut sürücüləri ilə görüşdük. Sürücü Elşən Əliyev bildirdi ki, artıq 3 ildir bu sahədə çalışır: “Bu sahədə çox çətinlik çəkirik. Dayanacaqlarda sərnişinləri götürmək belə bizim üçün problemə çevrilib. Yaxınlaşıb siqnal verirsən ki, taksi geri çəkilsin. Lakin bildiyini edən sürücü bizi demək olar heç düşünmür də. Taksi dayanacaqlarının olmaması bizim işimizin keyfiyyətinin aşağı düşməsinə çox böyük təsir göstərir. Hətta bəzi vaxtlar söyüşlə də üzləşirik. İndi biz bura gəlmişik, bir parça çörək qazanmağa, yoxsa kimisə vurub türməyə düşməyə. İnanırsınız, artıq əsəblərimiz də tab gətirmir.Yaxşı olar ki, taksi dayanacaqları yaradılaydı“.
Bir taksi sürücüsünə yaxınlaşıb bu haqda sual verəndə isə o da başqa tərzdə gileylənməyə başladı. Rasim Zeynalov marşrut sürücülərinin əlindsən lap zara gəldiklərini bildirdi: “Nə gecəmiz var, nə gündüzümüz. Bilmirik ki, bir parça çörəyimizi haradan və necə çıxardaq. Harada dayanırıqsa, bizi siqnallayıb oradan çıxardırlar. Bizim başqa heç nədən şikayətimiz yoxdur“.
Yaxşı olardı ki, taksilər üçün də dayanacaqlar təşkil olunaydı. Bu halda şəhərimizin yollarında nə tıxaclar olardı, nə də sakinlərimizin narazılıqları.

Qələndər, Pərvin


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019