Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gülüş stresslə bağlı hormonların səviyyəsini azaldır
Tarix: 23.05.2018 | Saat: 12:04:00
Bölmə:Maraqlı | çapa göndər

Bir çox həkimlərin apardığı müşahidəyə görə, əksər ürək problemləri təəssüf ki, vaxtında bu orqanın qayğısına qalmamaq və qorumamaq nəticəsində əmələ gəlir. Çəkisi artıq olanlar digərlərinə nisbətən ürək-damar xəstəliklərindən daha çox əziyyət çəkirlər. Belə ki, artıq çəki ürəyi daha intensiv işləməyə məcbur edir.

Hafta.az azərtac-a istinadla xəbər verir ki, ürəyin həmişə sağlam olması üçün vaxtaşırı profilaktik tədbirlərin aparılması mütləqdir. Bunun üçün ilk növbədə qidalanmaya ciddi nəzarət etmək, pəhriz saxlamaq lazımdır. Qida rasionu meyvə-tərəvəz, balıq, dəniz məhsulları, göyərti, qoz-fındıq, ağartı, qınlı paxlalı bitkilər, çovdar çörəyi və zeytun yağı ilə zəngin olmalıdır.

Çəkiyə nəzarət etmək və çox yeməmək də vacib şərtlərdən biridir. Ən mühüm məsələlərdən biri onurğa sütununu möhkəmləndirməkdir, çünki bütün orqanlar mərkəzi sinir sistemi ilə sıx əlaqədardır. Ürəyin “məşq” etdirilməsi də onu möhkəmləndirir, gərginliyə uyğunlaşmanı yaxşılaşdırır. Bunun üçün hər gün idmanla məşğul olmaq və səhər gimnastikası etmək lazımdır. Orqanizmin normal fəaliyyət göstərməsi üçün hər gün piyada gəzmək də əsas şərtlərdən biridir. Oturaq həyat tərzi nəticəsində orqanizmdə bütün mühüm proseslər, o cümlədən maddələr mübadiləsi yavaşıyır, immun sisteminin işi zəifləyir və bunun nəticəsində müxtəlif xroniki xəstəliklər-piylənmə, şəkərli diabet və insult inkişaf etməyə başlayır.

Gündə azı 20 dəqiqə parkda, bağda və ya yaşıllıqlar zonasında təmiz havada piyada gəzmək ürəyin müntəzəm “məşqlərə” uyğunlaşmasına kömək edir.

Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin vəziyyətini yaxşılaşdırmaq üçün sağlam gülüşə, xoş əhvali-ruhiyyəyə də ehtiyac var. İnsan güləndə sinir və ürək-damar sistemlərinin, tənəffüs yollarının fəaliyyəti və orqanizmin hormonal vəziyyəti yaxşılaşır. Bir çox tədqiqatlar nəticəsində sübut olunub ki, gülüş orqanizmdə stresslə bağlı hormonların səviyyəsini azaldır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018