Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
II Fəxri Xiyabanda məzarlardan kütləvi oğurluq oldu - GÜNÜN TƏZADLARI
Tarix: 16.05.2018 | Saat: 20:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakının II Fəxri Xiyaban və onunla üzbəüz yerləşən Yasamal qəbiristanlığında (Dağüstü qəbiristanlıq) mərmər və bürüncdən hazırlanmış qəbirüstü abidələrin kütləvi oğurluğu baş verdi. Hafta.az Virtualaz.org-a istinadən xəbər verir ki, əsasən, qara və qırmızı mərmər, eləcə də tuncdan olan xatirə lövhələri, məzar daşları, abidələr bir neçə gün əvvəl oğurlanıb. Vandalizmə məruz qalan məzarlardan biri İsgəndər Sadıq oğlu Cəfərova məxsusdur. Onun II Fəxri Xiyabanın girişi ilə üzbəüzdə yerləşən, qara mərmərlə işlənmiş məzarından mərmər heykəli oğurlanıb. “İsgəndər Cəfərovun oğlanları Moskvada “Lukoyl” şirkətində böyük vəzifələrdə işləyirlər. Atalarının məzarüstü abidəsinin hazırlanmasına onminlərlə dollar pul xərcləyiblər. Gəlib baxdılar, məzarın bu hala salınmasından çox əsəbiləşdilər, yəqin ki, polis tezliklə oğruları həbs edəcək”, -qəbiristanlıqdakı mollalardan biri məlumat verdi. Sayt dəqiqləşdirib ki, mərhum İsgəndər Sadıq oğlu Cəfərov Akademikdir. Rusiyadakı Azərbaycan diasporunun fəallarından biri olub və biznesmen-oliqarx, Putinin dostu İlham Rəhimovun qudasıdır. O, 2013-cü ildə vəfat edib. II Fəxri Xiyabanla üzbəüzdə mərhum Cəfər Quliyevin də qara mərmərdən olan başdaşının üstündən heykəlini kəsib götürüblər. Biabırçı olayla bağlı araşdırma aparılır.


Yəhudilər Qüds məsələsində Ərdoğanı dəstəklədi


“ABŞ və İngiltərə İsrailə yardım etməyin yəhudi xalqının lehinə olmadığını anlamalıdır”. Hafta.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Londonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən “Neturey Karto” ortodoks yəhudi camaatının nümayəndəsi Hamam Bek jurnalistlər qarşısında çıxışı zamanı deyib. “Bu gün dünyada yəhudi xalqı üçün ən təhlükəli ölkə İsraildir. Sionistlərə kömək etmək yəhudi xalqının mənafeyinə uyğun deyil. Yəhudilərə kömək etmək istəyirsinizsə, o zaman Türkiyə prezidentinin etdiyini təkrarlayın və səfirliyinizi oradan geri çağırın. Ortaya çıxın və açıq şəkildə İsrail dövlətinə qarşı olduğunuzu söyləyin. İşğalçılara qarşıyıq. Bölgəyə sülh gətirmək istəyirik. Yəhudilər olaraq bizlər İsrail dövlətinin sülh yolu ilə tamamilə dağıdılması üçün dua edirik. İki dövlət də istəmirik. Tək dövləti, dənizdən çaya qədər Fələstin xalqının geri dönməsini istəyirik. Orada yəhudilər və müsəlmanlar birlikdə sülh içində yaşaya bilərlər”.
Qeyd edək ki, “Neturey Karto” arami dilində şəhərin gözətçiləri mənasını verən bir tamlama olub, sionizm əleyhdarı bir ortodoks yəhudi camaatıdır. Məsih gəlmədən qurulmuş olan İsrail dövlətinin etibarlı bir dövlət ola bilməyəcəyini iddia edirlər.


Səhrada yaşayan 100 yaşlı Məcnun üzə çıxdı


Səudiyyə Ərəbistanında son onilliklər ərzində səhrada yaşayan 100 yaşlı aşiq tapıldı. Hafta.az-ın Rusiya mediasına istinadla yaydığı xəbərə görə, əbu Şaran bu yaxınlarda 100 illik yubileyini qeyd edib. Son onilliklərdə onun vaxtilə qarşılıqsız sevdiyi bir qadının evinin xarabalıqlarının yaxınlığında səhrada yaşadığı bəlli olub. Gəncliyində əbu Şaran ürəyini sevdiyi qıza təklif edib, ancaq valideynləri qızı ona verməkdən imtina ediblər. Bundan sonra Məcnuna dönən ərəb evlənə bilməyib və həmin qadının evinin yaxınlığında yaşamağa başlayıb. O vaxtdan bəri artıq həmin qadın da dünyadan keçib, onun yaşadığı ev də xaraba qalıb və ətraf kimsəsiz səhralığa dönüb. Lakin 100 yaşlı əbu Şaran hələ də səhrada çadırda yaşayır və qəlbində gənclik xatirələrini qoruyub-saxlayır. Səudiyyəli müasir Məcnun dünyadan köçüncə ürəyində məskunlaşdırdığı qadının adını çəkməkdən imtina edib.


Xankəndi qatarı traktorla toqquşdu


Bərdədə sərnişin qatarı ilə traktorla toqquşdu. Hafta.az yazır ki, “Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Xankəndi dəmiryol xəttinin rayonun Həsənqaya kəndində qeydə alınıb. Qəza qatarın gəliş vaxtı zamanı traktorun qoşqusu ilə birlikdə dəmir yolu xəttini keçdiyində baş verib. Nəticədə, sərnişin qatarı yolun mühafizə olunmayan hissəsindəki keçiddə “Belarus” markalı traktorla toqquşub. Olay zamanı traktorun sürücüsü hər iki ayağını itirib. Qeyd edək ki, sürücünün şəxsiyyəti hələlik məlum deyil. O, “təcili tibbi yardım” avtomobili ilə xəstəxanaya aparılıb.
Sərnişinlər arasında xəsarət alanın olub-olmadığı məlum deyil. Hazırda qatar təhlükəsiz əraziyə çəkilib və onun yoluna davam etməsi üçün yeni elektrovozun ayrılacağı gözlənilir.


Rusiya 540 milyardlıq körpü tikməyə qərar verdi


Krım körpüsünün açılışından sonra Rusiya daha böyük meqatikintiyə start verdi. Hafta.az-ın Musavat.com-a istinadla yazdığı xəbərdə deyilir ki, söhbət Saxalin yarımadasını materiklə birləşdirəcək körpünün tikintisindən gedir. Məlumata görə, artıq layihə hazırdır. Layihənin ilkin qiymətləndirməsinə görə, tikinti 540 milyard 300 milyon rubl xərc aparacaq. Amma bu ilkin qiymətləndirmədir. Xərclərin artması da istisna deyil.


Maradona Belarus komandasına rəhbər gəldi


Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Belarusun “Dinamo” (Brest) klubunun idarə heyətinə sədr seçildi. Hafta.az yazır ki, Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.O, "Dinamo"nun strateji inkişaf məsələləri ilə məşğul olacaq, habelə, bütün struktur bölmələri, o cümlədən, uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq. Maradona vəzifəsinin icrasına Rusiyadakı dünya çempionatı yekunlaşdıqdan sonra başlayacaq.


Meşəyə göbələk yığmağa getdi–ikibaşlı maral tapdı


Amerikanın Minnesot ştatı sakini meşəyə göbələk yığmağa getdi və orada ikibaşlı maral balası tapdı. Hafta.az bu haqda Musavat.com-a istinadla yazır. Kişi bu tapıntısı barədə meşə rəhbərliyinə məlumat verdi və heyvan ştatın təbii resurslar nazirliyinə təqdim edilib. Araşdırmalar isə göstərib ki, heyvanın boynu cütləşib və ordan iki baş çıxıb. Heyvan ölü doğulub. Onun daxili orqanları sona qədər formalaşmayıb. Maral balasının iki həzm sistemi olsa da, onlardan ancaq biri tam qaydada formalaşıb. Bundan başqa, iki ürəyi, bir böyrəyi olub. Corciya Universitetindən olan, maral araşdırmaçısı, zooloq Cino Danceli qeyd edib ki, bu anomaliya olduqca nadir sayılır. Onun sözlərinə görə, bu vaxta qədər siam əkizləri olan maralları müşahidə etməyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA