Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cəlilabadlı fermer kartofun qiymətinə ağı dedi - GÜNÜN TƏZADLARI
Tarix: 22.05.2018 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Ötən həftənin sonundan Bakı bazarlarında yerli kartofun kiloqramı kəskin ucuzlaşaraq 30-40 qəpiyə düşdü. Hafta.az-ın Virtualaz.org-a istinadla verdiyi xəbərə görə, rayonlarda isə kartofun topdansatış qiyməti 15-16 qəpikdir. Bu isə faraş kartofçuluqla məşğul olan fermerlərə ciddi ziyan vurub. Sosial şəbəkələrdə kartofun qiymətinin ucuzlaşmasına özünəməxsus şəkildə etiraz edən cəlilabadlı kəndlinin görüntüləri yayılıb. Görüntülərdə kəndli kartofa ağı deyir: “Azot qalmadı zırradıq, indi Moskvada kartofun kilosu 20 rubla düşüb, o da manatla 40 qəpik edir. Kartof mövsümündə qazanıb, əkin üçün bankdan götürdüyümüz krediti ödəyəcəkdik. Lay-lay “Qızılgül” sortum lay-lay...”.


Sərxoş qadın yatdı – traktorun altında qaldı


Rusiyanın Başqırdıstan Respublikasında əkinçilik təsərrüfatlarının birində qadın traktorun altında qalıb öldü. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, günəbaxan tarlasında işləyən 43 yaşlı qadın mayın 16-da spitli içki qəbul etdikdən sonra, elə tarladaca sərxoş vəziyyətdə yatıb. Sahədə işləyən traktor sürücüsü isə yerdə yatan şəxsi görməyib və texnika ilə onun üzərindən keçib. Qadının cəsədi yalnız iki gündən sonra tapılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Obama və arvadının kino çəkəcəyi bilindi


ABŞ-ın keçmiş prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Obama özlərinə iş tapdılar. Onlar, “Netflix” şirkətində kino üzrə prodüserlik edəcəklər. Hafta.az-ın “Deyerler.org”a istinadla verdiyi xəbərə görə, bir neçə illik bağladıqları müqavilə müddətində Obama ailəsi film və seriallara, əsasən də tv-şoulara, sənədli seriallara, sənədli və bədii filmlərə prodüserlik edəcəklər.


Ağcabədidə nəvə babasının evini yardı


Ağcabədi rayonunda nəvə babasının evindən oğurluq etdi. Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Belə ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 20-də rayon ərazisindəki evlərin birindən 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi, şəhər sakini Mirsəfər Əliyev saxlanılıb.


Bakıda məşhur restoranda partlayış baş verdi


Paytaxtda məşhur restoranda təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün partlayış baş verdi. Hafta.az-ın “Qafqazinfo”ya istinadla verdiyi xəbərdə deyilir ki, bir neçə müştəri mayın 20-si saat 13 radələrində Mərdəkan qəsəbəsində yerləşən “Dükkan” restoranında nahar edərkən qaz balonunun partladığını bildiriblər.
Belə ki, ictimai obyektin sosial şəbəkədəki hesabında bu barədə yazan Aytac Məmmədli bildirib ki, partlayış nəticəsində uşaqlar da çox qorxub: “Heç kəs çölə çıxmaq üçün bizə yol göstərmədi. Hətta yeyə bilmədiklərimizin pulunu aldılar və hadisəyə görə üzr istəyən olmadı”.
Digər müştəri Aytən Məmmədli isə restoranın tikintisinin tam başa çatmadığını bildirib: “Ətrafda uşaqlar üçün təhlükəli olan çuxurlar var idi. Partlayış vaxtı isə nə yanğın çıxışı, nə də yol göstərən var idi. Hər kəs öz canının hayında qaçaqaçda idi”.


Ərəbistan təyyarəsi şassisiz eniş etdi


Ərəbistanının “Saudi Arabian Airlines” aviaşirkətinə məxsus təyyarə Ciddə şəhərinin hava limanında qəza enişi etdi. Hafta.az yazır ki, APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, uçuş zamanı Mədinədən Banqladeşin paytaxtı Dəkkəyə uçan təyyarənin qabaq şassisində nasazlıq yaranıb. Pilotların cəhdinə baxmayaraq şassinin buraxılması mexanizmi işə düşməyib. İnsident nəticəsində göyərtəsində 141 sərnişin və 10 ekipaj üzvünün olduğu təyyarədə xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.06.2018
20.06.2018