Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Namizəd jurnalistlər işdən istefa veriblərmi?
Tarix: 06.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Bu il keçiriləcək parlament seçkilərində jurnalistlərin aktivliyi daha çox hiss olunur. Ötən illərə nisbətən bu il media əhlindən deputat olmaq istəyənlərin sayının çoxluğu diqqət çəkir.
Çoxları kütləvi informasiya vasitələrində çalışanların təbliğat və təşviqatı baxımından onların mənsub olduqları peşənin daha əlverişli olduğunu düşünürlər. Amma bütün sahədən olanlar üçün tələblər eynidir - Seçki Məcəlləsinin tələblərinə əsasən, deputatlığa qeydə alınmış namizədə qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək məzuniyyət verilməlidir.
Bəs namizədliyi qeydə alınan jurnalistlər bu qaydalara nə dərəcədə əməl etməyə hazırdırlar? Bildirək ki, deputatlığa iddialı jurnalistlərdən hələ də bir çoxunun qəzetlərdə imzalarına rast gəlinir. Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün namizəd jurnalistlərin bir neçəsi ilə əlaqə saxladıq.
12 saylı Qaradağ 1-ci seçki dairəsindən namizədliyini irəli sürmüş “Həftə içi“ qəzetinin əməkdaşı Əli İbrahimov (Zülfüqaroğlu) hesab edir ki, müxbir vəzifəsi daşıyan jurnalistlərin istefa verməsinə ehtiyac yoxdur. O bunu həmin jurnalistlərin əksəriyyətinin qəzetdən başqa gəlir mənbəyi olmaması ilə izah edir: “Buna görə də jurnalistlərin işdən çıxmasındansa, onların özlərinin təbliğini və ya rəqiblərinə qarşı hər hansı antitəbliğat aparması Mərkəzi Seçki Komissiyası tərəfindən nəzarətə götürülməli və belə yazıların monitorinqi aparılmalıdır. Bir sözlə, namizəd jurnalistlərin yaradıcılığı izlənilməlidir. Belə bir hala rast gəlindiyi təqdirdə həmin müxbirlərə xəbərdarlıq edilməli və bu iş davamlı olarsa, onlarla bağlı ölçü götürülməlidir“.
Bununla yanaşı, istənilən halda Ə.İbrahimov namizəd olaraq mövccud qanunvericiliyə əməl etməli olduğunu dedi: “Namizədliyim qeydə alınarsa, təbii ki, mən də məzuniyyətə çıxaraq təbliğat və təşviqat işlərimlə məşğul olacağam. Yəni müvəqqəti istefaya gedəcəyyəm“.
Namizədliyini 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsindən irəli sürərək namizəd kimi qeydə alınan ilk jurnalist Aqil Aslan isə artıq dünəndən etibarən çalışdığı “Ekspress“ qəzetindən məzuniyyətə göndərilib. Jurnalistin sözlərinə görə, o, Goranboy, Ağdam və Tərtər sakinlərindən ümumilikdə 550 imza toplayıb və dairə seçki komissiyası imzaların hamısını etibarlı sayıb. Namizədliyi qeydə alındığı üçün A.Aslan qanunvericilikdən irəli gələrək müvəqqəti istefaya gedib.
72 saylı Masallı - Yardımlı seçki dairəsindən namizəd olan “Yeni Müsavat“ qəzetinin əməkdaşı Elşad Paşasoy qeydə alınacağı günü gözləyir. Bundan sonra o da digər namizəd həmkarları kimi məzuniyyətə çıxacağını deyir: “Qanunvericiliyə görə, namizədlər müvəqqəti olaraq işdən azad olunmalıdır. Biz də öz növbəmizdə, təbii ki, buna əməl edəcəyik. Sənədlərimi dairə seçki komissiyasına təqdim etmişəm və namizədliyim qeydə alındıqdan sonra işdən istefa verəcəyəm“.
“Yeni Müsavat“ qəzetinin deputatlığa iddialı olan daha bir əməkdaşı Leyla İlqar (Mustafayeva) isə artıq 1 aya yaxındır namizəd olduğu Qazax rayonundadır və demək olar ki, qəzetlə əməkdaşlığına müvəqqəti olaraq son qoyub. Xatırladaq ki, L.İlqar deputatlığa namizədliyini fərdi şəkildə 107 saylı Qazax seçki dairəsindən irəli sürüb.
“ANS“ telekanalında yayımlanan “Günəbaxan“ verilişinin aparıcısı Turan İbrahimov da 2 gündür efirə çıxmır: “Əslində ayın 15-dək efirdə qala bilərdim, buna qanunvericilik imkan verirdi. Amma rəqiblərimə hörmət, həm də sağlam rəqabət prinsipini əsas götürərək seçkilər başa çatanadək efirdə görünməmək qərarına gəldim. “ANS“ telekanalının rəhbərliyi ilə danışdım və onlar mənim qərarımı anlayışla qarşıladılar. Bir də noyabrın 8-də efirə çıxacağam“. Qeyd edək ki, Turan İbrahimov (Samir İbrahimov) namizədliyini 25 saylı Nizami 2-ci seçki dairəsindən irəli sürüb.

Naibə


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019