Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qızıl adam" Bakı sakinlərinin görüşünə gəldi
Tarix: 22.05.2018 | Saat: 18:10:00
Bölmə:Mədəniyyət | çapa göndər

Milli Azərbaycan Tarix Muzeyində Qazaxıstanın Milli Muzeyi ilə birlikdə “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgilər layihəsi çərçivəsində “Böyük çölün mirası: Zərgərlik sənətinin şah əsərləri” sərginin açılışı olub.

Hafta.az yazır ki, açılış mərasimindən əvvəl Qazaxıstan Milli Muzeyinin sədr müavini A.K.Satubaldin, tarix elmləri doktoru, professor Z.S. Samaşev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edib.

Çıxış edənlər sərginin Bakıda keçirilməsinin Qazaxıstan mədəni irsinin təbliği, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi, bu mövzuda elmi araşdırmaların genişləndirilməsi və davam etdirilməsinə töhfə verdiyini vurğulayıblar.

Bundan sonra Milli Azərbaycan Tarix Muzeyi ilə Qazaxıstan Milli Muzeyi arasında əməkdaşlıq barədə memorandum imzalanıb.

Daha sonra Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev sərginin açılışını edib.

Qazaxıstanla Azərbaycan arasında mədəni əlaqələr, ikitərəfli və çoxşaxəli əməkdaşlıq inkişaf edir. Ölkələrarası münasibətlər möhkəm və qarşılıqlı tərəfdaşlığın nümunəsidir. “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgilər layihəsinin məqsədi əcnəbiləri erkən dəmir dövründə Avrasiyanın Böyük çölünün ərazisində meydana gələn mədəni irslə tanış etməkdir. Sərgidə İssıq kurqanında tapılan əsləhəli saka döyüşçüsü “Qızıl adam”, Qazaxıstan Milli Muzeyinin fondlarında qorunan e.ə. VIII əsrə aid olan qızıl məmulatları kolleksiyasını təqdim edir. Sərginin baş eksponatı 1969-cu ildə Qazaxıstanın tanınmış arxeoloqo Kamal Akişevin rəhbərlik etdiyi ekspedisiyanın Almatı şəhərindən 50 kilometr şərqdə yerləşən İssıq kurqanında aşkarlanan “Qızıl adam”dır. Tayfa başçısı olduğu ehtimal edilən cəsədin əynində və baş örtüyündə olan bəzəklər geyiminə tikildiyi ardıcıllıqla salamat qalıb. Sənət əsəri olan bütün bu heyvan şəklində işlənmiş əşyalar Skiflərin Sibir abidələrinə aiddir. Hazırda dünyada məşhur olan “Qızıl adam” Qazaxıstanın rəmzinə çevrilib.
Arxeoloqlar məzarlıqdan ümumilikdə 4,8 min bəzək əşyası taparaq çıxarıb. Firon Tutanhamonun sərdabəsindən sonra bu məqbərə ən çox qızıl məmulatın aşkarlandığı dəfn yeridir.

Sərgidə həm də Qazaxıstan Milli Muzeyinin fondlarında saxlanan gümüş qadın bilərziklərinin kolleksiyası da təqdim edilməkdddədir. Bura XIX əsrin sonları, XX əsrin əvvəllərinə aid 170-dən çox zərgərlik məmulatı daxildir.
“Qızıl adamın dünya muzeylərinə səyahəti” sərgilər layihəsinin yolu Şərqi Asiyadan (Yaponiya, Koreya, Çin), Avropadan (Avstriya, Fransa), eləcə də Rusiya və ABŞ-dan keçir. Bu layihə 2018-2021-ci illəri əhatə edir. 2018-ci ildə “Qızıl adamın dünya muzeylərinə səyahəti” sərgilər layihəsi, həmçinin Çinin Şansi əyalətinin Tarix muzeyində (Çiyan şəhər muzeyi), Qdansk Milli Muzeyində (Polşa) və Koreya Milli Muzeyində (Seul şəhəri) təqdim ediləcək. 2019-cu ildə həmin sərgini Yaponiya, Gürcüstan, Böyük Britaniya, İspaniya və Türkiyənin muzeylərində nümayiş etdirmək nəzərdə tutulur. 2020-ci ildə isə sərginin ABŞ, İtaliya, Avstriya, Fransa və Almaniya muzeylərində açılması planlaşdırılır. 2021-ci ildə də sözügedən sərgilər layihəsi Fransanın Qran-Pale Milli Muzeylər Birliyinin salonlarında və Avstriyanın Rəssamlıq Muzeyində ziyarətçilərin görüşünə çıxarılacaq.

“Böyük çölün mirası: Zərgərlik sənətinin şah əsəri” sərgisi iyulun 1-dək Bakıda nümayiş etdiriləcək.

Sərginin ikinci yarısında Qazaxıstandan gəlmiş incəsənət ustalarının ifasında gözəl qazax vokal melodiyaları və mahnıları səsləndirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018