Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ədliyyə Nazirliyində Avropa Şurasının nümayəndəsi ilə görüş keçirilib
Tarix: 23.05.2018 | Saat: 17:05:00
Bölmə:Gündəm | çapa göndər

Avropa Şurasının Bakı Ofisinin təşkilatçılığı ilə “Vətəndaş cəmiyyəti dialoqu” layihəsi çərçivəsində keçirilmiş konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa Şurasının Demokratiya Baş Direktorluğunun demokratik idarəçilik departamentinin rəhbəri Daniel Popesku ilə ədliyyə nazirinin müavini Toğrul Musayevin görüşü keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üzrə görülən tədbirlərdən danışan nazir müavini qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, bu sahədə qanunvericilik və institusional islahatların aparıldığını vurğulayıb. T.Musayev ötən həftə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycanın milli məruzəsinin dinlənilməsi zamanı “Vətəndaş cəmiyyəti dialoqu” layihəsi barədə məlumat verildiyini bildirərək, layihənin əhəmiyyətini qeyd edib.

Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən D.Popesku layihə ətrafında faydalı fikir mübadiləsi aparıb, onun icrasında Ədliyyə Nazirliyinin əsas tərəfdaş olduğunu vurğulayaraq layihənin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Qonaq əməkdaşlığın bundan sonra da davam etdirilməsi ilə bağlı niyyətini bildirib.

Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes də iştirak edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018