Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əhməd Sami Elaydi Respublika Gənclər Kitabxanasını əməkdaşlığa dəvət edib
Tarix: 22.05.2018 | Saat: 12:54:00
Bölmə:Mədəniyyət | çapa göndər

Misirin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi ilə görüş keçirilib.

Hafta.az yazır ki, Mərkəzin rəhbəri Əhməd Sami Elaydi kollektiv üzvlərinə mədniyyət ocağının yaranma tarixi, fəaliyyəti, həyata keçirdiyi işlər barədə, o cümlədən burada təşkil olunan ödənişsiz ərəb dili kursları barədə məlumat verib. Bundan başqa, Misirin təhsil ocaqları, hər birində iki yüz mindən artıq tələbəsi olan universitetləri, beş milyondan artıq kitab fonduna, yüz milyondan artıq sənədlərə malik arxivi haqqında danışıb. Mərkəzin kitabxanası ilə tanışlıq zamanı Əhməd Sami Elaydi bildirib ki, kitabxanada çap məhsulu ədəbiyyatlardan başqa, on minə yaxın elektron variantlı kitablar da var.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva kitabxana, onun şöbələri, fəaliyyəti haqqında geniş məlumatla çıxış edib.

Sonra Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi Respublika Gənclər Kitabxanasını birgə əməkdaşlığa, bir sıra layihələrdə iştirak etməyə çağırıb. Görüşün sonunda müəllifi olduğu “Müstəqillik dövrü Azərbaycan romanı” kitabından üç nüsxə kitabxanaya hədiyyə verib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018