Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qəddar İsrail və ya şəhid qanına boyanmış Fələstin
Tarix: 16.05.2018 | Saat: 17:58:00
Bölmə:Siyasət | çapa göndər

Dünyada jandarm rolunu oynayan ABŞ insan haqlarını və beynəlxalq hüququ tapdayaraq öz səfirliyini Qüdsə köçürəndən sonra Qəzzada 60-dək dinc fələstinli İsrail qoşunları tərəfindən güllələnərək öldürüldü və 2700 nəfər də yaralandı. Birləşmiş Ştatlara arxalanaraq sivil və əliyalın insanları qətl edən, eyni anda Qüdsdə Amerika səfirliyinin binasında kef məclisi düzənləyən İsrail niyə bu qədər insana qarşı acımasız davrandı, onların günahı nə idi? Cavab aydındır: fələstinlilərin günahı “gedin öz ölkənizdə rahat yaşayın, bizim üçün ayrılmış bu balaca torpaqda ağalıq etməyin” demələridir. Yəni, zamanında İsrail kimi, beynəlxalq aləmin dəstəyi ilə yaradılan iki bərabərhüquqlu dövlətdən biri olan Fələstinin də dünyanın tam suveren subyektlərindən biri olma haqqı var və fələstinlilərin dinc aksiya keçirməkdə məqsədi məhz bu ədaləti dünyaya çatdırmaqdır.

Dəhşətli haldır ki, dünyanın ən iri oyuncaq təşkilatı olan BMT israillilərin bir göz qırpımında 60 müsəlman fələstinlini məhv etməsini insan haqlarının pozulması aktı kimi dəyərləndirə bildi. Yəni 60 insanın yaşamaq haqqı vardı, amma İsrail bu haqqı onlardan alıb. Olduqca təhqiredici münasibətdir. BMT bir bəşəri ailə, ölkələr isə onun övladlarıdırsa və bir övlad digərini öldürürsə, ailə bunun qarşısını ala bilmirsə, kimin nəyinə gərəkdir o? Ümumiyyətlə, son bir neçə onilliklər ərzində BMT nə edib? Onsuz da 1990-cı ildə İraqa hücumdan başlayaraq - nə qədər bu kimi faktlar saymaq olar – ABŞ istədiyi yerə özbaşına gedir və istədyini öldürür, istədiyini dağıdıq, istədiyini qula çevirir... BMT isə müəyyən hadisələrə “narahatıq”, “belə yox, bu cür olmalıdır” və sair kimi bəyanatlar verməklə öz varlığını isbatlamağa çalışmaqla məşğuldur.

Tarixən xristian dünyasının beyin mərkəzi, məkrli ssenarilərin hazırlandığı Vatikan fələstinlilərin qətlindən “daha çox narahatlıq” ifadə edib. Papa Fransis İsrailə xitabən deyib ki, niyə öldürmüsünüz onları, sabah zorakılıq daha da artacaq, qisas ala bilərlər... Yəni Papa konkret şəkildə İsrailə deyə bilmədi ki, ay cinayətkarlar, siz bu qədər insanı öldürüb, yaralamaqla bəşəri cinayətlər etdiniz, əliniz qana boyanıb. Bax, Vatikan bunu deməliydi, amma demədi. Bəs İsraili qətllərə həvəsləndirən, sonra tankı-topu ilə arxasında dayanaraq onu qoruyan, “dünya azadlığının beşiyi”, “demokratiyanın mühafizi”, nə bilim nə kimi atributlarla pərdələnən ABŞ nə dedi? Ağ Ev bildirdi ki, "faciəli ölümlər üçün məsuliyyəti “Həmas” daşıyır, çünki sivilləri ölümə bu təşkilat göndərib”... İstəsək də, istəməsək də, “Həmas” Qəzzanı idarə edən qanuni orqandır. Həmas o insanları hara göndərdi, niyə göndərdi – bəyəm ABŞ bilmirdimi ki, Ramazan ayının girməsinə iki gün qalmış səfirliyini Qüdsə köçürməklə İslam dünyasını qəzəbləndirəcək? Bilirdi və əslində niyyəti də bu idi ki, İslam dünyası Amerikaya və onun buyruqqulu olan İsrailə qarşı çıxsın, o da minillərə şahidlik etmiş Şərq-İslam şəhərlərinə bomba töküb, daha çox müsəlmanı öldürsün. Yəni bütün bunlar İran, Türkiyə, bəzi ərəb ölkələrini qıcıqlandırmaq məqsədilə edilmişdi. Üstəlik, İsrailin yaranışının 70-ci ilidir, Vaşinqtonun yəhudilərə bir hədiyyəsi olmalıydı, ya yox...

Bütün ölkələrə demokratiyadan, insan hüquqlarından dərs deyən Avropa ölkələrinin münasibətinə baxın: elə Qərbin ssenariləri ilə xarabaya çevrilmiş vətənlərindən sakit yaşamaq ümidilə sərhədlərinə gələn müsəlman qaçqınları geri qaytaran bu ölkələrdən bəziləri, məsələn, Almaniya, İspaniya, Polşa və sair qətlə yetirilən fələstinlilərin acısından kədərləndirdiklərini bir neçə mülki şəxsi küçəyə piket keçirməyə çağırmaqla bildirir. Amma o tərəfdən Almaniya rəsmi şəkildə bəyan edir ki, İsrailin özünü müdafiə etmək haqqı var. Bu Almaniyada doğrudanmı heç kim düşünə bilmir ki, əliyalın insanlar o hündürlikdə, keçilməz qalaya bənzər divarların arxasında İsrailə nə edə bilərdi? Alman hökuməti niyə İsrailə “cinayət etmisən” sözünü deyə bilmir? Yəqin qorxur ki, İsrail də ona “ən böyük cinayətkar sənsən ki, 6 milyon yəhudini soyqırıma uğratdın” cavabını verəcək...

Qərb ölkələri bir yana, müsəlman ölkələri niyə ciddi addım ata bilmirlər? İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr niyə konkret qərara gəlmir, Türkiyə kimi, hansında varsa, israil səfirlərini qovmur ərazilərindən? Niyə ABŞ-la diplomatik münasibəti sarsıdan ümumi və qəti qərar verə bilmirlər, bəyəm buna görə ABŞ 55-60 ölkəni işğal edəcək? Axı bu ABŞ nədir, nə qüvvədir ki, dünya onun zorakılığa söykənən qərarları qarşısında acizdir?

İndi də ABŞ-ın kölgəsinə sığınan Qvatemala da səfirliyini Qüdsə köçürür və hətta açılışında iştirak eləmək üçün prezident Cimmi Morales də ora gəlib. Onun cavabı nə olacaq, heç nə. ABŞ-a həddi göstərilmədiyi üçün başqa gizli niyyətli xristian ölkələri də beləcə həvəsə düşüb və düşəcəklər. Gözləyək, 60 müsəlman ölkəsinin hansı Qvatemalını öz gündəliyindən silib, onunla əməkdaşlığı dayandıracaq. Heç biri baş verməyəcək. Çünki ilk sərt münasibəti ərəb ölkələri və onları birləşdirən Ərəb Liqası göstərməlidir. Amma onlar nə edir – hər biri bəyanat verir: “İsraili hiddətlə qınayırıq”. Bizdə bir məsəl var, deyərlər: nə olursa ölənə olur. İndi qətlə yetirilən şəhidlər də olsun İsrailin son 70 ildə öldürdüyü saysız-hesabsız fələstinlilərdən kiçik qrupu. Əvvəllər də olduğu kimi, heç kim İsraili qınamayacaq, heç kim cəzalandırmayacaq - axı arxasında Amerika zəhmi dayanır. Həm də bunu hansı ölkə özündə cürət tapıb edəcək: Çin, yoxsa Rusiya? Çin özü 70 ildir müsəlman-uyğur türklərini dinindən, kimliyindən edib, səsini çıxaranı öldürür, öldürmədiyini zindanlarda çürüdür. Bəs Rusiya, o da Suriyada minlərlə sivilin başına bomba yağdırıb, qətl edir. Fransa, Almaniya da onlar kimi.

Yalnız Türkiyə prezident səviyyəsində etirazını açıq və konkret edə bilib. Prezident Ərdoğan bildirib ki, İsrail cinayətkardır və onun törətdiyi qətllərə görə ABŞ prezidenti birbaşa məsuliyyət daşıyır... Yəqin buna görədir ki, İsrail parlamentində qondarma erməni soyqırımını tanımaqla bağlı məsələ gündəmə gətirilib. Olsun, İsrail tanısın qondarma erməni soyqırımı, bununla Türkiyəyə heç nə olmayacaq. Çünki İsraildən əvvəl də tanıyanlar olub. Həm də, günümüzdə dünya yəhudilərə qarşı almanlar tərəfindən törədilən soyqırıma ağlayır. İndi İsrail ermənilərin yalanına uyarsa, öz soyqırımlarına kölgə salmış olar...

Sonda xatırladaq ki, Qüdsdə müsəlmanlar üçün ən müqəddəs yerlərdən olan Haram əş-Şərif məscid məbədgahı yerləşir. Hansı ki, İslam dünyası üçün əhəmiyyətinə görə 3-cü ibadət yeri sayılan Əl-Aqsa məsçidi də bura daxildir.

Yəhudilərin isə Qüdsdə müqəddəs saydığı Ağlama Divarı, xristianların da Müqəddəs Məzar məbədi də mövcuddur. Yəni bu şəhər, əslində, üç dünyavi dinin müqəddəs birləşmə nöqtəsdir – İsrail təkbaşına ora hakim ola bilməz...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018