Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“700 bal toplamaq üçün fitri istedad sahibi olmaq lazım deyil” - MÜSAHİBƏ
Tarix: 16.05.2018 | Saat: 18:30:00
Bölmə:Müsahibə | çapa göndər

Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. Keçirilən imtahanlarda 7 abituriyent 700 bal toplayıb. Onlardan biri də Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənovadır. Hafta.az onunla müsahibəni təqdim edir.

 

- Sizi tanıyaq. Zəhmət olmasa, özünüz barədə məlumat verin.
- Baki şəhəri, Suraxanı qəsəbəsində doğulmuşam. Qəsəbə sakiniyəm. Valideynlərim ali təhsilli olmasa da, bizim üçün təhsil almaq imkanı yaradıblar. Bacım hazırda tələbədir, Dövlət Pedaqoji Universitetində ikinci kursda təhsil alır.
- Hansı ixtisası seçəcəyinizə qərar vermisinizmi?
- Hələ tam qərar verməmişəm, amma hüquqşünas olmaq istəyirəm, düşünürəm ki, ədalətli hüquqşünas olaram. Sonra isə təhsilimi xaricdə davam etdirmək istəyirəm, dəstək olarsa xaricdə təhsil alardım. Bu, uşaqlıq arzum olub. Ailəmizdə bu imkan yoxdur, çox güman ki, bu arzumun reallaşması üçün dövlət öz dəstəyini əsirgəməyəcək.
- Ənənəvi sual: 700 bal toplamağın sirri nədədir?
- Dərsə böyük maraq, yuxusuz gecələr, müəllimlərə inam və böyük zəhmət. Dərsə həvəslə getmək lazımdır, müəllimlərə sevgi, diqqətlə qulaq asmaq vacibdir. Həmişə düşünürdüm ki, müəllimlərimin ümidini də doğrultmalıyam və bu arzuyla da dərslərimə ciddi yanaşmışam.
- Repetitor yanında gedirdinizmi?
- Repetitor kimi də mənimlə elə öz müəllimlərim məşğul olub. Dərs vaxtı elə olurdu ki, bəzi çətinlikləri başa düşmürdüm, onları həll etmək üçün dərsdən sonar müəllimlərlə hazırlaşmalı olurdum. Hazırda ən çox sevinən də elə müəllimlərimdir ki, bu da məni ikiqat fərəhləndirir. Xoşbəxtəm ki, onların ümidini doğrultdum.
- Sizcə, hamı 700 bal toplaya bilər?
- Desəm ki, “bəli” bir qədər inanılmaz olar, amma mən buna həqiqətən inanıram. 700 bal toplamaq üçün fitri istedad sahibi olmaq lazım deyil. Sadəcə, bütün diqqətini dərsə yönəltməlisən, kənar məşğuliyyətlərdən tamamilə uzaq olmalısan.
- Kənar məşğuliyyət deyərkən…
- Telefon, komputer, şüalı əşyalardan, cihazlardan ümüumiyyətlə uzaq olmaq məsləhətdir. Mən telefondan demək olar ki, tamamilə uzaq idim, lazım olanda bacımın telefonundan istifadə edirdim. O cümlədən heç bir sosial şəbəkədən də xəbərim yoxdur. Təhsildən önə keçəcəck heç bir şeyi həyatımdan çıxarmışdım. Yəni heç nə mane olmamalıdır dərsə.
- Xoş xəbəri necə qarşıladınız?
- Mən çox həyəcanlı adamam. İmtahanda da həmçinin həyəcanlı idim. Ona görə imtahandan çıxıb evə getmək istəmədim, bacımla birlikdə bir qohumun evinə getdik. Çox qorxurdum…
- Sınaqlarda az bal toplayırdınız ki, belə həyəcanlı idiniz?
- Xeyr, həmişə yüksək bal toplamışam. Hər dəfə 600-dən yuxarı bal toplayırdım. Amma hər dəfə eyni həyəcan olurdu. Qəbul imtahanında da eynən. Bir qohumumuzun evində hesabldıq ballarımı, sonra televiziyadan yoxladıq onda öyrəndim ki, 700 bal toplamışam. Və təbii ki, elə ondan sevincimi doğmalarımla bölüşdüm.
- Uğurunuza görə, doğmalar, müəllimlər və başqa kimlərə təşəkkür etmək istərdiniz?
- Ən böyük təşəkkürüm sinif yoldaşlarım üçündür. Sizin vasitənizlə onları çox istədyimi deyirəm, uğurma bu qədər sevindikləri üçün onlara sonsuz təşəkkür edirəm. Sinif yoldaşlarım hər zaman mənə dəstək olublar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018