Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Norveçlə-Azərbaycan arasında geniş əlaqələr mövcuddur - SƏFİR
Tarix: 17.05.2018 | Saat: 20:00:00
Bölmə:Gündəm | çapa göndər

Norveç xalqı Milli Bayramını - Konstitusiya Gününü qeyd edir. Bu münasibətlə Norveçin ölkəmizdəki səfirliyi rəsmi qəbul təşkil edib. Azərbaycan və Norveçin dövlət himnləri səsləndirildikdən sonra, çıxış edən Norveçin ölkəmizdəki səfiri Bard İvar Svendsen ölkəsinin əlamətdar günündən söz açıb. O bildirib ki, konstitusiyanın 204 ilini qeyd edirlər.

Diplomat ölkəsinin gözəl ənənələri olduğunu qeyd edərək bildirib ki, eyni zamanda, insan haqlarına xüsusi önəm verirlər. Azərbaycanla sıx münasibətlər qurduqlarını deyən səfirin sözlərinə görə, xüsusilə də enerji sahəsində münasibətlər daha genişdir və burada da "Statoil" şirkətinin adını qeyd eləmək lazımdır. "Bu illər ərzində  çoxlu sayda norveçli Azərbaycanda yaşayıb və yaşayır. Norveç Dağıq Qarabağ münaqişəsi  məsələsində Azərbaycanın ərazi bütövlüyünü  dəstəkləyir" diplomat bildirib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib ki, hazırda ölkələrimiz arasında hər sahədə geniş əlaqələr mövcuddur. O, Norveçin Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünün qorunmasına xüsusi önəm verdiyini qeyd edib. P.Şahbazov Norveçin yanacaq sektorunun inkişafında Azərbaycana böyük investisiya yatırdığını bildirərək əlavə edib ki, eyni zamanda, Norveç Bakı-Ərzurum qaz xəttinin tikilməsində də böyük rol oynayıb. Bu müstəvdə "Statoil" şirkətinin xüsusi əməyi var. "İnanıram ki, ölkələrimiz arasında əlaqələr gələcəkdə də inkişaf edəcək" deyib nazir Şahbazov. 

"Düşünürəm ki, Xəzərin Azərbaycan sektorunda  "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun 2050-ci ilədək işlənməsi üzrə müqaviləni "Statoil" şirkətinin imzalaması Azərbaycan-Norveç münasibətlərinin uzunmüddətli inkişafı  üçün  yeni imkanlar yaradacaq. Norveçin "Statoil " şirkətinin timsalında ölkəmizin prioritetlərindən biri də yeni yataqların işlənməsi və kəşfiyyat imkanlarını aşkarlamaq, bunlardan bəhrələnməyə çalışmaqdır. "Qarabağ", "Əşrəfi", "Dan Ulduzu" yataqlarının kəşfiyyatı  istiqamətində  görülən işlər bu prioritetə cavab verməklə yanaşı , ölkələrimiz  arasında  enerji əməkdaşlığında yeni səhifə açır" nazir bildirib. 

Maraq üçün bir az da Norveçlə bağlı bəzi maraqlı məlumatları öyrənək:

Norveç Krallığı Şimalı Avropada - Skandinaviya yarımadasının qərbində yerləşir. Ərazisi 323 min kvadrat-kilometr, əhalisinin sayı 5,4 milyon nəfərdir. Skandinav dillərində "şimala yol" mənasını verən Norveçin paytaxtı Oslo şəhəridir.

Norveçin tarixi qədimdir. Bu şimal ölkəsinin ərazisində VIII-XI əsrlər arasında tarixdə dərin iz buraxmış, məşhur Vikinqlər hökm sürüb. 1000-ci illərdə xristian missionerlər Norveçdə xristianlığı yaymağa başlayıblar. 1030-cu ildə danimarkalılar Norveçi ələ keçirir. 1363-cü ildə Norveç Kralı VI Hakon Danimarka Kralı IV Valdemarın qızı I Marqrete ilə evlənərək, iki ölkəni bir bayraq altında birləşdirir. Ayrıca Hakon İsveç Krallığı ailəsi ilə də əqrəba idi. Cütlüyün evliliyindən doğulan Olafın 1387-ci ildə erkən yaşda ölməsi üzərinə I Marqrete taxta çıxıb (1387-1412). Marqretenin başçılığı altında 1397-ci ildə İsveç, Norveç, Danimarka və koloniyaları olan Farer adaları, İslandiya, Qrenlandiya və Finlandiya birləşərək Kalmar Birliyi adı altında böyük bir Skandinaviya imperiyasını yaradıblar. 1521-ci ildə İsveç Kalmar Birliyindən ayrılıb, amma Danimarka ilə Norveç 1821-ci ilə qədər birlikdə hərəkət ediblər. Sonradan Norveç bir müddət İsveç tərəfindən idarə olunub. Amma 1905-ci ildə İsveç Norveçin müstəqilliyini tanıyıb və Danimarka şahzadəsi VII Haakon Norveç kralı elan edilib.

Norveç I Dünya müharibəsində bitərəf qalıb. II Dünya müharibəsində də bitərəf qalmasına baxmayaraq, 1940-cı il aprelin 9-da Almaniya tərəfindən işğal edilib. 1949-cu ildə Norveç NATO-ya daxil olub. 1960-cı illərin sonlarında Norveç sularında kəşf edilən neft və qaz ehtiyatları Norveçin qüdrətini daha da artırıb. 1972 və 1994-cü illərdə keçirilən referendumlarda Norveç xalqı Avropa Birliyinə daxil olmamağa qərar verdi. Norveç Avropa Birliyi ilə olan əlaqələrini EFTA vasitəsilə sürdürməkdədir.

 

Norveç ərazisinin 70 faizi ən yüksək nöqtəsi Qalhöpiggen zirvəsi (2469 metr) olan dağlardan ibarətdir. Sahilləri girintili-çıxıntılıdır. Dünyada məşhur olan fyordlar məhz Norveç sahillərində yerləşir ki, onlardan ən böyüyü Soqne fyorddur. Çoxlu gölləri və şəlaləli dağ çayları var.

Norveçin iri şəhərləri Kristiansann, Berken, Oslo, Tronheymdir. Əhalinin əksəriyyəti norveçlilərdir - 79 faiz. Digər etnik qruplardan saamilar danimarkalılar, isveçlilər və finlər yaşayır. Orta ömür müddəti kişilərdə 74, qadınlarda 81 ildir.

Norveçdə 200 minə yaxın tələbəsi olan ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ölkədə 7 universitet, 7 ixtisaslaşmış institut, 24 dövlət kolleci, 2 dövlət incəsənət institutu və 2 özəl kollec universiteti, 31 özəl institut (onlardan 22-si dövlətdən maliyyə yardımı alır) fəaliyyət göstərir. Bunlardan ən qədim və nüfuzlusu 30 min tələbəsi olan Oslo Universitetidir.

Norveç iqtisadiyyyatının inkişaf etdiyi ötən əsrin 50-60-cı illərində ölkədə çoxlu hidrostansiyalar, gəmiqayırma zavodları və sair tikilməyə başlayıb. 1960-cı ildə Norveçin ticarət donanması müharibədən əvvəlki dövrlə müqayisədə iki dəfə böyüyüb. Norveç ABŞ və İngiltərədən sonra donanma tonnajına görə dünyada üçüncüdür. Zəngin təbii ehtiyatlara malik olan Norveç iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etmiş sənaye ölkəsidir. Sənayenin mühüm sahələri neft və təbii qaz hasilatı, yeyinti, sellüloz-kağız, metallurgiya, kimya, ağac emalı və gəmiqayırmadır. Norveç dünya bazarına böyük həcmdə balıq və balıq məhsulları çıxarır. Kənd təsərrüfatında əsas bölmə heyvandarlıqdır.

Krallıqda turizm sənayesi güclü inkişaf edib. Dünyanın hər yerində yaşayan insanlar Norveçin əsrarəngiz təbiətini, xüsusilə fyordları görmək arzusundadır. Hər il Norveçə xaricdən 6 milyondan çox turist gəlir.
Norveç üçün xarakterik olan özəlliklər mövcuddur. Bunların bəzilərini təqdim edirik:

Norveç dünyanın ən xoşbəxt ölkələrindəndir, xizəksürmənin vətənidir, mədəni ənənələrinə bağlı olan ölkələr siyahısında ilk sıralarda dayanır, dünyada ən uzunömürlü insanlar yaşayan ölkələrin ilk üçlüyünə daxildir, dünyada ən az cinayət baş verən ölkələrdəndir (son 70 ildə cinayətkarlıqla mübarizədə cəmi 10 polis həlak olub – V.T.), Norveç müstəqilliyinin 100 illiyi şərəfinə Finlandiya "dağ" hədiyyə edib, krallıqda məcbur olmadıqda iti kiminsə üzərinə qısqırtmaq yasaqdır, monarxiyalı ölkələrdə krallar, məsələn, “King of Great Britain”, “King of Sweden”, “King of Denmark” (ölkə krala məxsusdur) şəklində yazıldığı halda, Norveçdə “Norway’s King” (kral ölkəyə məxsusdur) olaraq yazılır, yaponlara Somon balığından suşi hazırlamağı 80-ci illərdə norveçlilər öyrədib, Norveç təbii qazın ən baha olduğu ölkədir (hər galonu 10 dollar), bir çox ölkənin iddiasına baxmayaraq, bu ölkədə hər bir məhkum qaldığı kamerada internetə bağlanma hüququna malikdir; əgər Norveçdə kitabınız çap olunsa, dövlət avtomatik min ədədini pulla alaraq ölkənin bütün kitabxanalarına göndərir, yalnız Norveçdə kral V Olav ictimai nəqliyyatdan istifadə edib və hər səfərində hamı kimi yolpulunu cibindən ödəyib, Norveç kralı Herald ömürlük evlənməyəcəyinə and içsə də, sevdiyi tacir qızı ilə ailə qurub, Norveçdə 12 yaşından kiçik uşaqların reklam roliklərində çəkilməsi qadağandır, 2000-ci ildə dünyada ən uzun tunel (24,5 kilometr) bu ölkədə tikilib, Norveç universitetlərində oxumaq istər ölkə vətəndaşları, istərsə də əcnəbilər üçün tam ödənişsizdir, Norveç 2017-ci ildə FM radiolarını tamamilə ləğv edərək dijital yayına geçən ilk ölkədir və sair...

Norveçlə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Krallıq 1992-ci il yanvarın 2-də Azərbaycanın müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə həmin il iyunun 5-də qurulub. 22 iyul 1998-ci ildə Norveçin Azərbaycanda səfirliyi açılıb.

Norveçin Azərbaycanda səfiri Bard İvar Svendsendir.

Azərbaycan parlamentində Azərbaycan-Norveç Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir ki, 4 mart 2016-cı ildən sədri Rövnəq Abdullayevdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018