Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Kərkükdə yenidən diriliş dastanı yazılır” – Türkmənlərin mənəvi lideri
Tarix: 22.05.2018 | Saat: 10:07:00
Bölmə:Müsahibə | çapa göndər

İraqda may ayının 12-də baş tutan parlament seçkiləri heç də ölkəyə rahatlıq gətirmədi, əksinə, müharibədən yenicə çıxmış, insanları tez-tez terror partlayışları ilə sarsılan narahat, ziddiyyətlər tüğyan edən məkana çevrilib. Xüsusilə də tarixin bütün etaplarında haqq və hüquqları əllərindən alınan, hər vəchlə başlarından basılan, döyülən, öldürülən, zindanlara atılan türkmən xalqı bu dəfəki seçkidə yenə təcavüzə məruz qaldı. Artıq on gündür gecə-gündüz kişili-qadınlı, uşaqlı-böyüklü küçələrdə etiraz edən, çadırlar qurub oturaq aksiyaya davam edən türkmən xalqının səsini eşidən varmı? Onlar 21-ci əsrdə səslərini Bağdada eşitdirə biləcəıklərmi? Axı hər cür çətin şəraitdə kürdlər İraqı parçalamağa çalışdığı halda, məhz türkmənlər ölkənin ərazi bütövlüyünü qoruyub, İraqın vahid bayrağını enməyə qoymayıb... 

İraq türkmənlərinin mənəvi lideri, Türkməneli Partiyasının sədri, məhz bu dəfəki seçkilərdə haqqı pozularaq, aldığı halal səslər saxtalaşdırılaraq millət vəkili mandatından məhrum edilən Riyaz Sarıkahya ilə söhbətləşib, Kərkükdə və ümumilikdə Türkmənelində baş verən hadisələrə işıq salmağa çalışdım. Görək seçki prosesinin birbaşa iştirakçısı olan türkmən mənəvi lideri nə deyir:

- Seçkinin nəticələri sadəcə Seçki Komissiyası tərəfindən elan edilib. Hələ ki, İraqın Federal Məhkəməsi nəticəni təsdiqləyəcək qərar çıxarmayıb. Ona görə də kimin millət vəkili seçildiyi dəqiq deyil. Buna baxmayaraq, deyə bilərik ki, biz türkmənlərin haqlarına həmişə biganə yanaşılıb. İllərdir hər yerdə türkmənlərə edilən zülm və haqsızlığa göz yumulub.

- Mövcud qanunlara əsasən Kərkükdən neçə millət vəkili seçilə bilər və onlar türkmən, ərəb və kürdlər arasında faiz etibarı ilə necə bölünür?

- Qanuna əsasən Kərkükdən 13 millət vəkili seçilir. Bunlardan bir yer mütləq xristian vətəndaşlar üçün nəzərdə tutulub – onların kvotasıdır. Qalan 12 millət vəkili isə seçki prosesində mübarziə apararaq, seçilir. Son nəticəyə əsasən türkmənlərdən 3, ərəblərdən də 3, amma kürdlərdən 6 millət vəkili seçildiyi bildirilir. Bayaq dediyim kimi, bir nəfər də xristian kvotasından seçilib.

- Seçkilərin saxtalaşdırıldığı deyilir. Bunu kim edib və saxtalaşma prosesi necə icra olunub? Niyə polis və ya Kərkükdəki Haşdi Şabi qüvvələri əvvəlcədən ehtiyyat tədbirləri görməyiblər?

- Kərkükdə saxtakarlıq komputer sistemində edilib. Bizdə səslər əllə deyil, elektron qaydada sayılıb. Vətəndaş istədiyi bir namizədə səs verir, amma səs ona deyil, proqramda öncədən seçilmiş başqa bir namizədə gedir. Komputer proqramını qarışdıran xüsusi məqsədli qrup isə Kərkük seçki komissiyasının öz işçiləri olub. Onlar seçkinin nəticələrini birbaşa Təlabani qrupunun xeyrinə dəyişiblər. Həmin işçilərin hamısı nəticələrin dəyişdirildiyi bilinən ilk saatlardaca Kərkükdən Süleymaniyyəyə qaçıblar. Amma onu da deyim ki, Kərkük kimi həssas bir şəhərdə Amerika və digər maraqlı mərkəzlərdən icazəsiz elektron proqramı bu şəkildə poza bilməzdilər.

- Məqsəd nə idi, sadəcə türkmənlərin uduzmasına nail olmaq, yoxsa ümumən sərf etməyən namizədlərin yolunu bağlamaq?

- Proqramın dəyişdirilməsinin başlıca məqsədi səsləri kürd namizədlərin hesabına yönləndirmək olub. Lakin bir məsələ də var ki, kürd hərəkatının dəstəkləmədiyi, kimliyindən asılı olmayaraq, istənilən namizədin yolunu bağlamağa çalışıblar. Kərkükdə Hasan Turan, Tuz Hurmatuda Niyazi bəy və Cassim bəy də milli siyasət yürütdükləri üçün kənarda qalıblar. Mənə gəlincə, milli layihələrimə görə seçilmədiyimi bildirdilər. Hansı ki, Kərkükdə əhalinin əksəriyyəti birmənalı şəkildə mənim seçiləcəyimi düşünürdü. Bu gün seçkinin nəticələrinin böyük miqyasda saxtalaşdırıldığını seçki komissiyasının özü də qəbul edir. Kərkükdəki qanun pozuntuları 67 faiz olaraq təsdiqlənib. Hətta Seçki Komissiyasının rəhbərlərindən olan Sait Kakai bunu teleproqramda da etiraf elədi və etiraz olaraq komissiyadan istefa verdi...

- Saxtakarlığı kürdlər edibsə, deməli, Bağdad hökuməti müstəqilliyini elan etmələrinə rəğmən yenə də kürdlərə dəstək verir...

- BMT-nin İraq ofisi Seçki Komissiyasına təzyiq göstərir ki, Kərkükdəki narazılığı nəzərə alsın. Amma hələ müsbət nəticə yoxdur. Bu gün sual yaranır: İraq hökumətini kim quracaq: İbadi, Amiri, yoxsa Muktada əs-Sədrin adamı Cəfərmi? Qısası, seçiləcək baş nazir Amerika və İran tərəfindən qəbul olunmalı, üstəlik, onun baş nazir olmasına İngiltərə, Türkiyə və Səudiyyə Ərəbistanı da razılıq verməlidir. Başqa bir tərəf də var – Nəcəfin dini mərkəzi də ona qarşı çıxmamalıdır. Bunları ona görə deyirəm ki, haqqında danışdığımız problemin həlli hökumətin qurulmasından asılıdır. Əgər problem çözülmədən davam edərsə, o zaman seçki etirazları yenidən gündəmə gələr. Onu da qeyd edim ki, Kərkükdə qalib gəldiyini düşünən kürd mənşəli millət vəkillərinin mandatı rəsmiləşə bilər, amma onların az da olsa dəyəri-qiyməti olmaz. Hətta öz partiyalarında, sıravi kürdlər arasında da hörmətləri qalmaz. 

- Əgər belədirsə, türkmənlər öz haqlarına qovuşmaq üçün bundan sonra kimdən dəstək ala bilərlər?

- Biz hələlik heç kimdən dəstək gözləmirik. Sülhsevər, dinc aksiyalarımızı davam etdirəcəyik. Xalqımız qoca-cavan, qadın-kişi – hər kəs verdikləri səslərə sahib çıxmaq üçün on gündür ki, gecə-gündüz çadırlarda, küçələrdə aksiya keçirir. Hesab edirəm bundan sonra kimsə türkmənin haqqını yemək istəsə, planını əvvəlcədən on dəfə düşünməlidir. Türkmən xalqının aksiyaları yalnız türkmənlərin qərar və iştirakı ilə gerçəkləşir. Kərkükdə yenidən diriliş dastanı yazılır - durmadan mücadələyə davam deyirik.

- İzlədiyim xəbərlərə görə türkmən gənclər ölüm orucuna başlayıblar. Nəzərə alsaq ki, indiyədək keçirilən aksiyalar nəticəsiz qalıb, bundan sonra bu cür etiraz üsullarına əl atmağa ehtiyac varmı?

- Türkmən hərəkatının çox böyük çətinlikləri var. Buna baxmayaraq, bir milli məclis qurma layihəmiz mövcuddur. Əgər bunu reallaşdıra bilsəydik, türkmən xalqını da həmin məclis təmsil və idarə edərdi. Məclisin mövqeyi milli hərəkatımızın da mövqeyi olardı və qəbul etdiyi qərarlara sayğı göstərərdik.

- Türkmənlər olaraq qarşıda nə kimi addımlar atmağı düşünürsünüz?

- Yaxın günlərdə türkmən, kürd və ərəblərin liderlərini bir araya gətirərək, bu məsələni müzakirə etmək niyyətimiz var. İstəyirik Kərkük üçün siyasi model tərtib edib, onu federasiyanın bir hissəsinə çevirməyə nail olaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.06.2018
20.06.2018