Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ata oğlunu görmək üçün məhkəmə qərarının icrasını tələb edir
Tarix: 16.05.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Bəzən elə olur ki, valideynlərin müdaxiləsi nəticəsində ailələr dağılır. Bu isə boşanma hallarına gətirib çıxarır. Bunun da ağrısını heç bir günahı olmayan uşaqlar çəkir. Hətta boşanma barədə məhkəmə Qətnamə qəbul edir və ata həyat yoldaşından qanuni şəkildə ayrılaraq, övladına aliment vermək məcburiyyətində qalır. Ata uşağına hər ay vaxtlı-vaxtında aliment versə də, təəssüflər olsun ki, doğma balası ilə görüşə bilmir.

Bir sözlə, uşaq ata qayğısından kənarda qalır. Bəzən elə olur ki, boşanmaya gedən qarşı tərəf kobud şəkildə məhkəmənin qərarını pozur, yəni ana uşağı atasından gizlədir, məhkəmə tərəfindən təyin olunan gün və saatda öz doğma balası ilə görüşə ovladını gətirmir.
Belə boşanmalardan biri də Suraxanı rayon Yeni Günəşli Qəsəbəsi “AB” massivi, bina 62, mənzil 11-də yaşıyan Nicat Şöhrət oğlu Quliyevin başına gəlib.
Nicat Quliyev qəzetimizə ünvanladığı şikayət məktubunda bildirir ki, 2013-cü il fevral ayının 24-də Ağayeva Elnarə Manaf qızı ilə rəsmi nikaha girərək ailə həyatı qurub: «Bizim birgə nikahımızdan 18 dekabr 2013-cü il təvəllüdlü Quluzadə Yusif Nicad adlı bir övladımız anadan olub. 2015-ci ilin avqust ayına kimi, həyat yoldaşımla yuxarıda adıçəkilən ünvanda mehriban yaşamışıq. Təəssüflər olsun ki, həyat yoldaşımın valideynlərinin müdaxiləsi nəticəsində ailəmiz dağıldı. Yoldaşım Elnarə Manaf qızı Ağayeva mənə bildirmədən özbaşına gedib Xətai Rayon Məhkəməsinə boşanma ərizəsi verib. 2016-cı il mart ayının 28-də həyat yoldaşım Ağayeva Elnarə Manaf qızının Xətai Rayon Məhkəməsinə verdiyi ərizə əsasında boşanmışıq. Boşanmaya səbəb, guya, cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Halbuki mən yoldaşımla həmişə mehriban davranaraq ailə-etik normalarına riayət etmişəm. Mən Xətai Rayon Məhkəməsinin çıxardığı qətnaməyə əsasən, hər ay vaxtlı-vaxtında oğlum Quluzadə Yusifə 2 il, 2 aydır ki, 117 (yüz on yeddi) manat məbləğində aliment ödəyirəm. Yəni məhkəmənin çıxardığı qətnamənin tələblərini qanuni şəkildə yerinə yetirirəm. Amma qarşı tərəf qətnamənin tələblərini kobud şəkildə pozur. Çıxarılan qətnaməyə əsasən hər həftənin bazar günləri saat 14:00-dan 18:00-dək oğlum 18.12.2013-cü il təvəllüdlü Quluzadə Yusif Nicad oğlu ilə ünsiyyətdə olmağıma icazə verilib. Eyni zamanda, 2016-cı il sentyabr ayından bu iş icraya yönəldilib və onun icrası üçün Xətai rayonunun kiçik icra məmuru Ülvi Əkbərliyə həvalə edilib.Təəssüflər olsun ki, bu müddət ərzində icra məmuru qətnamənin qərarını icra etmədiyindən, doğma övladımla görüşə bilmirəm. Düz, iki il, Iki aydır ki, məni doğma balamdan ayırıblar, onun üzünə həsrət qalmışam. Axı mən də atayam. Oğlumu görmək və onun qayğısına qalmaq istəyirəm”.

Nicat Quliyevin məktubunda deyilir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb. Hətta qarşı tərəf Elnarə Ağayeva uşağın xəstəliyini bəhanə gətirərək, övladımla görüşməmək üçün Apelyasiya Məhkəməsinə müraciət edib: «2(103)- 2741/2018 nömrəli işə 07 fevral 2018-ci il hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Eyvaz Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5199/16 saylı, 15 dekabr 2017-ci il tarixli qərardadından cavabdeh (borclu) tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq müəyyən etdi ki, iddiaçı Quliyev Nicad Şöhrət oğlu cavabdeh Ağayeva Elnarə Manaf qızına qarşı “uşaqla görüş” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5199/16 saylı, 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçıya 18.12. 2013-cü il təvəllüdlü Quluzadə Yusif Nicad oğlu ilə ünsiyyətdə olmaq üçün hər həftənin bazar günləri görüş verilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9855/16 saylı, 01 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (borclu) E. Ağayeva məhkəməyə ərizə verərək, oğlunun xəstəliyinin nəzərə alınaraq müalicəsinin nəticəsinə görə atası ilə ünsiyyətdə olmasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011) -5199/16 saylı, 21 avqust 2017-ci il tarixli qərardadı ilə ərizə təmin ediməmişdir. Onun tərəfindən verilmiş şikayət Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11858/17 saylı 08 noyabr 2017-ci il tarixli qərardadı ilə təmin edilərək, sözügedən qərardad ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün mülki işin Xətai Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Xətai Rayon Məhkəməsinin 2(001)-5199/16 saylı 15 dekabr 2017-ci il tarixli qərardadı ilə cavabdehin (borclunun) ərizəsinin geri qaytarılması qərara alınmışdır.

Onun tərəfindən həmin qərardaddan verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı ki, cavabdeh (borclu) Ağayeva Elnarə Manaf qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5199/16 saylı 15 dekabr 2017-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Çox təəssüflər olsun ki, Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qətnamə icra olunmur. Dəfələrlə bu haqda Bakı Şəhər Xətai Rayon İcra Şöbəsinin rəisi vəzifəsini icra edən Azər Paşayevə müraciət etsəm də, nəticəsi yoxdur.
Nicat Quliyev övladı ilə görüşməsinə şərait yaradılması və məhkəmə qərarının tez bir zamanda icraya yönəldilməsi ilə bağlı Ədliyyə Nazirliyinin rəhbərliyindən də yardım istəyir. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.08.2018
15.08.2018
14.08.2018