Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“O xanımın adı heç vaxt siyahıda olmayıb” – “Maşın" şou başlayır
Tarix: 17.05.2018 | Saat: 14:47:00
Bölmə:Şou-biznes | çapa göndər

Mayın 28-də “Maşın” şou “Xanımlar və cənablar-2” devizi ilə ATV-də ekrana gələcək. Bu dəfə də 18 məşhur insan maşın uğrunda mübarizə aparacaq. Onlar arasında şouda bir neçə dəfə iştirak etmiş şəxslər də, ilk dəfə şouya qatılanlar da olacaq.

Layihə başlamadan artıq qeyri-rəsmi adlar mediada yer alıb. Onlar meyxanaçı Pərviz Bülbülə, duet ortağı Türkan Vəlizadə, reper Qurd, Damla, Vasif Əzimov, Günel Hümbətova, İlhamə Bədəlova, Xuraman Şuşaldır.

“M Group Production”nın mətbuat katibi Könül Əlibəyli musavat.com-a açıqlamasında yayılan adların həqiqəti əks etdirmədiyini deyib:

“Biz heç kimə adları açıqlamamışıq. Adlar yayım günü açıqlanacaq. Öncə böyük siyahı tərtib etdik, sonra oradan daha uyğun adları seçdik. Pərviz Bülbülə ilkin siyahımızda vardı. Türkan isə heç vaxt siyahıda olmayıb. Yayılan siyahıdakı adların çoxu yanlışdır”.

Qeyd edək ki, əməkdar artist, tanınmış şoumen Murad Dadaşovun “Maşın” realiti şousu 2005-ci ildən efirdədir. Sonuncu şou ötən ilin oktyabrında keçirilib və müğənni Talıb Tale “Nissan Altima” avtomobilinə sahib olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018