Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kurrikulum əsasında təhsil alanların imtahanı – nəticələr lazımi səviyyədə deyil
Tarix: 17.05.2018 | Saat: 16:04:00
Bölmə:Sosial | çapa göndər

Dövlət İmtahan Mərkəzi 2017-ci il üzrə buraxılış və qəbul imtahanlarının nəticələrinə dair yekun statistik analizini çap edib.


“Bu hesabatı media və təhsil sahəsi ilə maraqlanan ekspertlərə əvvəlki illərdən daha maraqlı edən vacib bir səbəb var: kurrikulum əsasında təhsil alan ilk şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə birinci dəfə keçirilən buraxılış imtahanlarının nəticələri barədə bütün məktəblər üzrə məlumatlar təqdim edilib. Mərkəzin öz ekspertlərinin gəldiyi ilkin nəticə budur: ümumtəhsil məktəblərində kurrikulumun tətbiqi çox zəifdir və şagirdlərə aşılanan bacarıq və vərdişlər lazım səviyyədə deyil”.


Hafta.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.


“Rəqəmlərdən aydın olur ki, 2 mərhələnin yekununa görə (imtahanlar 2 mərhələdə keçirilmişdi) ötən il 9-cu sinfi bitirərək buraxılış imtahlarında 108 min nəfər şagird iştirak edib. Hər 2 mərhələnin ümumi yekununa görə Azərbaycan dilindən imtahan verən bütün şagirdlərin təxminən 57%-i 100 ballıq şkala ilə 50 baldan az toplayıb. Yekun nəticə üzrə şagirdlərin cəmi 7%-i maksimum intervalda (80-100 bal intervalı) bal toplaya bilib. Ana dilindən cəmi 1 nəfər 100 bal toplayıb. Hər 2 mərhələnin ümumi yekununa görə riyaziyyatdan imtahan verən bütün 9-cu sinif şagirdlərin təxminən 70%-i 100 ballıq şkala ilə 50 baldan az toplayıb. Yekun nəticə üzrə şagirdlərin cəmi 5.5%-i maksimum intervalda (80-100 bal intervalı) bal toplaya bilib. Riyaziyyat fənnindən 20 nəfər 100 bal toplayıb”, – deyə iqtisadçı bilidirib.
O, fərqlənmə attestatı almaq istəyən 27 min nəfərə yaxın şagirdin yazdığını, qaydalara görə, esse üzrə qiymət 10 ballıq şkala üzrə ən azı 7 bal olduğu halda 9-cu sinif şagirdləri fərqlənmə attestatı almaq şansı qazana bildiyini deyib: “Yekun statisyikaya görə, esse yazmış şagirdlərin cəmi 23%-i (6.3 min nəfər) 7 və yüksə bal toplaya bilib. Öz növbəsində 21% (5.5 min nəfər) essedən 0-2 intervalında bal alıb”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.06.2018
20.06.2018