Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “əlil vətənpərvəri” - HƏFTƏ REYTİNQ
Tarix: 18.05.2018 | Saat: 18:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Fələstində müqavimətin simvoluna çevrilən Fadi Əbu Salah həyatını itirdi. Ağır silahlarla hücum edən İsrail əsgərlərinə əlil arabasında qarşılıq verməyə çalışan fotoşəkilləri ilə yaddaşlara həkk olunan 29 yaşındakı Fadi Əbu Salah 2008-ci ildə İsrailin həyata keçirdiyi hava hücumunda iki ayağını itirib. İsrailin fələstinlilərə tətbiq etdiyi deportasiya siyasəti öncəsi yurd-yuvasına qayıtmağı xəyal edən Salah Fələstin xalqının müqavimətinə dəstək verib. Salah əlil olmasına baxmayaraq baxmayaraq fələstinlilərin aksiyasına qatılıb. Arxasında qara tüstülər yüksələrkən şoran torpağın ortasında qalan Əbu Salahın simvolik Fələstin sapandını yellədiyi an fotosu çəkilib. Əbu Salah bu kadr çəkildikdən qısa müddət sonra, bir İsrail əsgəri tərəfindən snayperlə öldürülüb. BMT-nin İnsan Haqları sözçüsü Rupert Colville Cenevrədə İsrailin fələstinlilərə qarşı tətbiq etdiyi qətliamı pisləyib. Əlil arabasında snayperlə vurularaq öldürülən Fadi Əbu Salahi xatırladan Colville “İki ayağı da olmayan bir adam, İsrailə nə qədər böyük bir təhlükə törədə bilər” -soruşub.


Həftənin “rəqqası”


“Avroviziya-2018” mahnı müsabiqəsində qalib olan yəhudi müğənni Netta Barzilai ilə görüşən İsrail Baş naziri Benyamin Netanyahu “toyuq rəqsi” etdi. Baş nazirin həddən artıq sevincli olması mətbuatın diqqətindən yayınmayıb. Netanyahu müğənni Netta ilə birlikdə qalib gələn “Toy” mahnısının rəmzinə çevrilən “toyuq rəqsi”ni ifa edib.
“Netta Barzilai ilə Qüdsdə görüşmək nə qədər əyləncəlidir. Netta, hamımız səni sevirik. Millətimizə böyük şərəf qatdın”, - Netanyahu bildirib.


Həftənin “Ramazan xəbərdarlığı”


Ramazan ayının başlanmasıyla bağlı Qazılar Şurasının toplantısında çıxış edən QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq etdi. Şeyxülislam bildirib ki, iftardan əvvəl imkan şəxslərin orucluğu saymayaraq guya ehsan verirmiş kimi məclis təşkil etməsi, xüsusən də bizim mollaların ora qatılması Allaha qarşı çıxmaqdır. O qeyd edib ki, belə hal aşkarlanarsa, həmin din xadimi cəzalandırılacaq: “Belə hal dinə şəkk, Allaha üsyan etməkdir. Kiminsə imkanı varsa, bu, o demək deyil ki, orucluğun əleyhinə çıxmalıdır...”.


Həftənin “mübariz deputatı”


Parlamentin cümə günü keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidova qarşı sanksiya qərarını verməsi müzakirə olundu. Müzakirələrə qatılan spiker Oqtay Əsədov deyib: “Bundan əvvəl Avropa Şurasının alt komitələrinin iclaslarının iki il ərzində Azərbaycanda keçirilməməsi barədə də sanksiya qəbul olunmuşdu. Bir il sonra özləri peşman oldular. Dedilər gələk, iclaslarımızı keçirək. Mən dedim ki, yox, ehtiyac yoxdur, bizə qaşı sanksiya qərarınız var. Hansı ki, özlərinin də büdcəsi yox idi. İndi belə bir qərar qəbul edilib. Qərar ondan ibarətdir ki, Səməd Seyidova seçkili orqanlara seçilmək icazəsi verilməyəcək. Heç iştirak etməsin. Nə var burda? Səməd Seyidov bizim mübariz deputatımızdır, öz fəaliyyətini bir az da gücləndirəcək...”. Deputatlar sədrin bu fikirlərini alqışlarla qarşılayıblar.


Həftənin “Bütöv Azərbaycançısı”


Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski İranın ABŞ və İsrail arasında necə bölünəcəyi ilə bağlı məlumat yaydı. Jirinovski bununla bağlı öz “Tvitter” səhifəsində xəritə yerləşdirib. O, bu xəritəni 20 il öncə hazırladığını deyib. Qeyd edək ki, xəritədə İranın bir neçə yerə bölünməsi əks olunub. Jirinovskinin xəritəsinə əsasən, bu dəyişikliklərdən sonra Bütöv Azərbaycan, ayrıca kürd dövləti, fars dövləti, Bəllucistan və Böyük Türkmənistan yaranır. Jirinovski həmçinin Türkiyənin bəzi ərazilərinin Ermənistana veriləcəyini xəritəsində əks etdirib. Onu da qeyd edək ki, Jirinovskinin yerləşdirdiyi xəritədə Güney Azərbaycanın bir sıra əraziləri kürdlərə, bir sıra əraziləri isə ermənilərə verilib. Xəritədə müstəqil Azərbaycana birləşdirilən ərazilər əsasən Güney Azərbaycanın Xəzərə yaxın bölgələridir.


Həftənin “xəstə birinci xanımı”


Bazar ertəsi Ağ Ev Melani Trampın Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzdə böyrəklərinin müalicəsi üçün prosedur keçdiyini bəyan etdi. Birinci xanımın əlaqələri üzrə direktorunun bəyanatında Melani Trampın embolizasiya proseduru keçdiyi bildirilir. Daha sonra bəyanatda deyilir: “Prosedur uğurla, ağırlaşma olmadan keçib. Xanım Tramp Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzdədir. Ehtimal ki, bütün həftəni orada qalacaq. Birinci xanım bütün ölkə uşaqları üçün apardığı işlərini davam etdirməkdən ötrü tam sağalmasını gözləyir”.


Həftənin “milyonçu dilənçisi”


Beyrutda dilənçilik etmiş qadının bank hesabında 5,5 milyon dolları olduğu aşkar edildi. 15 ildir Livan paytaxtı Beyrutda dilənçilik edən 54 yaşlı Fatma Muhəmməd Osmanın bank hesabı araşdırılıb və onun 5,5 milyon dollar həcmində pulu olduğu bəlli olub. 54 yaşlı Fatma Muhəmməd Beyrutda məskunlaşdığı məhəllədə dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində qadının məskunlaşmaq üçün düzəltdiyi yerdə 5,7 milyon Livan lirəsi (4 min dollar), bundan əlavə olaraq bank hesablarında 5,5 milyon dollar olduğu bəlli olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.06.2018
20.06.2018