Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Büdcəyə dəyişiklik zəruridirmi? – TƏHLİL
Tarix: 22.05.2018 | Saat: 19:15:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Milli Məclis (MM) 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxacaq. Hafta.az xəbər verir ki, büdcə ilə bağlı sənədə MM-in iyun ayında nəzərdə tutulmuş növbədənkənar sessiyasında baxılması nəzərdə tutulur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, yaxın zamanlarda bununla bağlı iclas olacaq və orada 2018-ci ilin büdcəsində dürüstləşdirmə məsələsi müzakirə olunacaq: “Dövlət büdcəsində dürüstləşdirmə, dəyişiklik nəzərdə tutulur. Bu da neftin qiyməti ilə bağlıdır”.
Komitə sədri həmçinin çıxışında borclanma strategiyasının yaxın günlərdə hökumətə təqdim olunacağı barədə də danışıb. O, qeyd edib ki, borc siyasəti elə qurulmalıdıdır ki, yeni texnologiyalar ala bilək: “Hazırda dövlətin borc siyasəti məqbuldur. Devalvasiyadan sonra dövlətin xarici borcu 24%-ə qalxıb".

Mövzunu şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, büdcə qeyri-neft sektoruna yönəlik olmalıdır: “Azərbaycanın dövlət büdcəsinə dəyişikliklər edilməsi hesab edirəm ki, yanlış siyasətdir. Dövlətin büdcəsi ildə bir dəfə təsdiq edilər və bununla da iş bitər. 2005-2014-ci illərin praktikası göstərdi ki, hər il hər il dövlət büdcəsinə edilən dəyişikliklər reallıqda onun xərcləmələrinin nə qədər qeyri-rasional olmasına yol açırdı, məmurların əlavə büdcə gəlirlərini öz istədikləri kimi xərcləmələrinə gətirib çıxarırdı. Əvəzində əldə olunan izafi pullar az müddətdə inflyasiyanın güclənməsinə, sonradan isə müxtəlif yollarla ölkədən kapitalın qaçmasına şərait yaradırdı. Biz yenəmi bir dəfə səhvlərlə müşayət olunan yolu təkrarlamaq istəyirik? Biz institusional nəzarət mexanizmi yaratmamış yenidənmi vəsaitləri eyni qaydada xərcləmək yolu seçirik?
Hesab edirəm ki, büdcədə proqnoza görə neft gəlirləri 45 dollardan götürlümüşdüsə, neft sektorunun ondan artıq vergi ödəmələri birbaşa Neft Fonduna köçürülməlidir. Vergilər Nazirliyi daha Prezidentə durub raport verməli deyil ki, ilin I yarısına görə nazirliyimizin xətti ilə plan və tapşırıqlara 100,1% əməl edilib. Xeyr! Neft sektoru Prezidentə ayrıca məruizə edilməli, Gömrük Komitəsinin köçürmələri ayrıca qeyd edilməlidir. Ondan sonra Neft Fonduna gedən əlavə vəsaitdən xərcləmələr istəyirlərsə, hər bir layihə üzrə qrant layihələrində olduğu kimi heç olmasa teelviziyadan onun vacibliyini ictimaiyyətə açıqlamalı və iqtisadi əsaslandırılmasını hökumətə tapşırmalı və kommersiya dəyərini müəyyənləşıdirdikdən sonra Neft Fonduna göstəriş verilməlidir ki, bu layihənin icrası üçün bu qədər vəsait ayrılsın. Əgər bu mexanizmə keçidi etmək istəmiriksə, onda hansı yeni etapa doğru addımlamaq istəyirik?”

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, əgər ötən illərin təcrübəsinə diqqət yetirsək, neftin dünya bazarlarında satış qiyməti dövlətimizin əsas maliyyə sənədində nəzərdə tutulandan yüksək olanda hər ilin ortasında Milli Məclisdə büdcəyə yenidən baxılıb və onun gəlir və xərclər hissəsi artırılıb: “Bu, əksər hallarda, Dövlət Neft Fondundan (SOFAZ) nəzərdə tutulan müvafiq transfert məbləğinin artırılması hesabına müşahidə edilib. Təkcə, keçən ildə belə olmadı. Belə ki, 2017-ci ildə dövlət büdcəsinə yenidən baxılarkən müsbət cəhət məhz ondan ibarət oldu ki, SOFAZ-dan nəzərdə tutulan transfert (6 milyard 100 milyon manat) artırılmadı. Düzdür, bunun müqabilində dəyişikliklər nəticəsində büdcə kəsiri artdı, artırılan xərclərin maliyyələşdirilməsində Mərkəzi Bankın 2015-ci ilin maliyyə nəticələrinə görə əldə edilmiş mənfəətindən ayırmadan, o cümlədən Vergi Məcəlləsinə dəyişikliklərdən irəli gələn tətbiq olunan sanksiya və cərimələrin həddinin artırılması, habelə beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən infrastruktur layihələrində ölkəmizin iştirak payından formalaşan gəlirlər üzrə proqnozlaşdırılan daxilolmalardan, habelə büdcə təşkilatlarının büdcədən əlavə gəlirlərindən, bir sıra xərclər üzrə tətbiq edilən azalmalar hesabına yaranan sərbəst vəsaitdən, 2017-ci ilin əvvəlinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından istifadə olundu ki, bütün bunlar da SOFAZ-dan transfert məbləğinin artırılması variantından daha münasib variantlar idi.
Xatırladım ki, 2017-ci ilin dövlət büdcəsində kəsirin yuxarı həddi 645 000,0 min manat təsdiq edilmişdi. Sözügedən dəyişiklikdən sonra 530 milyon manat və ya 82,2 % artırılaraq, 1 175 milyon manat səviyyəsində təşkil etdi. Sözün qısası, keçən il büdcə xərcləri neft pulları hesabına artırılmadı. Kəsir yüksəldilsə də belə. Amma əhali və iqtisadiyyatımız üçün çox vacib məsələlər həllini tapdı.

Xatırladım ki, 2016-cı ildə də dövlət büdcəsinə yenidən baxılmışdı. Özü də ilin ikinci ayında – fevralda... Belə ki, ölkədə əvvəlki ildə məlum devalvasiyalarla bağlı yaranmış çətin iqtisadi situasiya ilə əlaqədar, sosial istiqamətdə bir sıra artımlara getmək məcburiyyəti yarandı ki, bu məsələ SOFAZ-dan əlavə olaraq, 2 milyard manat da cəlb etmək yoluyla həllini tapdı”.
Qeyd edək ki, keçən il fevralda büdcəyə yenidən baxılarkən neftin qiyməti də aşağı salındı, 50-dən 25 dollara. Bu da il ərzində xarici təzyiqlərdən sığortalanmağa imkan yaratdı. Keçən ilki dəyişikliklərdə isə, neftin qiymətinə toxunulmadı. Əsas fərqlilikdən biri də məhz, bundan ibarət oldu. Bəs, bu ilki büdcəyə baxmağa ehtiyac varmı?
“Cari ilin dövlət büdcəsinin gəlirləri 20 127 milyon manat nəzərdə tutulub ki, bu da keçən illə müqayisədə 20% çoxdur. Xərclərsə əvvəl 20 905,7 milyon manat planlaşdırılsa da, sonradan parlamentdə müzakirələr zamanı 21 047 000,0 min manata qaldırıldı. Bütün bunlar da olduqca yaxşı göstəricilərdir. O baxımdan ki, 2015-ci ildən sonra dövlət büdcəsinin həcmi azalmışdı. Ondan əvvəlki illərdə isə artırıla-artırıla gedirdi. Bunun da səbəbi aydın idi.
Ümumiyyətlə, 2018-ci ilin dövlət büdcəsinin həcminin əvvəlki ildəkindən çox olacağı bəlli idi. Ona görə ki, keçən il ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyə mənfi təsir edəcək, onun dayanaqlığını sarsıdacaq göstəricilərdə pozitiv meyllər əldə olunmağa başlandı. Belə ki, neftin dünya bazar qiymətlərinin ucuzlaşması prosesi dayandı, xarici ticarət dövriyyəsində ixrac idxalı üstələdi, tədiyyə balansında müsbət saldo yarandı...

Bunlar olduqca vacib göstəricilər idilər. Və 2017-ci il ərzində bunlar əldə olunmasa idi, uzun illər ərzində əldə etdiyimiz makroiqtisadi sabitlik pozula bilərdi. Çünki 2015-ci ildə 2 dəfə devalvasiya baş vermişdi. 2016-cı il ərzində manat daha 15% ucuzlaşmışdı. Hansı ki, bütün bunların təsirlərindən yaxa qutarmaq asan deyildi. Odur ki, 2017-ci il dönüş ili olaraq yadda qaldı”, - deyə P.Heydərov vurğulayıb.
Neftdən asılılığımız isə bitməyib və bu, hələ də əhəmiyyətini qoruyub saxlayır. P.Heydərov deyir ki, bunun üçün 2018-ci il dövlət büdcəsinə SOFAZ-dan daxilolmaların həcminə diqqət yetirmək kifayətdir: “Belə ki, bu il ARDNF-dən büdcəyə 9,216 milyard manat transfert nəzərdə tutulub, 2017-ci ildəsə bu rəqəm 7,5 milyard manat, yəni 1,716 milyard manat az təşkil edirdi. Halbuki, Neft Fondundan büdcəyə transfertin getdikcə azaldılacağı deyilirdi.
Digər cəhət isə ondan ibarətdir ki, 2018-ci ilin büdcəsində neftin baza qiyməti təkrar edirəm, 45 dollar/barel səviyyəsində götürülüb. Bu da, 2017-ci ildəki analoji qiymətdən 12,5% və ya 5 dollar çoxdur. Səbəb, buil dünya bazarlarında neftin qiymətinin 50 dollar ətrafında olacağının proqnozlaşdırılması idi”.



Bölməyə aid digər xəbərlər
19.06.2018 Neft ucuzlaşıb

Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018