Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Aqiyə Naxçıvanlı düzmü deyir? – TƏHLIL
Tarix: 16.05.2018 | Saat: 20:30:00
Bölmə:Sosial | çapa göndər

“Hazırda boşananların sayı artıb. Rahatlıqla boşanırlar, ailə dağılır. Çünki ictimai qınaq yoxdur. Toydan iki ay öncə rəqsə gedirlər. Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər. Ailələrdə dözümlülük yoxdur”. Hafta.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Aqiyə Naxçıvanlı deyib.

O qeyd edib ki, milli-mənəvi dəyərləri qorumaq lazımdır: "Burada təhsilin də rolu var. Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki... Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyiblər. İndi bəs nə baş verir?”
Komitə sədri uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün tədbir görülməsinin vacibliyini vurğulayıb: "Zorakılığın qurbanı olan uşaqları görəndə, dəhşətə gəlirik. Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik. Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmi? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”.
Millət vəklinin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları onun “Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?” fikrinə etiraz edərək, dövlətin sosial öhdəliyinin vacibliyinə diqqət çəkiblər.

İqtisadçı Qadir İbrahimli deyir ki, Aqiyə Naxçıvanlının ciddi etiraz səbəb olan açıqlaması təkcə sıradan bir deputatın mövqeyi deyil. Bu, dövlətin sosial öhdəliklərindən demək olar ki, imtina etməsinə yönəlik bir çıxışdır: “Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan sosial dövlətdir, ailənin sosial ehtiyaclarının ödənilməsinə birbaşa dövlət məsuliyyət daşıyır. Bunu konkret misallarla da göstərə bilərik. Azərbaycan Konstitusiyası - maddə 16. Sosial inkişaf və dövlət.
I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Azərbaycan Konstitusiyası - Maddə 17. Ailə, uşaqlar və dövlət
I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.
IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir

Milıət vəkili isə isə deyir: İllk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyiblər. İndi bəs nə baş verir? Yəni, belə başa düşülür ki, dövlətdən heç nə istəmə. Bu isə faktiki ölaraq dövlətin konstutsion öhdəliklərindən imtina etməsidir”.

Mövzu barədə fikirlərini bölüşən sosioloq Əhməd Mansurov deyir ki, uşaq sayı ailə planlaması ilə bağlı olan məsələdir və buna ailənin maddi, mənəvi vəziyyətinə uyğun olaraq qərar verilməlidir: “Bu fərdi məsələdir və burada maddi vəziyyətin rolu böyükdür. Ailənin çox uşaq istəyi ola bilər, amma gərək maddi vəziyyət də buna imkan versin. İstəklərlə günümüzün reallığı üst üstə düşməyə bilər. Necə ki, çoxuşaqlı ailələrdə maddi təminat, hərtərəfli inkişaf olmaması çox vaxt problem yaradır”.
Ekspert deyir ki, ailədə bütün uşaqlara eyni dərəcədə qayğı, diqqət göstərilmirsə, deməli burada ailə planlaması düzgün qurulmayıb: “Çox uşaq çox qayğı, çox diqqət tələb edir. Ona görə də vaxtaşırı ailə məsuliyyəti, istər çox uşaq, istərsə də az uşaq barədə ictimaiyyətə məlumat verilməlidir. Vaxtilə daha çox bölgələrdə çox uşaq işçi qüvvəsi kimi dünyaya gətirlib, təsərrüfatda işləyib, valideynlərinə kömək edib. Hansı ki, o vaxt həmin ailələrə dövlət tərəfindən də dəstək verilirdi. Hazırda isə vəziyyət fərqlidir, ona görə də ailə planlamasına diqqət yetirilməlidir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018