Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu gün ekoloqların bayramıdır
Tarix: 23.05.2018 | Saat: 14:53:00
Bölmə:Gündəm | çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd edir.
Hafta.az-ın məlumatına görə, bu münasibətlə nazirliyin kollektivi peşə bayramının qeyd olunmasına Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb.
Peşə bayramı ilə əlaqədar tədbirlər Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq zonasında davam etdirilib.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev peşə bayramı münasibətilə nazirliyin kollektivini təbrik edib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda digər sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi istiqamətində də qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini və bu işlərin bundan sonra da ölkənin inkişaf tempinə uyğun olaraq uğurla davam etdiriləcəyini bildirib. M.Babayev dövlət başçısının ekologiya sahəsində çalışanların əməyinə yüksək qiymət verdiyini, onların təltif edilməsini, fəxri adlara layiq görülməsini Azərbaycan dövlətinin ekologiya işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib.
Ətraf mühitin mühafizə edilməsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən ekoloqlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub.
Sonra nazirliyin kollektivinin, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq sahədə iməcilik keçirilib. Ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Xatırladaq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. 23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı isə Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixli Sərəncamı ilə təsis olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018