Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda nəticə əsaslı büdcə mexanizmi hazırlanacaq
Tarix: 22.05.2018 | Saat: 14:20:00
Bölmə:İqtisadiyyat | çapa göndər

"Hal-hazırda Azərbaycan Respublikasının büdcə qanunvericiliyində büdcə riski, büdcə riskinin qiymətləndirilməsi və idarə olunması ilə bağlı hüquqi əsaslar müəyyən olunmayıb".

 Bu, Hesablama Palatasının 2018-ci ilin I rübü üzrə rəsmi məlumat bülletenində öz əksini tapıb. 

"Lakin, son illər ərzində, əsasən son iki ildə büdcə qanunvericiliyində institutsional dəyişikliklərlə bağlı mühüm addımlar atılıb. Xüsusilə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi barədə Fərmanının ayrı-ayrı bəndlərində institutsional dəyişikliklərlə bağlı tapşırıqlar qoyulub. Burada dövlət borcunun idarəolunması üzrə orta və uzunmüddətli strategiyanın, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydaların, fiskal intizamın gücləndirilməsini, o cümlədən nəticələrə görə məsuliyyət nəzərdə tutan daha təkmil ortamüddətli xərclər çərçivəsinin və nəticə əsaslı büdcə mexanizminin hazırlanması nəzərdə tutulur ki, bu mexanizmlərin təsdiq edilməsi nəticəsində fiskal risklərə qarşı fiskal immunitet daha da güclənəcək. Misal olaraq, dövlət borcunun idarəolunması üzrə orta və uzunmüddətli strategiyada risk təhlili yer alacaq ki, bu da gələcəkdə borc dayanıqlılığın təmin olunmasına xidmət edəcək", - deyə bülletendə vurğulanıb.(apa)



Bölməyə aid digər xəbərlər
21.06.2018 Neft ucuzlaşıb

Xəbərə şərh yaz
21.06.2018
20.06.2018