Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tarixi dəqiq məlum olmayan Ramana qalası uça bilər - REPORTAJ
Tarix: 17.05.2018 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

Bakı şəhərində bu gün tariximizi əks etdirən və keçmişimizdən bugünə boylanan möhtəşəm tarixi qalalarımız əsrlərin sərt sınağından çıxaraq məğrur dayanıb. O tarixi qalalar ki, xalqımızın sığınacaq yeri, yağı düşmən gülləsinə sipər olub. Top dağıtmayan möhtəşəm qalalar olub.

Onlardan biri də Bakının Ramana kəndində XII- XIV əsrlərə aid qaladır. Qalanın divarlarından gələn səslər bir anlıq bizi keçmişimizə aparır. O keçmişə ki,orada qeyrətli kişiləri, bütöv Azərbaycanı görürük, onun böyük tarixi-milli mədəniyyətini görürük. Təəssüflər olsun ki, Mədəniyyət Nazirliyinin balasında olan qoruq kimi qorunan bu tarixi abidəmiz baxımsız qalıb.
“Həftə içi”nin əməkdaşı olaraq, bu dəfə yolumuzu həmin ünvandan saldıq. Qalanın ətrafında alaq otları təmizlənmək əvəzinə yandırılırdı. Qalanın çöl divarları aşağıdan-yuxarıya doğru əksər yerlərində üfüqi və maili istiqamətdə dərin çatlar əmələ gəlib. Qalanın həyətində Səxavət Kərimov adlı bir sakinlə görüşdük. O, Ramana qəsrinə nəzarət etdiyini dedi.
Səxavət Rəhimov bizi qala ilə tanış edərək bildirdi ki, sözügedən abidə Mədəniyyət və Turizm Nazirliyinin balansındadır: «Tarixi abidə kimi qorunur. Həyətin ortasında yerləşən dördbucaqlı, mərkəzi qüllənin hündürlüyü 15 metrdir. Qüllə dördmərtəbəlidir. 2- ci və 3-cü mərtəbələrin döşəməsi taxtadan idi. Mərtəbələr divariçi dolama pilləkən vasitəsilə birləşir. Divarlarda mazqallar var. Qüllə və bayır divarları maşikullarla tamamlanır. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. İnşaat texnikasına və plan xüsusiyyətlərinə görə, qalanın XIV əsrin ortalarında tikildiyi ehtimal olunur. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub”.
Səxavət Rəhimov söyləyir ki, qaladan baxanda paytaxt tamamilə görünür. Onun sözlərinə görə, o dövrlərdə dənizdən düşmən gələndə və Bakı şəhəri hücuma məruz qalanda bu qaladan baxanda görünürmüş. Bu qala rabitə rolunu oynayıb. Dərhal alov yandırarmışlar. Düşmənin gəldiyini bu tonqalla bilərmişlər. Eləcə də Mərdəkan qalası. Dədə Qorqudda olduğu kimi. Qalanın başında tonqal yandırılması düşmənin gəlişinə işarə imiş”.

 

Ramana qalasında filmlər çəkilib


Nəzarətçi deyir ki, bir sıra filimlərimiz Ramana qalasında çəkilib: «Аdıçəkilən qaladan "Koroğlu", "Nəsimi" və "Babək" filmlərinin çəkilişində istifadə olunub. Və elə qala sonuncu dəfə bu filmlərdən birinin, "Koroğlu"nun çəkilişi zamanı, 1950-ci ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına və Bakıxanov qəsəbəsinə vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər. Qala divarlarından bayırda, sağ tərəfdə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqət cəlb etməsə də, belə demək mümkünsə, özü-özlüyündə mahiyyət etibarilə xoş bir hadisəni yaşadır. Dahi Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Elə kənd sakinləri də kəndi ziyarət edib, tarixi abidələrini seyr edən hər kəsə bu iri daş parçasını məhz bu cür təqdim edirlər”.
Nəzarətçi qala divarlarına qalxmaq üçün divarın sol tərəfində iki pilləkənin olduğunu söylədi: “Onlardan biri ilə, burma daş pilləkən vasitəsilə divarın içərisindən yuxarıya, təxminən, yarım metr çölə tərəf tikilən dəhlizə qalxmaq mümkündür. Digər daş oturacaq isə qalanın həyətindən yuxarıya tərəf qalxır. Bu pilləkənlər vasitəsilə qala divarlarına qalxıb, kəndi seyr etmək mümkündür. Möhkəm qala divarları, sanki qayalı yamacların təbii davamıdır. Yalnız nisbətən asanlıqla yaxınlaşmaq mümkün olan şərq hissəsindəki divar müstəvilərində oxvari aşırımla çapılmış baştağ qabarıq şəkildə görünür. Abşeronun digər qəsrlərindən fərqli olaraq, bu qəsrdə divarlardakı dolama pilləkənərə giriş hündürdə deyil, döşəmə səviyyəsində yerləşdirilmişdir. Plan və memarlıq həlli üsullarına görə Ramana qəsri digər Abşeron qəsrləri ilə olduqca oxşardır. Lakin o, özünün memarlıq kütləsinin daha mənzərəli kompozisiyası ilə onlardan fərqlənir. Bu onun yerləşdiyi relyefin xüsusiyyətlərindər irəli gəlir. Qəsr dekorativ tərtibatdan məhrumdur və üslub əlamətlərinə əsasən, X əsrin ortalarına aid edilir”.


“On beş il bundan öncə türklər gəlib...”.

 

Bələdçi ürək ağrısı ilə dedi ki, bu cür möhtəşəm bir qala baxımsız qalıb.Qala ən hündür yerdə olduğundan, qalanın üstünə çıxanda bütov Bakı və onun ətrafı ovuc kimi görünür. Təəssüflər olsun ki, qeyrət qalamızın divarlarında dərin çatlar yaranıb. Günbəgün bu çatlar dərinləşir. Əgər qalada bərpa işləri aparılmasa, o uça bilər. Yuxarıda qeyd etdiyim kimi, üçmərtəbəli qaladır. Mərtəbələrə daş pilləkənlərlə çıxılır. Artıq pilləkənləri toz-torpaq tutduğundan, yuxarı mərtəbələrə çıxmaq mümkün deyil. 15 il bundan öncə türklər gəlib, bu qalanı təmir etmək istəyirdilər. Qaş düzəltmək əvəzinə, vurub gözü də çıxardılar. Həmin o illərin yadigarı olan ikinci və üçüncü mərtəbənin taxta döşəmələrini söküb, daha da bərbad günə qoydular. İndi həmin mərtəbələrə çıxmaq olmur. Qalanın xarici və daxili daş divarlarının bünövrəsi bir neçə yerdən uçub tökülüb. Divarların böyük hissəsində üfüqi və maili istiqamətdə yaranmış çatlar get-gedə dərinləşir. Əgər bərpa işləri aparılmasa, qalanın uçmaq təhlükəsi yarana bilər”.
Səxavət Rəhimov dedi ki, XII əsrdə tikilmiş qalaya bitişik məscid də var. Baxımsızlıqdan məscidin dam örtüyü uçub-tökülürdü. Kənd camaatı birləşib, adıçəkilən Allah evinin dam örtüyünü təmir eləsə də, onun əsaslı təmirə böyük ehtiyacı var.Məscidə qaz və işıq xətti çəkilib. Amma içməli su yoxdur. Əgər qalaya su xətti çəkilərsə, biz qalanın ətrafında yaşıllıqlar sala bilərik. Qalanın yolu çox pis vəziyyətdə idi. Bu səbəbdən də qalaya maşınla gəlmək olmurdu. Sağ olsun Ramana qəsəbə nümayəndəsi Şamil Alıyevin köməkliyi nəticəsində, yola asfalt töküldü. Vaxtilə qəsəbənin küçələrini çirkab-kanalizasiya suları basırdı. Çökəkliklərdə çirkab göllər əmələ gəlmişdi. Hər tərəf zibillik idi, üfunətdən oturmaq olmurdu. Məhəllədaxili yollar bərbad vəziyyətdə idi. Artıq qəsəbənin daşlı yoları, eləcə də qəsəbəyə gələn marşrut yolları əsaslı təmir edilib. Abad qəsəbəyə çevrilib”.


“Turistlər qalanı görüb, başlarını bulayıb gedirlər”


Nəzarətçi deyir ki, son illər qalaya xarici ölkələrdən gələn turist axını gücləниб. Бir ay əvvəl bir avtobus Hindistandan turistlər gəlmişdilər. Onlar qalanın tarixi və durumu ilə maraqlandılar. 2-3-cü mərtəbələrdə taxta döşəmələr uçub-dağıldığından qalanın üstünə çıxa bilmədilər. Elə həyətinə və divarlarının çat və uçuq yerlərinə baxıb, başlarını bulayıb getdilər. Əgər bu qala memarlıq baxımından bərpa olunarsa və ətrafında abadlıq işləri aparılarsa, yerli və xarici turistlərin də axınına səbəb olar”.
Ramana qəsəbəsində tarixi abidələrin mövcud durumu ilə bağlı ətraflı bilgilər əldə etmək üçün əvvəlcə Ramana Bələdiyyəsində olduq. Bələdiyyə sədri İntizar Rzayeva bildirdi ki, vaxtı yoxdur. Тarixi abidələrə Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.
Sonra Ramana qəsəbə nümayəndəsinə üz tutduq. Qəsəbə nümayəndəsi Şamil Əliyevlə görüşdük. Şamil Alıyev “Həftə içi”nə bildirdi ki,rayion səviyyəsində bu il Novruz Bayramı təntənəli şəkildə qalanın ətrafında keçirildi. İzdihamlı bir tədbir idi. Qalaya gələn yolu təmir etdirmişik. Ulu Öndərin 95 illik yubileyi ilə əlaqədar Bakı Şəhər Baş Təhsil İdarəsinin kollektivi ilə birgə 1000-ə yaxın ağac əkmişik. Ağacların dibinə su xətti çəkilib”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018