Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsidir”
Tarix: 16.05.2018 | Saat: 19:00:00
Bölmə:Sosial | çapa göndər

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin 16 yanvar 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər planına müvafiq olaraq, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 24 yanvar 2018-ci il tarixli sərəncamı ilə Tədbirlər Planı təsdiq edib. Tədbirlər Planına müvafiq olaraq rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər həyata keçirilir.

Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 270 saylı tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsidir” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov bildiridi ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə qeyd olunması azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edir.

Məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin əməkdaşı Samir Mirzəyev 100 il bundan öncə qısa, cəmi 23 ay ömür yaşamış şərqin ilk demokratik Respublikasının tarixi, onun fəaliyyəti haqqında ətraflı məlumat verdi.
Məruzəçi qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
Sonra məruzəçi Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, onların diplomatik fəaliyyəti, Cümhuriyyəti dövründə parlamentin formalaşması və qısa müddət ərzində qəbul etdiyi qanunlar, elm və təhsil, siyasi partiyalar və dövlət quruculuğunda onların rolu, dövlət-din münasibətləri və s. sahələrdə fəaliyyəti barədə ətraflı məlumat verdi.
Tədbirdə 270 saylı tam orta məktəbin direktoru Əli İsgəndərov çıxış etdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.08.2018
15.08.2018
14.08.2018