Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlət qulluğuna qəbul üçün müsahibə elan edildi
Tarix: 22.05.2018 | Saat: 14:34:00
Bölmə:Sosial | çapa göndər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati vəzifələrin 4-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

 DİM-dən hafta.az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay-22 iyun 2018-ci il tarixinədək davam edəcək.

 DİM mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 9 dövlət orqanı üzrə inzibati vəzifələrin 4-7-ci təsnifatlarına uyğun olan 42 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

 Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 22 iyun 2018-ci il tarixinədək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

 Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Şəki Apellyasiya Məhkəməsi (14), Xətai Rayon Məhkəməsi (6), Energetika Nazirliyi (7) tərəfindən təqdim olunub.

 Vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub: 

Şəki Apellyasiya Məhkəməsi (14 vakant vəzifə) BA4 altqrupu üzrə 14 

Energetika Nazirliyi (7 vakant vəzifə) BA3 altqrupu üzrə 4, BA4 altqrupu üzrə 3 

Hesablama Palatası (3 vakant vəzifə) BA2 altqrupu üzrə 3 

Xətai Rayon Məhkəməsi (6 vakant vəzifə) BB4 altqrupu üzrə 6

 Salyan Rayon Məhkəməsi (1 vakant vəzifə) BB3 altqrupu üzrə 1 

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi (2 vakant vəzifə) BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 1 

Tərtər Hərbi Məhkəməsi (1 vakant vəzifə) BB2 altqrupu üzrə 1

 Gəncə Apellyasiya Məhkəməsi (4 vakant vəzifə) BA4 altqrupu üzrə 4

 Xaçmaz Rayon Məhkəməsi ( 4 vakant vəzifə) BB4 altqrupu üzrə 4 

Əlavə olaraq, müsabiqəyə çıxarılmış 42 vakant inzibati vəzifədən 24-ü BA vəzifə qrupu, 18-ü isə BB vəzifə qrupuna aiddir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.06.2018
20.06.2018