Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib - FOTO
Tarix: 23.05.2018 | Saat: 11:37:00
Bölmə:Sosial | çapa göndər

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə təşkil olunub.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub.

A.Bağırov qeyd edib ki, bu günlərdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə AXC dövründə vəkillik fəaliyyətinin araşdırılması ilə bağlı komissiya təşkil olunub və Milli Arxiv İdarəsində aparılmış tədqiqatın nəticəsində Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Xəlil bəy Xasməmmədov və Fətəli xan Xoyskinin adları həmin dövrdə tərtib olunmuş vəkillərin reyestrində aşkar edilib. Bu isə öz növbəsində, Cümhuriyyətin yaranmasında və fəaliyyətində o zamankı vəkillərin böyük rolunun olması barədə fikir söyləməyə əsas verir.

Eyni zamanda, tədbirdə İ.Ziyadxanovun nəvəsi Valid Ziyadxanov da iştirak edib və tədbir iştirakçılarına İ.Ziyadxanovun imzası ilə vəkil andı təqdim olunub.

Həmçinin tədbirdə Rəyasət Heyətinin qərarı ilə İ.Ziyadxanovun adına xatirə medalı, Ə.Topçubaçovun adına hüquq fakültəsinin təhsildə fərqlənən tələbələri üçün təqaüd təsis edilib.

Tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundov AXC-nin görkəmli xadimləri və liderləri, Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı isə AXC-nin yaranması və fəaliyyətinin hüquqi əsasları ilə bağlı çıxış edib, sonra Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova tərəfindən AXC-yə həsr olunmuş açıqcaların təqdimatı keçirilib.

Bu gün, həmçinin ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 87 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilib.

Vəkillər Kollegiyasının sədri A.Bağırov bildirib ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkillik institutunun inkişaf etdirilməsi istiqamətində aparılan tədbirlər davam etməkdədir.

Azərbaycan Prezidentinin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub. Bu məqsədlə hazırda vəkilliyə qəbul üzrə namizədlərin sənəd qəbulu, habelə 28.01.2018-ci il tarixdə keçirilmiş yazılı test imtahanlarını uğurla keçmiş namizədlərlə şifahi müsahibələr aparılmaqdadır.

Daha sonra peşəyə buraxılan 87 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəkil andı içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018