Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Dedi ki, xalamın evinə girək” - VİDEO
Tarix: 18.05.2018 | Saat: 18:00:00
Bölmə:Bölgə Hadisə Video | çapa göndər

Biləsuvarda mənzildən 4650 manat, 500 ABŞ dolları və müxtəlif qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

ARB TV xəbər verir ki, belə ki, Biləsuvar Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Biləsuvar sakinləri, ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş Azər Quliyev və tanışı Ramiz Talıblı olduqları məlum olub. Törətdikləri cinayət əməlini etiraf edən şəxslər həmin qızılları Bakı şəhərindəki lombardlardan birinə verərək pul götürdüklərini bildiriblər.

Ramiz Talıblı (saxlanılan şəxs): “Dedi ki, pul lazımdır, gedək xalamın evindən götürək. 6 min pul idi, 3 min mənə düşdü”.

Azər Quliyev (saxlanılan şəxs): “3 min Ramizə verdim, 3 min mənə qaldı. Dedim ki, qızılları yerinə atacam. Qızılları aparıb lombarda qoydum və 3 min götürdüm”.

Azər Quliyevin rayonun Bağbanlar kəndindəki bir evdən 700 manat dəyərində məişət əşyaları oğurladığı da polis əməkdaşları tərəfindən müəyyən edilib.

Faktlarla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018