Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İslam Şərqində ilk demokratiyanın qurulmasından 100 il ötür
Tarix: 22.05.2018 | Saat: 12:50:00
Bölmə:Siyasət | çapa göndər

Sada əl-Bələd, Misir

22.05.2018

Müəllif: Əbu Bəkr Əbul-Məcd

Zaman çarxının 2018-ci il mayın 28-nə çatması ilə, Şərqdə ilk demokratiya – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənəli şəkildə qeyd ediləcək.

1917-ci ilin oktyabrında baş vermiş Bolşevik inqilabından sonra Rusiya imperiyasını bürümüş anarxiya, milli mənsubiyyətə əsaslanan qətllər, evlərin, mənzillərin, memarlıq abidələrinin, məktəblərin, xəstəxanaların və məscidlərin dağıdılması Azərbaycan xalqının öz dövlətini qurmaq zərurətini yaratmışdı.

Nəticədə Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də Bakı şəhərinin daşnak-rus silahlı qüvvələri tərəfindən işğal olunması üzündən Tiflisdə (hazırda Tbilisi adlanır və Gürcüstanın paytaxtıdır) keçirilən toplantısında İstiqlal bəyannaməsi qəbul edilib. Fətəli xan Xoyskinin sədrliyi ilə keçirilən toplantıda Qafqazın cənub və cənub-şərqində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub.

6 bənddən ibarət Bəyənnamə Azərbaycan tarixində Azərbaycan dövlətini demokratik respublika kimi göstərən ilk Konstitusiya aktıdır.

1918-ci il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və Nazirlər Şurası Gəncə şəhərinə (Azərbaycanda ikinci böyük şəhər) köçürülüb. Həmin günlərdə hökumətin əsas məqsədi ermənilər və bolşeviklər tərəfindən ələ keçirilmiş Bakını, həmçinin Azərbaycanın başqa şəhərlərini azad etmək idi.

1918-ci il aprelin 5-də Gəncədə toplanmış Qafqaz İslam Ordusu Bakı Sovetinin 20 minlik qoşunu ilə qanlı döyüşə girərək, Bakıya yaxınlaşıb. Bundan sonra şəhərlər bir-birinin ardınca azad olunmağa başlayıb. Nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı da azad edilib. Bu döyüşlərdə yüzlərlə azərbaycanlı əsgər həyatını itirib. Nəticədə, 1918-ci il noyabrın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürülüb və Azərbaycan Milli Şurası burada fəaliyyətini bərpa edib.

Paytaxtın Bakıya köçürülməsilə Azərbaycan Milli Şurası sanki yenidən fəaliyyətə başlayıb. 1918-ci il dekabrın 7-də parlamentin ilk iclası keçirilib. Bu, bütün islam dünyasında və Şərq regionunda tam demokratik prinsiplər əsasında formalaşmış ilk parlament idi. Parlamentdə ölkədə yaşayan bütün əsas xalqların nümayəndələri təmsil olunurdu.

Müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti azad yaşadığı qısa müddət ərzində böyük nailiyyətlər əldə edib. Qadınlara ilk dəfə seçki hüququ məhz burada verilib, Milli Ordu formalaşdırılıb, milli valyuta buraxılıb. Azərbaycanın müstəqilliyi dünya birliyi tərəfindən də rəsmən tanınıb. Bütün bunlar qısa vaxtda Azərbaycan xalqının müstəqil dövlət qurmaq bacarığını sübut edib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması onun vətəndaşlarının böyük siyasi düşüncəyəsinə, ideoloji və siyasi imkanlarına dəlalət edir. Cümhuriyyətin rəhbərliyində təmsil olunan Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqaları bu müasir Xalq Cümhuriyyətinin qurulması uğrunda böyük xidmətlər göstəriblər.

Azərbaycan Xalq Cümhuriyyəti demokratik Avropa dəyərlərilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni cəmiyyət nümunəsi idi. O, cəmi 23 ay yaşasa da, müasir Azərbaycanın qurulması üçün nümunə və ümid işığı olaraq qalıb.

Azərbaycan Cümhuriyyətinin rəhbərliyi kifayət qədər təcrübəyə malik olmamasına rəğmən, lazımi səviyyədə çalışan hökumət qura bilmişdi. O, 20-dən çox dövlətlə, o cümlədən ABŞ, Belçika, Hollandiya, Yunanıstan, Türkiyə, İtaliya, Fransa, İsveçrə, Birləşmiş Krallıq və Polşa ilə əlaqə qurmuşdu.

1919-cü il iyunun 24-də hökumət üzərində aypara və səkkiz guşəli ulduz olan 3 rəngli üfüqi zolaqlı dövlət bayrağını təsdiq edib. İyunun 26-da isə Azərbaycan hökuməti Silahlı qüvvələrin formalaşdırılmasına başlayıb. Ordu quruculuğu işi yanvarın 30-da yekunlaşıb və 30 min piyada, 10 min süvaridən ibarət ordu yaradılıb.

Daha sonra hökumət Azərbaycanda törədilmiş kütləvi qətliamların araşdırılması məqsədilə Fövqəladə Təhqiqat Komissiyası yaradıb, ölkənin rəmzləri təsdiqlənib, Azərbaycan vətəndaşlığını almaq üçün əsas qaydalar qəbul olunub, gender bərabərliyi tanınıb, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin bir-birindən ayrılmasına başlanılıb.

Təhsil hökumətin əsas prioritetləri arasında idi. Qısa müddət sonra əksər məktəblərin məcburən Azərbaycan dilində təhsilə keçidinə başlanmışdı.

Mühüm addımlardan biri də 1919-cu il sentyabrın 10-da Bakı Dövlət Universitetinin təsis edilməsi olub. Artıq tələbələrin təhsil dalınca məşhur Avropa universitetlərinə göndərilməsinə də başlanmışdı.

Apellyasiya və əks-kəşfiyyat idarəsinin yaradılması dövlət quruculuğu prosesinin əsas sütünlarından sayıla bilər.

1919-cu ildə Bakı-Batumi neft kəməri də istismara verilib. Hökumət azad ticarət haqda sərəncam verib, ticarət donanması dirçəldilib, 1919-cu ilin yayında isə Azərbaycan Xəzər Dənizi Donanması yaradılıb...

Azərbaycan öz müstəqilliyini bur də 71 il sonra bərpa edib. Bununla da ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin ayparalı və səkkiz guşəli, 3 rəngli bayrağı yenidən ucalıb.

Bu gün müasir Azərbaycanda əmin-amanlıq, sabitlik hökm sürür. O, ərazisinin beşdə birini işğal etmiş Ermənistan istisna olmaqla, qonşuları ilə və ümumiyyətlə, bütün dövlətlərlə balanslı münasibətlər qurub.

Ərəb dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.06.2018
20.06.2018