Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanlı icra başçısı işə avtobusla getdi - GÜNÜN TƏZADLARI
Tarix: 21.05.2018 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı Temur Abazovun avtobusda görüntüləri yayıldı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, sadə həyat tərzi ilə diqqət çəkən Temur Abazov işə və evinə daha çox ictimai nəqliyyat vasitəsi ilə gedir. İcra başçısının xalqın içində olması Gürcüstanda təqdirə layiq addım olaraq qəbul edilir. Qeyd edək ki, Teymur Abazov 1981-ci il dekabrın 2-də anadan olub. 2003-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2003-cü ildə Türkiyənin Ankara şəhərində, Türkiyə Cümhuriyyətinin Elmi Təhlükəsizlik Akademiyasını bitirib.2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi Tapşırıqlar İdarəsinin, Xüsusi Tapşırıqlar Müfəttişi vəzifəsində çalışıb. 2005-ci ildə Cəza İstintaq İşləri Baş İdarəsinin, Təşkilatlı Cinayət ilə Mübarizə Xidmətinin Üçüncü Şöbəsinin Müfəttişi vəzifəsində çalışıb. 2011–2015 ci illərdə MMC "Elita Bürc”də Marketinq Xidmətinin Rəhbəri kimi çalışıb. 2015-ci ildə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentində Xüsusi Tədbirlərin Təmini İdarəsi Şöbəsinin Baş Mütəxəssisi olub. 2015–2017 ci illərdə Mərkəzi Kriminal Polisi Departamentinin Beynəlxalq Cinayyətlərə Qarşı Mübarizə Əməkdaşlıq Mərkəzi İdarəsinin Rəhbəri/Azərbaycan Respublikasında Polis Attaşesi olub. Azərbaycan, gürcü, türk, rus və ingilis dillərini bilir. Ailəlidir, üç övladı var.


Ərdoğan AKP-nin 200 deputat namizədini dəyişdi


Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan deputatlığa namizədlərin siyahısını tərtib edərkən gözlənilməz addım atdı. Hafta.az Modern.az-a istinadla xəbər verir ki, siyasi partiyalar bu gün deputatlığa namizədlərin siyahısını Ali Seçki Şurasına (YSK) təqdim edəcək. AKP namizədlərin siyahısını tərtib edərkən 200 nəfəri siyahıdan çıxarıb. Bundan əvvəlki bütün seçkilərdə maksimum 50% namizədi siyahıdan çıxaran AKP, bu dəfə 316 nəfərdən yalnız 116 nəfəri siyahıda saxlayıb. Bu da partiyalar arasında ən böyük dəyişikliyə məruz qalan siyahı olaraq gündəmə gəlib.

 

Kəbədə yenə kran aşdı


Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü fırtına səbəbilə Məscidul Həramda bir kranın aşdığı bildirildi. Hafta.az Deyerler.org-a istinadla xəbər verir ki, Məkkə şəhərində Kəbənin də içində olduğu Məscid-i Haramda iş sahəsində kranın devrilməsi nəticəsində bir nəfər yüngül yaralanıb. Məkkə əmirliyi “Tvitter” vasitəsilə açıqlama verərək, Məscid-i Haramda iş sahəsində bir kranın devrilməsi nəticəsində operatorun yüngül yaralandığını bildirib. Açıqlamada kranın devrildiyi sahənin ziyarətçilərə qapalı olduğu, qəzadan sonra lazım olan tədbirlərin görüldüyü qeyd olunub.
Xatırladaq ki, Məkkədə Hərəmi genişləndirmək layihəsi işləri çərçivəsində 2015-ci ilin sentyabrında baş verən kran faciəsində 110 nəfər həlak olmuş, təxminən 400 nəfər də yaralanmışdı.


Bakıda kafedə partlayış oldu-iki nəfər öldü


Bakıda kafedə partlayış oldu. Hafta.az yazır ki, APA-nın məlumatına görə, Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.


Bərdədə eyni təsərrüfatda bir gündə 20 heyvan tələf oldu


Bərdə rayonunda mal-qara arasında kütləvi tələfat oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Mehdili kəndində yerli sakin Müslüm Məmmədova məxsus təsərrüfatda 20 baş iribuynuzlu heyvan tələf olub, daha 30 heyvan isə təhlükə altındadır. Hadisə baş verən təsərrüfata mütəxəssislər cəlb olunub. Ölü heyvanlar yarılaraq nümunələr götürülüb. Sağlam heyvanlardan isə qan nümunələri alınıb. Hazırda heyvandarlıq təsərrüfatı nəzarətə götürülüb. İlkin diaqnoz kimi heyvanların zəhərlənmədən öldüyü ehtimal olunur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018