Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Hər bir azərbaycanlı bu "məşhur senaristə" münasibət bildirməlidir" - Əli Həsənov
Tarix: 23.05.2018 | Saat: 16:00:00
Bölmə:Gündəm | çapa göndər

"Mən çox istərdim ki, hər bir Azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur senaristə" münasibət bildirsin....".

Bu fikirləri Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Rüstəm İbrahimbəyovun yeni filmi ilə bağlı kinorejissor Ayaz Salayevin məqaləsi haqqında sosial şəbəkədə paylaşdığı statusunda səsləndirib. Qeyd edək ki, R.İbrahimbəyov son filmində ermənilərin üzləşdikləri "bədbəxtliklər"in əsas səbəbkarı kimi "vəhşi azərbaycanlılar"ı göstərir.

"Çox hörmətli kinorejissor Ayaz Salayevə əsl vətəndaşlıq mövqeyinə görə dərin təşəkkürümü bildirirəm..." - Əli Həsənov ststusunda yazıb.

Qeyd edək ki, Ayaz Salayevin tənqidi məqaləsi 2015-ci ildə çəkilən “Qafqaz triosu” filminə həsr olunub. Filmin rejissorları Eldar Şenqelaya, Fuad İbrahimbəyov, ssenaristi Rüstəm İbrahimbəyovdur.

“Xalqı işğal olunmuş doğma torpaqlarının qaytarılması arzusu ilə yaşayan, öldürülən azərbaycanlı uşaqların fotolarını görməməsi mümkünsüz olan yazıçı İbrahimbəyovu bu gün incəsənət xadimi kimi bir problem narahat edir – erməninin Bakıya rahat və təhlükəsiz şəraitdə gəlməsi” -deyə A.Salayev məqaləsində qeyd edir. 

Məqaləni bu linkdən oxuya bilərsiz. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018
“Girovların qaytarılması bizim səlahiyyətimizdə deyil” - Qırmızı Xaç Komitəsi
Azərbaycan hökuməti İlham Əliyevin müəyyənləşdirdiyi böyük sosial siyasəti uğurla həyata keçirir - Əli Əhmədov
“Beşiktaş”ın futbolçusu 3 həftə oynamayacaq
Orta təhsil müəssisələri arasında əməkdaşlıq güclənir
Belarus MDB məkanında bizim ən yaxın və səmimi tərəfdaşlarımızdan biridir - EKSPERT
Azərbaycanın Belarus Respublikası ilə diplomatik və iqtisadi münasibətləri çox yüksək səviyyədədir - RƏY
Azərbaycan əhalinin həssas qrupuna göstərdiyi diqqət və qayğıya görə dünya ölkələrinə nümunə ola bilər - EKSPERT
Bakıda kanalizasiyadan mal başları çıxdı - GÜNÜN TƏZADLARI
Şəkiyə gedən məktəblilər zəhərləndi - VİDEO
DİN-də geniş kollegiya iclası keçirilib